"Piylənmənin əsas səbəblərindən biri də stressdir" - PSİXOLOQ

"Piylənmənin əsas səbəblərindən biri də stressdir" - PSİXOLOQSon illər həm uşaqlar, həm də böyüklər arasında piylənmə halları sürətlə artır. Mütəxəssislər bildirirlər ki, artıq çəki problemi təkcə qeyri-sağlam qidalanma və hərəkətsiz həyat tərzi ilə bağlı deyil, eyni zamanda psixoloji faktorlar da bu prosesdə mühüm rol oynayır. Stress, emosional gərginlik və ailədaxili münasibətlər qidalanma davranışına birbaşa təsir göstərə bilər. Bəs, piylənmənin artmasında psixoloji faktorların rolu nədir və xüsusilə uşaqlarda artıq çəkinin qarşısını almaq üçün valideynlər hansı psixoloji yanaşmaları tətbiq etməlidirlər?

Mövzu ilə bağlı Sonxeber.az psixoloq Samirə Bağırova danışıb.

O, açıqlamasında qeyd edib ki, bu mövzu son zamanların məsələsi deyil:

"Fastfud qidaları ayrıca nəzərə alsaq, elə əvvəllər də "buterbrodlar", mürəbbəli çörəklər, şirniyyat və xəmir xörəklər həmişə olub. Hətta əvvəllər dieta anlayışı yox idi. Kök insanlara, xüsusən kök xanımlara meyl daha çox idi. Kök kişilər və qadınlar "səviyyəli" hesab olunurdu.

Sadəcə, əvvəllər kök uşaqlara az rast gəlinirdi, çünki fiziki hərəkət aktivliyi çox idi. Məktəblərdə bədən tərbiyəsi ciddi keçirilirdi. Uşağın dərsdən əlavə oyun saatı olurdu və oyunlar fiziki hərəkətlərdən ibarət idi.

Bu gün bunların heç biri yoxdur, ancaq yemək var. Üstəlik, arıqlıq dəbdədir. Dieta mövzuları yayğın olsa da, insanlar köklüyə meyillidir. Demək ki, məsələ fiziki hərəkətsizlikdən əlavə, həm də psixoloji faktorlara bağlıdır.

Bir çox insanlar, eləcə də uşaqlar ac olduqları üçün deyil, özlərini daxilən pis hiss etdikləri üçün yeyirlər. Kədər, tənhalıq hissi, darıxmaq, stress, hərəkətsizlik səbəbindən emosional olaraq, şüursuz şəkildə yeməyə üstünlük verirlər. Bədəndə stress olduğu halda kortizol artır və artdıqca iştahanı da artırır.

Stress, gizli depressiya, gərginlik, boşluq hissi, natamamlıq hissi vəs. kimi daxili və psixoloji narahatlıqlar məktəbdə təzyiqdən, valideyn mübahisələrindən və ya qorxulu mühitdən qaynaqlanaraq bu pozuntuları həm böyüklərdə, həm də uşaqlarda işə sala bilər. Yemək emosional tənzimləmə vasitəsinə çevrilmiş olur.

Uşağın stressinin azalmasına rəsm, fiziki oyunlar, musiqi, qucaqlaşma və valideyni ilə söhbət kömək edir. Böyüklər üçün isə emosional gərginliyin sağlam çıxış yolları ilk növbədə psixoloji dəstək almaq, qida ilə basdırmaq istədiyi hissin adını tanımaq və adlandırmaq, nəfəs məşqləri etmək, sosial ünsiyyət qurmaq, açıq söhbət aparmaq və fiziki hərəkətlərə üstünlük verməkdir.

Köklük problemi təkcə qidalanma və hərəkətsizlik məsələsi deyil. Bu, həm də emosional özünü tənzimləmə bacarıqlarının zəifləməsi, xroniki stress mühiti və həyat ritminin dəyişməsi ilə bağlı kompleks bir prosesdir".

Vüsalə İbrahimli


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 898   Tarix: 02 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib ki, bəzi şəxslər yaşlı və pensiyaçı vətəndaşların adına bank kartları açdırmaq üçün onlara 100-200 manat pul təklif edirlər. Həmin şəxslər vətəndaşların adına açılan əlavə kartları əldə etdikdən sonra onlardan qanunsuz pul dövriyyəsi və müxtəli

1 noyabr
.

Noyabrın 1-dən bu avtobuslar DƏYİŞİR - Gedişhaqqı...

Noyabrın 1-dən metronun "Memar Əcəmi" stansiyasını Hökməli qəsəbəsi ilə əlaqələndirən 156 və 156A nömrəli marşrut avtobusları yenilənir. Bu barədə -a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. Məlumata əsasən, 156 nömrəli marşru

31 oktyabr
.

Bu cərimənin məbləği KƏSKİN AZALIR

İşçilərin sayı azaldıqda və ya ştatlar ixtisar olunduqda işəgötürənlər işçilərin əmək stajını nəzərə alaraq onları əvvəlcədən xəbərdar etməli və müvafiq işdənçıxarma müavinəti ödəməlidirlər. yenisabah-a istinadən xəbər verir ki, bu təminatlar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsind

1 noyabr
.

Maaş naminə təhqirə dözmək: İş yerində psixoloji zorakılıq - PSİXOLOQDAN AÇIQLAMA

İş həyatında hər kəs peşəkar münasibət, hörmət və sağlam kollektiv mühiti gözləyir. Lakin bəzi hallarda rəhbər vəzifələrdə çalışan şəxslər öz səlahiyyətlərindən istifadə edərək əməkdaşlara psixoloji təzyiq göstərir, onları təhqir edir, alçaldır və şəxsiyyətlərinə toxunan ifadələr işlədirlər. İşini v

2 noyabr
.

Azərbaycan pambıq ipliyi istehsalını 23 %-ə yaxın artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 18 min 816 ton pambıq ipliyi istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22,8 % çoxdur. Bu il oktyabrın 1-nə ölkədə 3 min 941 ton hazır məhsul ehtiyatı olub. Xatırlada

31 oktyabr
.

"Biz istəyirik ki, sirk insanlarda sadəcə uşaqlıq xatirələri ilə bağlı bir anlayış kimi qalmasın" - Aygün Hacıyeva ilə MÜSAHİBƏ

"Ulduzlar meydanı" MMC-nin direktoru Aygün Hacıyeva -ın Circus Sea Breeze layihəsinin yaradılma məqsədi, müasir sirk sənətinin inkişaf perspektivləri, beynəlxalq təcrübənin Azərbaycana gətirilməsi, yerli kadrların yetişdirilməsi və layihənin ölkəmizin turizm potensialına verə biləcəyi töhfələ

2 noyabr
.

Azərbaycanda pambıq mahlıcı istehsalı 13 % artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 54 min 323 ton pambıq mahlıcı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13 % çoxdur. Bu il oktyabrın 1-nə ölkədə 7 min 519 ton hazır məhsul ehtiyatı olub. Xatırlada

31 oktyabr
.

Sükan arxasında telefondan istifadə edənlər radara düşəcəklər

Telefondan istifadə və avtomobildə qanunsuz reklama görə cərimənin tətbiqi yeni qaydada aparılacaq. xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişiklik layihəsində əksini tapıb. Layihəyə əsasən, telefondan istifad

1 noyabr
.

Hövsana qatarla da gedə biləcəyik: ADY-dən açıqlama

"Yeni dəmiryol xətləri arasında ilk növbədə Yeni Suraxanı-Hövsan marşrutunun istifadəyə verilməsi nəzərdə tutulur". xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev bildirib. Onun sözlərin

1 noyabr