Bakcell müştəri xidmətlərində rəqəmsallaşmanı genişləndirir

Bakcell müştəri xidmətlərində rəqəmsallaşmanı genişləndirirİnnovasiya lideri Bakcell müştəri xidmətlərində proseslərin daha sürətli və təhlükəsiz şəkildə həyata keçirilməsi məqsədilə "SİMA" texnologiyası əsasında biometrik verifikasiya həllini tətbiq edib.
Yeniliyə əsasən, rəsmi satış nöqtələrində həyata keçirilən nömrə və cihaz satışı, nömrənin addan ada keçirilməsi, eləcə də nömrənin dublikatı xidmətinə dair əməliyyatlar zamanı müştərilərin identifikasiyası "SİMA" tərəfindən təqdim edilən üz tanıma texnologiyası əsasında icra olunur.
"SİMA" üzərindən tətbiq edilən biometrik verifikasiya təhlükəsizlik səviyyəsinin daha da gücləndirilməsinə xidmət edir və proseslərin icrasını sadələşdirir. Eyni zamanda, kağızsız sənəd dövriyyəsi sayəsində xidmət müddəti əhəmiyyətli dərəcədə qısalır və müştəri təcrübəsi optimallaşdırılır.
Bakcell müştəri xidmətlərində rəqəmsal həllərin tətbiqini mərhələli şəkildə genişləndirməyi planlaşdırır.

Bakcell haqqında

Bakcell Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan Bakcell süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.
Bakcell müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 430   Tarix: 02 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qaz plitəsi, kombi və su qızdırıcıları istifadə edənlərin nəzərinə: 6 gün sonra yeni qaydalar qüvvəyə minir

Azərbaycanda qaz plitələri, kombilər və su qızdırıcılarının təhlükəsizliyinə dair yeni tələblər tətbiq olunacaq. -ın məlumatına görə, qazla işləyən qurğular partlayış riskini istisna etməli, qaz yollarının birləşmələri hermetik olmalı və yanmamış qazın təhlükəli səviyyədə toplanmasının qarşısını almalıdır

31 oktyabr
.

Sərhədçilərə atəş açan şəxs zərərsizləşdirildi - Foto

DSX-nin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin mühafizəsini həyata keçirən sərhəd naryadı tərəfindən sərhəd pozucularının İrandan Azərbaycan istiqamətinə hərəkəti müşahidə edilib. "Qafqazinfo" Xidmətin Mətbuat Mərkəzinə istinadən xəbə

2 noyabr
.

"Meduza"dan 3500 qutu markasız tütün çıxdı - Sahibkara cəza verildi

Bakıda fəaliyyət göstərən "Meduza" adlı tütün mağazasında 42 min 763 manat dəyərində aksiz markası olmayan qəlyan tütünləri aşkarlanan sahibkar Quliyev Hüseyn Sabir oğluna hökm oxunub. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Əndəmic kəndind

2 noyabr
.

Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib ki, bəzi şəxslər yaşlı və pensiyaçı vətəndaşların adına bank kartları açdırmaq üçün onlara 100-200 manat pul təklif edirlər. Həmin şəxslər vətəndaşların adına açılan əlavə kartları əldə etdikdən sonra onlardan qanunsuz pul dövriyyəsi və müxtəli

1 noyabr
.

Maaş naminə təhqirə dözmək: İş yerində psixoloji zorakılıq - PSİXOLOQDAN AÇIQLAMA

İş həyatında hər kəs peşəkar münasibət, hörmət və sağlam kollektiv mühiti gözləyir. Lakin bəzi hallarda rəhbər vəzifələrdə çalışan şəxslər öz səlahiyyətlərindən istifadə edərək əməkdaşlara psixoloji təzyiq göstərir, onları təhqir edir, alçaldır və şəxsiyyətlərinə toxunan ifadələr işlədirlər. İşini v

2 noyabr
.

Bu gündən bu QADAĞA qüvvəyə minir

Türkiyədə sosial şəbəkələrdən istifadə ilə bağlı yeni qaydalar bu gündən qüvvəyə minib. Buna əsasən, 15 yaşını tamamlamayan şəxslər sosial şəbəkələrdə hesab aça bilməyəcəklər. xəbər verir ki, yeni hesab yaratmaq istəyənlər yaşlarını "e-Devlet" portalı vasitəsilə əldə ediləcək xüsusi rəqəmsa

1 noyabr
.

Quru sərhədlərlə bağlı VACİB AÇIQLAMA - Yanvar-sentyabr aylarında…

Azərbaycanda turizm sektorunun göstəriciləri geriləməkdə davam edir. "Yeni Sabah" xəbər verir ki, iqtisadçı Natiq Cəfərli bu barədə "Facebook" səhifəsində paylaşım edib. Onun sözlərinə görə, hökumət turizmi yenidən prioritet sahə elan edərək yeni fəaliyyət proqramı qəbul etsə də

1 noyabr
.

Bu cərimənin məbləği KƏSKİN AZALIR

İşçilərin sayı azaldıqda və ya ştatlar ixtisar olunduqda işəgötürənlər işçilərin əmək stajını nəzərə alaraq onları əvvəlcədən xəbərdar etməli və müvafiq işdənçıxarma müavinəti ödəməlidirlər. yenisabah-a istinadən xəbər verir ki, bu təminatlar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsind

1 noyabr
.

Azərbaycan xalça və xalça məmulatlarının istehsalını 61 dəfə artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 152,7 min kvadratmetr xalça və xalça məmulatları istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 61,1 dəfə çoxdur. Bu il oktyabrın 1-nə ölkədə 5,3 min kvadratmetr hazır məhsu

1 noyabr