İllər əvvəl itkin düşən gənc qızı bacısının əri öldürübmüş! - VİDEO
Manisanın Şehzadeler rayonunda 2009-cu ildən itkin düşən və həmin vaxt 17 yaşı olan Ebru Koyuncunun qətli ilə bağlı istintaqda yeni detallar üzə çıxıb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə Şehzadeler rayonunun Sancaklıiğdecik məhəlləsində baş verib. Ebru Koyuncunun anası, 60 yaşlı Münevver Koyuncu 1 oktyabr 2025-ci il tarixində saat 21:00 radələrində jandarmaya müraciət edərək bildirib ki, qızı 2009-cu ilin dekabr ayında evdən çıxıb və bir daha ondan xəbər ala bilməyib. Müraciətdən sonra Manisa Respublika Baş Prokurorluğunun koordinasiyası ilə İl Jandarma Komandanlığı tərəfindən araşdırmalara başlanılıb.
İstintaq zamanı müəyyən edilib ki, Ebru Koyuncu keçmiş yeznəsi Ufuk Köse ilə təxminən 3 il davam edən münasibət yaşayıb və bu münasibətdən hamilə qalıb. Hamiləliyin üzə çıxmasından sonra isə gənc qız yoxa çıxıb. Araşdırma çərçivəsində şübhəlilərin müxtəlif dövrlərdə istifadə etdiyi 25 GSM xəttinin HTS qeydləri, şahid ifadələri, sahə araşdırmaları və texniki izləmə materialları təhlil edilib. Toplanan sübutlar ailə daxilində qətl ehtimalını gücləndirib və iş üzrə məxfilik qərarı çıxarılıb.
Cinayəti etiraf edən Ufuk Köse ifadəsində bildirib: "Ebrunu hamiləliyi artıq açıq şəkildə bilinəndə keçmiş həyat yoldaşımın torpaq sahəsinə apardıq. Orada ‘hovuz çuxuru’ dediyimiz bir yer var idi. Onu orada boğaraq öldürdüm. Daha sonra bacısına onu öldürdüyümü dedim, ertəsi gün birlikdə gedib üzərini torpaqla örtdük".
Hadisənin üzə çıxmasından cinayəti etiraf edən Ufuk Köse və keçmiş həyat yoldaşı Fatma Koyuncu isə 26 fevral tarixində məhkəməyə çıxarılıb. Onlar növbətçi istintaq hakiminin qərarı ilə həbs olunublar.
Uzun illər itkin hesab edilən bir dosyenin bu şəkildə qətl faktı ilə nəticələnməsi cəmiyyətdə ciddi rezonans doğurub. Hadisə ilə bağlı istintaq tədbirləri davam etdirilir.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 756 Tarix: 04 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Başı kəsilərək qətlə yetirilən Şəhanənin toyundan foto
Oktyabrın 1-də Sumqayıtın Corat qəsəbəsində 31 yaşlı Şəhanə İmanova başı kəsilərək qətlə yetirilib. Hadisədə şübhəli bilinən həyat yoldaşı 33 yaşlı Əsgər Hüseynov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. onların toy günündən yayılan fotonu təqdim edir:. Xatırladaq ki, oktyabrın 1-də 31 yaşlı Şəhan
4 oktyabrBakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - Video
Bakıda itə qarşı zorakılıq edildiyini əks etdirən görüntülər yayılıb. -ın məlumatına görə, görüntülərdə hündürmərtəbəli binanın pəncərəsindən hamilə itin aşağı atıldığı görünür. Hadisə ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılıb. Qaradağ rayonu ərazisində heyvanla rəhmsiz rəftar edən şəx
4 oktyabrBağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan video
Sumqayıt şəhərində azyaşlı özəl uşaq bağçasında yıxılaraq xəsarət alıb. "Xəzər TV-yə istinadla xəbər verir ki, hadisə nəticəsində azyaşlının qolu sınıb. Hadisə Sumqayıtda fəaliyyət göstərən "Laləli" körpələr evi-uşaq bağçasında baş verib. Sumqayıt şəhər sakini Yaqub Yasinov iddia edi
15 oktyabrTovuzda evdə yanğın olub, 42 yaşlı qadın ölüb
Tovuz rayonu, Qovlar şəhəri, Xəqani küçəsində yaşayış evində yanğın baş verib. Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Birmərtəbəli fərdi yaşayış evində baş vermiş yanğı
3 oktyabrGəncədə kuryoz hadisə: Səs-küy salıb atasını yuxudan oyadan şəxs həbs olundu
Gəncədə evdə səs-küy salan oğul həbs olunub. -a istinadla xəbər verir ki, hadisə şəhərin Nəvai küçəsində baş verib. 36 yaşlı Fərahim Şükürov (şərti adla) evə gələrək səs-küy salıb. Bu zaman səs-küyə oyanan atası hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət edib. Gələn polis əməkdaşları Fərahimi
11 oktyabrMəşhur ticarət mərkəzinin girişində sərnişin avtobusu aşdı - Video
Bakıda Sədərək Ticarət Mərkəzinin girişində 194 nömrəli marşrut avtobusu aşıb. "News24"ə istinadən xəbər verir ki, bunu hadisə şahidləri bildiriblər. Qeyd edilib ki, xəsarət alanlar var. Qəzanın yağışlı hava şəraiti üzündən baş verdiyi bildirilir. [youtube]. [/youtube]
3 oktyabr