Marketlərdə satılan duru yağlar niyə ağappaq olur? - SƏBƏB TƏƏCCÜBLƏNDİRDİ
Marketlərdə satılan bitki mənşəli duru yağların rənginin bəzən çox açıq, hətta ağımtıl-sarı olması istehlakçılarda suallar yaradır.
Bəs bu, istehsal zamanı tətbiq edilən emal və təmizlənmə prosesləri ilə bağlıdır, yoxsa yağın təbiiliyi və keyfiyyəti barədə şübhələrə əsas verir?
Mövzu ilə bağlı KONKRET.az-a danışan qida məsələləri üzrə ekspert İlkin Şirinov bildirib ki, bitki yağlarının rəngi, ilk növbədə, istifadə olunan xammaldan və istehsal texnologiyasından asılıdır.
Ekspertin sözlərinə görə, müxtəlif bitkilərdən əldə edilən yağların rəngində təbii fərqlər mövcuddur. Məsələn, qarğıdalı yağı günəbaxan yağı ilə müqayisədə daha tünd rəngdə ola bilər. Bununla yanaşı, istehsal zamanı tətbiq edilən rafinasiya və ağartma prosesləri də yağın görünüşünə təsir göstərir.
"İstehsal zamanı tətbiq edilən rafinasiya və ağartma kimi proseslər yağın tərkibindəki rəngverici piqmentlərin, qoxu və dad komponentlərinin, eləcə də bəzi digər maddələrin bir hissəsinin uzaqlaşdırılmasına səbəb olur. Nəticədə yağ daha şəffaf və açıq rəngli görünə bilər. Lakin yalnız rənginə əsaslanaraq məhsulun təbii və ya keyfiyyətli olması barədə qəti fikir söyləmək düzgün deyil", - deyə ekspert vurğulayıb.
İ.Şirinov qeyd edib ki, eyni bitki növündən alınan yağların rəngi belə xammalın xüsusiyyətlərindən və istehsal texnologiyasından asılı olaraq fərqlənə bilər. Bu səbəbdən çox açıq rəngli yağın mütləq keyfiyyətsiz və ya saxta olduğunu düşünmək yanlışdır. Eyni zamanda, yağın şəffaf görünməsi də onun yüksək keyfiyyətli olmasına zəmanət vermir.
Ekspertin sözlərinə görə, intensiv emal zamanı E vitamini və fitosterollar kimi bəzi faydalı komponentlərin miqdarı azala bilər. Yüksək temperatur şəraitində isə müəyyən arzuolunmaz çirkləndiricilərin yaranması riski mövcuddur. Buna görə də istehsal prosesində temperatur rejiminə, tətbiq olunan texnologiyaya və laboratoriya nəzarətinə xüsusi diqqət yetirilməlidir.
İ.Şirinov bildirib ki, bitki yağlarının keyfiyyətini qiymətləndirərkən yalnız rəng və görünüş deyil, bir sıra digər göstəricilər də nəzərə alınmalıdır. Bunlara turşuluq səviyyəsi, peroksid ədədi, yağ turşularının tərkibi, oksidləşmə vəziyyəti və məhsulun təhlükəsizlik göstəriciləri daxildir.
Ekspert istehlakçılara yağ alarkən etiket məlumatlarını diqqətlə oxumağı da tövsiyə edib. Onun sözlərinə görə, məhsulun tərkibi, istehsalçısı, mənşəyi, saxlanma şəraiti və yararlılıq müddəti barədə məlumatlar seçim zamanı mühüm əhəmiyyət daşıyır.
"İstehlakçı aldığı yağın tərkibi və istifadə olunan qatqılar barədə məlumatlarla tanış olmalıdır. İstehsal prosesi və məhsulla bağlı tələb olunan məlumatların gizlədilməsi istehlakçının aldadılması kimi qiymətləndirilə bilər", - deyə ekspert əlavə edib.
Beləliklə, bitki yağının çox açıq və ya ağımtıl-sarı rəngdə olması özlüyündə onun keyfiyyətsiz, saxta və ya təbii olmadığını göstərmir. Məhsulun keyfiyyətini müəyyənləşdirmək üçün xammalın mənşəyi, emal texnologiyası, laboratoriya nəticələri və təhlükəsizlik göstəriciləri birlikdə qiymətləndirilməlidir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 91 Tarix: 01 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Noyabrın 1-dən bu avtobuslar DƏYİŞİR - Gedişhaqqı...
Noyabrın 1-dən metronun "Memar Əcəmi" stansiyasını Hökməli qəsəbəsi ilə əlaqələndirən 156 və 156A nömrəli marşrut avtobusları yenilənir. Bu barədə -a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. Məlumata əsasən, 156 nömrəli marşru
31 oktyabrAzərbaycanda pambıq mahlıcı istehsalı 13 % artıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 54 min 323 ton pambıq mahlıcı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13 % çoxdur. Bu il oktyabrın 1-nə ölkədə 7 min 519 ton hazır məhsul ehtiyatı olub. Xatırlada
31 oktyabr"İnci" körpələr evində azyaşlıya şiddət iddiası - Video
"İnci" körpələr evi-uşaq bağçasında azyaşlı uşağa qarşı şiddət göstərildiyi iddia olunub. Bu barədə -ın qaynar xəttinə (055-224-12-12) şikayət daxil olub. Valideyn Səbinə Şəkərova iddia edib ki, oğlu iki yaşlı İslam müəllimi tərəfindən şiddətə məruz qalıb. Onun sözlərinə görə, uşağın bədəni
30 oktyabrMəryəm Üzərli Azərbaycana gələcək
"Möhtəşəm yüz il" serialında Hürrəm Sultan obrazı ilə tanınan türkiyəli aktrisa Məryəm Üzərli Azərbaycana gələcək. Axşam.az xəbər verir ki, aktrisanın Bakıya gəlişinə səbəb romantik dram janrında çəkilən "İmroz'da Bahar" filmidir. Ekran işinin qala gecəsi Azərbaycanda da keçiriləcək
31 oktyabrBu cərimənin məbləği KƏSKİN AZALIR
İşçilərin sayı azaldıqda və ya ştatlar ixtisar olunduqda işəgötürənlər işçilərin əmək stajını nəzərə alaraq onları əvvəlcədən xəbərdar etməli və müvafiq işdənçıxarma müavinəti ödəməlidirlər. yenisabah-a istinadən xəbər verir ki, bu təminatlar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsind
1 noyabrAzərbaycanda bu şəxslərə yeni mənzillər veriləcək
Sosial Xidmətlər Agentliyi əlilliyi müəyyən olunmuş şəxslər və şəhid ailələri üçün Saatlı rayonunda 18 ədəd üçotaqlı və 27 ədəd ikiotaqlı mənzilin satın alınması üzrə tender elan edib. Tenderdə iştirak haqqı 1 00 manat təşkil edir. Tenderin ehtimal olunan qiyməti 3,386 milyon manat təşkil edir. Tenderd
31 oktyabrAbramoviçin Bakıdan fotosu - Bu dəfə tək deyil
Rusiyalı milyarder Roman Abramoviç hazırda Bakıdadır. "Qafqazinfo" xəbər verir ki, o, paytaxtımızda sevgilisi kimi təqdim edilən ukraynalı model Natalya Qotsiylə birlikdə görüntülənib. -ın məlumatına görə, Abramoviçin Bakıya səfərinin "Baku International Art Festival" (BIAF) ilə əlaqəl
31 oktyabrAzərbaycan pambıq ipliyi istehsalını 23 %-ə yaxın artırıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 18 min 816 ton pambıq ipliyi istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22,8 % çoxdur. Bu il oktyabrın 1-nə ölkədə 3 min 941 ton hazır məhsul ehtiyatı olub. Xatırlada
31 oktyabrAzərbaycanda bəzi məktəblərin adları dəyişdirildi
Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki məktəbəqədər, ümumi təhsil və məktəbdənkənar təhsil müəssisələrinin və digər qurumların siyahısında dəyişiklik olunub. Qaynarinfo xəbər verir ki, bununla bağlı elm və təhsil nazir
31 oktyabr