"Namiq Dəlidağlı - Sözdə görünən adam" adlı kitab oxuculara təqdim edildi -FOTO

"Namiq Dəlidağlı - Sözdə görünən adam" adlı kitab oxuculara təqdim edildi -FOTOSüleyman Rəhimov adına Qubadlı Rayon Ədəbi-İctimai Birliyinin təşəbbüsü və Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının təşkilatçılığı ilə tanınmış şair-jurnalist Namiq Dəlidağlının 55 illik yubileyi və yeni nəşr olunan "Namiq Dəlidağlı - Sözdə görünən adam" kitabının təqdimatı keçirildi. Sözə, qələmə və mənəvi dəyərlərə sədaqətin ifadəsinə çevrilən görüş ziyalılar, ictimaiyyət nümayəndələri, şairin yaxınları və dostlarının iştirakı ilə səmimi və duyğulu ədəbi mühitdə gerçəkləşdi.

"Namiq Dəlidağlı - Sözdə görünən adam" adlı kitab oxuculara təqdim edildi -FOTOAzərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

"Namiq Dəlidağlı - Sözdə görünən adam" adlı kitab oxuculara təqdim edildi -FOTOTədbiri giriş sözü ilə Azərbaycan Jurnalistlər Birliyi Şərqi Zəngəzur Regional Təşkilatının və Süleyman Rəhimov adına Qubadlı Rayon Ədəbi-İctimai Birliyinin sədri Qafqaz Əvəzoğlu açaraq yubilyarın ədəbi və publisistik fəaliyyət yoluna nəzər saldı. O qeyd etdi ki, Namiq Dəlidağlı uzun illərdir sözün məsuliyyətini daşıyan, poeziyada və jurnalistikada özünəməxsus dəst-xətti ilə seçilən qələm adamıdır.

"Namiq Dəlidağlı - Sözdə görünən adam" adlı kitab oxuculara təqdim edildi -FOTOAzərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri, Əməkdar jurnalist Rafiq Oday tədbirə aparıcılıq etdi. O, yubilyarın mətbuat sahəsində uzun müddət vicdanla çalışdığından söz açdı, onun yaradıcılığından geniş bəhs etdi, tədbirin keçirilməsinə göstərdiyi dəstəyə görə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova təşəkkürünü bildirdi və Namiq Dəlidağlının həmkarları arasında qazandığı nüfuzdan, uğurlarından danışdı.
Əməkdar müəllim, Prezidentin fərdi təqaüdçüsü, "Şöhrət" ordenli Ofelya Babayeva yubilyarın insani keyfiyyətlərini vurğulayaraq onun sadəliyini, zəhmətkeşliyini və mənəvi bütövlüyünü yüksək qiymətləndirdi. Filologiya elmləri doktoru, professor Rafiq Yusifoğlu isə vaxtilə tələbəsi olmuş şairlə qürur duyduğunu bildirərək onun yaradıcılığında vətəndaş mövqeyinin, milli ruhun və sözə həssas münasibətin qabarıq şəkildə özünü göstərdiyini qeyd etdi.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Fərman Kazımov yubilyarı şəhər rəhbərliyi adından təbrik edərək Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov tərəfindən imzalanmış Fəxri Fərmanı təqdim etdi.
AJB Şərqi Zəngəzur Regional Təşkilatı və Süleyman Rəhimov adına Qubadlı Rayon Ədəbi-İctimai Birliyi adından Namiq Dəlidağlı Fəxri Diplomla təltif edildi.
Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Cabir Rzayev, professor Avtandil Ağbaba, Azərbaycan Yazıçılar Birliyinin Poeziya Seksiyasının rəhbəri, Əli Kərim adına Poeziya Klubunun direktoru İbrahim İlyaslı, "Sumqayıt" qəzetinin baş redaktoru Sübhan Qafaroğlu, şair və jurnalistlər Xaqani Abbasəli Öztürk, Asif Asiman, Firdovsi Cəfərxan, İlhamə Məhəmmədqızı, Oqtay Salahlı, Əməkdar artist Nazir Rüstəm, Novruz Kərimov çıxış edərək Namiq Dəlidağlının ədəbi yaradıcılığını və publisistik fəaliyyətini yüksək qiymətləndirdilər. Eyni zamanda, onun poeziyasında zamanın ağrılarının, yurd nisgilinin, vətəndaş məsuliyyətinin və insani duyğuların bədii ifadəylə əks olunduğunu xüsusi vurğuladılar.
Tədbir çərçivəsində müəllifin yeni nəşri - "Namiq Dəlidağlı - Sözdə görünən adam" kitabı haqqında ətraflı məlumat verildi. Bildirildi ki, kitabda şairin yaradıcılığına həsr edilmiş ədəbi-tənqidi məqalələr, müxtəlif illərdə onunla aparılmış müsahibələr, həmkarlarının və dostlarının fikirləri, eləcə də ona ithaf olunmuş poetik nümunələr toplanıb. Nəşr yubilyarın 55 illik ömür və yaradıcılıq yoluna işıq salan sanballı toplu kimi dəyərləndirildi.
Bədii qiraətçi Ayna Səs tərəfindən səsləndirilən şairin şeirləri tədbirə xüsusi ovqat qatdı, alqışlarla qarşılandı və poeziyanın canlı nəfəsi bir daha duyuldu.

"Namiq Dəlidağlı - Sözdə görünən adam" adlı kitab oxuculara təqdim edildi -FOTOSonda Namiq Dəlidağlı çıxış edərək tədbirin belə yüksək səviyyədə keçirilməsinə görə təşkilatçılara və iştirakçılara minnətdarlığını bildirdi. O, sözə və qələmə olan inamını ifadə edərək bundan sonra da ədəbiyyata və mətbuata xidmət yolunda fəaliyyətini davam etdirəcəyini vurğuladı, şeirlərindən söylədi, oxucular üçün kitabarını imzaladı.
Xatirə şəkillərinin çəkilməsi ilə başa çatan görüş söz adamına göstərilən ehtiramın, ədəbiyyata və mənəvi dəyərlərə verilən qiymətin parlaq ifadəsi kimi yadda qaldı.

İlhamə Məhəmmədqızı
"Namiq Dəlidağlı - Sözdə görünən adam" adlı kitab oxuculara təqdim edildi -FOTO"Namiq Dəlidağlı - Sözdə görünən adam" adlı kitab oxuculara təqdim edildi -FOTO"Namiq Dəlidağlı - Sözdə görünən adam" adlı kitab oxuculara təqdim edildi -FOTO"Namiq Dəlidağlı - Sözdə görünən adam" adlı kitab oxuculara təqdim edildi -FOTO"Namiq Dəlidağlı - Sözdə görünən adam" adlı kitab oxuculara təqdim edildi -FOTO"Namiq Dəlidağlı - Sözdə görünən adam" adlı kitab oxuculara təqdim edildi -FOTO"Namiq Dəlidağlı - Sözdə görünən adam" adlı kitab oxuculara təqdim edildi -FOTO"Namiq Dəlidağlı - Sözdə görünən adam" adlı kitab oxuculara təqdim edildi -FOTO"Namiq Dəlidağlı - Sözdə görünən adam" adlı kitab oxuculara təqdim edildi -FOTO"Namiq Dəlidağlı - Sözdə görünən adam" adlı kitab oxuculara təqdim edildi -FOTO"Namiq Dəlidağlı - Sözdə görünən adam" adlı kitab oxuculara təqdim edildi -FOTO"Namiq Dəlidağlı - Sözdə görünən adam" adlı kitab oxuculara təqdim edildi -FOTO"Namiq Dəlidağlı - Sözdə görünən adam" adlı kitab oxuculara təqdim edildi -FOTO"Namiq Dəlidağlı - Sözdə görünən adam" adlı kitab oxuculara təqdim edildi -FOTO"Namiq Dəlidağlı - Sözdə görünən adam" adlı kitab oxuculara təqdim edildi -FOTO


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 745   Tarix: 03 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Küləkli hava şəraitində çalışanlara şad xəbər: Fasilələr veriləcək və iş dayandırılacaq

Milli Məclis küləkli hava şəraitində işçilərin yeni qaydalarla işlədilməsi haqda tənzimləməni üçüncü oxunuşda qəbul edib. xəbər verir ki, bununla bağlı Əmək Məcəlləsinə təklif edilən dəyişikliklər parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb. Layihəyə əsasən, işçilər küləkli havada açı

1 noyabr
.

Noyabrın 1-dən bu avtobuslar DƏYİŞİR - Gedişhaqqı...

Noyabrın 1-dən metronun "Memar Əcəmi" stansiyasını Hökməli qəsəbəsi ilə əlaqələndirən 156 və 156A nömrəli marşrut avtobusları yenilənir. Bu barədə -a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. Məlumata əsasən, 156 nömrəli marşru

31 oktyabr
.

Kəmaləddin Heydərovdan iki polkovniklə bağlı qərar - Foto

Sumqayıt Regional Mərkəzinin rəisi, polkovnik Vaqif Fətullayev tutduğu vəzifədən azad edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb. Nazirin digər əmri ilə o, Aran Regional Mərkəzinə rəis təyin olunub

31 oktyabr
.

Metro, avtobus və taksilərlə bağlı nə baş verəcək? - AÇIQLAMA

Bakı metrosunun "Nizami" və "28 May" stansiyaları arasında qatarların hərəkətinin dayandırılmasından sonra paytaxtda taksi qiymətləri kəskin artıb. Sərnişinlərin sözlərinə görə, əvvəllər 5 manata getdikləri məsafəyə görə indi 12 manat ödəməli olurlar. Bu artımın əsası nədir? Digə

1 noyabr
.

Qaz plitəsi, kombi və su qızdırıcıları istifadə edənlərin nəzərinə: 6 gün sonra yeni qaydalar qüvvəyə minir

Azərbaycanda qaz plitələri, kombilər və su qızdırıcılarının təhlükəsizliyinə dair yeni tələblər tətbiq olunacaq. -ın məlumatına görə, qazla işləyən qurğular partlayış riskini istisna etməli, qaz yollarının birləşmələri hermetik olmalı və yanmamış qazın təhlükəli səviyyədə toplanmasının qarşısını almalıdır

31 oktyabr
.

Azərbaycan ayaqqabı istehsalını 58 %-dən çox artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 1 milyon 93,6 min cüt ayaqqabı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 58,3 % çoxdur. Bu ilin oktyabrın 1-nə ölkədə 90,4 min cüt hazır məhsul ehtiyatı olub. 2025-c

1 noyabr
.

"Kəmalə-Nərmin" restoranından şikayət (VİDEO)

Kimisi tüstüdən, kimisi qoxudan narahat olduğunu deyir. Görüntülər paytaxtın Binəqədi rayonu 7-ci mikrorayon ərazisindəndir…. Xəzər TV-yə göndərilən videogörüntülərdə vətəndaş iddia edir ki, "Kəmalə-Nərmin" restoranından (Narmin Palace) ətrafa yayılan tüstü nəinki mənzillərdə hiss olunur, hətt

2 noyabr
.

Maaş naminə təhqirə dözmək: İş yerində psixoloji zorakılıq - PSİXOLOQDAN AÇIQLAMA

İş həyatında hər kəs peşəkar münasibət, hörmət və sağlam kollektiv mühiti gözləyir. Lakin bəzi hallarda rəhbər vəzifələrdə çalışan şəxslər öz səlahiyyətlərindən istifadə edərək əməkdaşlara psixoloji təzyiq göstərir, onları təhqir edir, alçaldır və şəxsiyyətlərinə toxunan ifadələr işlədirlər. İşini v

2 noyabr
.

Vətən müharibəsinin 36-cı günü: Döyüş əməliyyatları davam edir

2020-ci il noyabrın 1-i - bizi torpaqlarımızın azadlığına aparan Vətən müharibəsinin otuz altıncı günü. Cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində döyüş əməliyyatları davam edir. Ordumuzun qüdrəti qarşısında duruş gətirə bilməyən düşmən mülki əhalimizin yaşadığı əraziləri hədəf almaqd

1 noyabr