Sosial mediada yaranan viral trendlər insanların davranış və əxlaqına necə təsir edir? - AÇIQLAMA

Sosial mediada yaranan viral trendlər insanların davranış və əxlaqına necə təsir edir? - AÇIQLAMABir zamanlar cəmiyyətin davranış kodlarını ailə, məktəb və ictimai mühit formalaşdırırdısa, bu gün həmin prosesə sosial media da aktiv şəkildə qoşulub.

Xüsusilə viral trendlər qısa müddətdə milyonlarla insana çataraq onların həyatına müxtəlif mənada təsir edə bilir.

Bəs sosial mediada yaranan viral trendlər insanların davranış və əxlaqına necə təsir edir və cəmiyyət bu prosesə nə dərəcədə hazırdır?

Sosioloq Mətanət Məmmədova bu barədə Sonxeber.az -a açıqlama verib:

"Sosial mediada qarşımıza çıxan trendlər artıq sadəcə əyləncə vasitəsi deyil. Onlar davranışımıza, zövqümüzə, hətta əxlaqi seçimlərimizə təsir edən güclü sosial mexanizmə çevrilib. Təəssüf ki, bu axının içində könlümüzü oxşayan, dəyər yaradan kontentlərlə nadir hallarda rastlaşırıq. Əksəriyyət isə diqqət çəkmək naminə sərhədləri zorlayan, bəzən isə açıq-aşkar mənfi təsir göstərən paylaşımlardan ibarətdir.

Blogger və influenserlərin, xüsusilə də xarici məşhurların viral etdiyi videolar hər xalqın mədəni və mənəvi dəyərlərini əks etdirmir. Lakin biz yenə də həmin trendlərin ətrafında yer tapmağa çalışırıq. Çünki getdikcə real həyatla bağımız zəifləyir, virtual aləmdə isə daha çox "var oluruq". Həyatın mənasını bəzən qısa videolarda, trend səslərdə, süni şəkildə qurulmuş parlaq səhnələrdə axtarırıq. "Biz də belə yaşaya bilərikmi?", "Bizim də həyatımız belə ola bilərmi?" kimi suallar düşüncəmizi məşğul edir və zamanla reallıqla müqayisə hissimizi korlayır.

Xüsusilə yetkinlik yaşına çatmayan uşaqlar üçün bu təsir daha güclüdür. Onlar demək olar ki, gözlərini virtual aləmdə açır, davranış modellərini oradan götürürlər. Gerçək həyatın təbii çətinlikləri, zəhməti, məsuliyyəti isə ekranda görünmür. Nəticədə formalaşan təsəvvürlə real həyat arasında ciddi uçurum yaranır. Gənclər gördükləri trendlərə uyğun yaşamaq istəyir, lakin həyat filtrsiz və montajsızdır.

Doğrudur, viral məzmunun içində müsbət nümunələr də olur. Müəllim-şagird münasibətini, məktəb həyatını, insanlıq dəyərlərini önə çıxaran videolar cəmiyyətə müsbət enerji ötürə bilir. Ancaq belə nümunələrin sayı azlıq təşkil edir. Əksinə, mənfi mövzular daha sürətlə yayılır, daha çox baxış və bəyənmə toplayır. Bu isə cəmiyyətin diqqət mexanizminin necə işlədiyini açıq göstərir: qalmaqal və sensasiya maarifləndirmədən daha tez cəlb edir.

Halbuki mənalı və faydalı mövzuları da viral etmək mümkündür. Kitab oxumaq mədəniyyətini təşviq edən, təbiətin qorunmasına çağıran, yaşlılara hörmət və sosial məsuliyyəti ön plana çəkən məzmunlar da geniş auditoriya toplaya bilər. Sadəcə bunun üçün həm yaradıcılıq, həm də məsuliyyət lazımdır.

Bu gün reallıq ondan ibarətdir ki, sosial platformalar həyatımızın ayrılmaz hissəsinə çevrilib. Biz artıq viral videoları izləməklə kifayətlənmir, onlarla emosional bağ qururuq. Onlarsız darıxır, boşluq hiss edirik. Bu isə asılılıq mexanizminin klassik əlamətidir.

Çıxış yolu qadağalarda deyil, şüurlu seçimdədir. Rəqəmsal savadlılığın artırılması, valideyn nəzarətinin gücləndirilməsi və kontent istehsalçılarının sosial məsuliyyət hissinin formalaşması mühüm addımlar ola bilər. Əks halda, trend dalğası istiqaməti özü müəyyən edəcək və biz də onun axını ilə sürüklənəcəyik.

Virtual dünya qaçılmazdır, lakin seçim yenə də insana məxsusdur. Reallıqdan uzaqlaşmaq asandır, gerçəyi qorumaq isə iradə tələb edir. Gələcəyin necə formalaşacağı isə bu gün hansı məzmunu seçdiyimizdən başlayır."


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 616   Tarix: 04 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Hər ay əlavə pensiya alacaq şəxslərin SİYAHISI AÇIQLANDI

Azərbaycanda bir sıra əmək pensiyaçılarının pensiyalarına aylıq sabit məbləğdə əlavələrin edilməsi nəzərdə tutulur. Bəs bu əlavələr kimlərə şamil olunacaq və məbləğ nə qədər olacaq?. xəbər verir ki, deputat Vüqar Bayramov bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Deputat bildirib ki, "Əmə

1 noyabr
.

Kəmaləddin Heydərovdan iki polkovniklə bağlı qərar - Foto

Sumqayıt Regional Mərkəzinin rəisi, polkovnik Vaqif Fətullayev tutduğu vəzifədən azad edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb. Nazirin digər əmri ilə o, Aran Regional Mərkəzinə rəis təyin olunub

31 oktyabr
.

Marketlərdə satılan duru yağlar niyə ağappaq olur? - SƏBƏB TƏƏCCÜBLƏNDİRDİ

Marketlərdə satılan bitki mənşəli duru yağların rənginin bəzən çox açıq, hətta ağımtıl-sarı olması istehlakçılarda suallar yaradır. Bəs bu, istehsal zamanı tətbiq edilən emal və təmizlənmə prosesləri ilə bağlıdır, yoxsa yağın təbiiliyi və keyfiyyəti barədə şübhələrə əsas verir?. Mövzu ilə bağlı -a danışa

1 noyabr
.

Azərbaycan İrandan bananın idxalını 51 dəfə artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycana 41,64 milyon ABŞ dolları dəyərində 39 min 546 ton banan (təzə, qurudulmuş, digərləri) idxal edilib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsind

1 noyabr
.

Noyabrda 11 gün İŞ OLMAYACAQ - TARİXLƏR

Noyabr ayında Azərbaycanda beşgünlük iş həftəsi ilə çalışanlar üçün ardıcıl dörd gün istirahət olacaq. xəbər verir ki, noyabrın 8-i Zəfər Günü, noyabrın 9-u isə Dövlət Bayrağı Günü kimi qeyd olunur. Hər iki tarix qeyri-iş günüdür. Bundan əlavə 8 noyabr bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsin

31 oktyabr
.

Azərbaycan ayaqqabı istehsalını 58 %-dən çox artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 1 milyon 93,6 min cüt ayaqqabı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 58,3 % çoxdur. Bu ilin oktyabrın 1-nə ölkədə 90,4 min cüt hazır məhsul ehtiyatı olub. 2025-c

1 noyabr
.

Pensiyaçılar, uşaqlar və işləyənlər üçün YENİ MƏBLƏĞLƏR AÇIQLANDI

Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb. Bu barədə "Report"a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məlumat verib. Onun sözlərinə görə, gələn il yaşayış minimumu və ehtiyac meyarının məbləği 314 manat olacaq:. "Yaşayı

1 noyabr
.

Yanacaqla işləyən avtomobillər hansı tarixdə istismardan çıxarılacaq? - Video

Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası"nda 2035-ci ilədək daxiliyanma mühərrikli minik avtomobillərinin mərhələli şəkildə istismardan çıxarılması, sərnişin avtomobil parkında elektromobillərin payının artırılması

31 oktyabr
.

Qızılın saxta olub-olmadığını necə yoxlayaq? - Video

Sosial şəbəkələrdə qızıl məmulatlarının tərkibi ilə bağlı yayılan görüntülər müzakirələrə səbəb olub. İddialara görə, zərgərlərin aldığı 44 qramlıq qızıl məmulatının 20 qramdan çoxunun mis olduğu aşkarlanıb. Baku TV-ə istinadla xəbər verir ki, zərgər Şamil Zeynalovun sözlərinə görə, bu cür hallara təkc

31 oktyabr