Komitə sədri: "Turizmin inkişafı ilə 450 mindən çox iş yeri açıla bilər"
Azərbaycanda turizm sektorunun inkişaf etdirilməsi yaxın illərdə 450 mindən çox yeni iş yerinin açılmasını dəstəkləyə bilər.
"Report" xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bu gün parlamentdə keçirilən "Azərbaycanda turizmin mövcud vəziyyəti və inkişaf perspektivləri" mövzusunda ictimai dinləmədə bildirib.
Onun sözlərinə görə, hazırda bu sektorda 80 minə yaxın insan çalışsa da, bu rəqəmin dəfələrlə artması perspektivi var: "Turizm 50-dən çox sahəni birləşdirir. Bu sektor inkişaf etdikcə dövlətin gəlirləri və məşğulluq artır, kiçik və orta biznes genişlənir, regionlar dirçəlir. Etiraf edək ki, hazırda Azərbaycana gələn turistlərin sayı ölkəmizin potensialından çox azdır. Azərbaycanın təbiəti, tarixi, mədəniyyəti, mətbəxi turizm üçün çox cəlbedicidir. İctimai asayiş, təhlükəsizlik yüksək səviyyədədir. Amma qiymət, xidmət, logistik, tanıtım problemləri həll olunmadan güclü turizm ölkəsinə çevrilmək çətindir".
"Dünyadakı 800 palçıq vulkanının 300-ü Azərbaycandadır. Naftalan və Naxçıvan Duzdağ kompleksi nadir təbii müalicə ocaqları olmaqla yanaşı, sağlamlıq turizmi üçün unikal məkanlardır. Atəşgah məbədi və Yanardağ qoruğu Odlar Yurdunun simvolu olmaqla bərabər, qədim tarixə malik ziyarətgah olaraq cəlbedici turizm məkanıdır. Bəşər tarixinin ən qədim insan məskəni və zəngin mədəniyyət məbədlərindən olan Azıx mağarası və Qobustan abidələri turistik əhəmiyyətinə görə də nadir nümunələrdəndir. Turizmin infrastrukturu ölkəmizdə ilbəil genişlənir, böyüyür, müasirləşir. Azərbaycanda fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərin sayı 800-ə yaxındır. Paytaxt Bakı ilə yanaşı Qəbələ, Şəki, Quba və Naftalan həm daxili, həm də xarici turistlər üçün cəlbedici istiqamətlərdir", - deyə deputat əlavə edib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 490 Tarix: 01 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib ki, bəzi şəxslər yaşlı və pensiyaçı vətəndaşların adına bank kartları açdırmaq üçün onlara 100-200 manat pul təklif edirlər. Həmin şəxslər vətəndaşların adına açılan əlavə kartları əldə etdikdən sonra onlardan qanunsuz pul dövriyyəsi və müxtəli
1 noyabrNoyabrın 1-dən bu avtobuslar DƏYİŞİR - Gedişhaqqı...
Noyabrın 1-dən metronun "Memar Əcəmi" stansiyasını Hökməli qəsəbəsi ilə əlaqələndirən 156 və 156A nömrəli marşrut avtobusları yenilənir. Bu barədə -a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. Məlumata əsasən, 156 nömrəli marşru
31 oktyabrBu cərimənin məbləği KƏSKİN AZALIR
İşçilərin sayı azaldıqda və ya ştatlar ixtisar olunduqda işəgötürənlər işçilərin əmək stajını nəzərə alaraq onları əvvəlcədən xəbərdar etməli və müvafiq işdənçıxarma müavinəti ödəməlidirlər. yenisabah-a istinadən xəbər verir ki, bu təminatlar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsind
1 noyabrAzərbaycan pambıq ipliyi istehsalını 23 %-ə yaxın artırıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 18 min 816 ton pambıq ipliyi istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22,8 % çoxdur. Bu il oktyabrın 1-nə ölkədə 3 min 941 ton hazır məhsul ehtiyatı olub. Xatırlada
31 oktyabrAzərbaycanda pambıq mahlıcı istehsalı 13 % artıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 54 min 323 ton pambıq mahlıcı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13 % çoxdur. Bu il oktyabrın 1-nə ölkədə 7 min 519 ton hazır məhsul ehtiyatı olub. Xatırlada
31 oktyabrSükan arxasında telefondan istifadə edənlər radara düşəcəklər
Telefondan istifadə və avtomobildə qanunsuz reklama görə cərimənin tətbiqi yeni qaydada aparılacaq. xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişiklik layihəsində əksini tapıb. Layihəyə əsasən, telefondan istifad
1 noyabrHövsana qatarla da gedə biləcəyik: ADY-dən açıqlama
"Yeni dəmiryol xətləri arasında ilk növbədə Yeni Suraxanı-Hövsan marşrutunun istifadəyə verilməsi nəzərdə tutulur". xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev bildirib. Onun sözlərin
1 noyabr