Dörd gün, üç gecə fasiləsiz şəkildə onlayn oyun oynayan universitet tələbəsi beyin qanaması keçirərək həyatını itirib
Tayvanda dörd gün üç gecə fasiləsiz şəkildə onlayn oyun oynayan universitet tələbəsi beyin qanaması keçirərək həyatını itirib.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, 20 yaşlı gənc qış tətili müddətində kompüter qarşısında uzun saatlar keçirib və demək olar ki, ümumiyyətlə yatmayıb. Ailəsinin istirahət etməsi ilə bağlı dəfələrlə etdiyi xəbərdarlıqlara məhəl qoymayan tələbənin dörd gün ərzində qidalanma və digər əsas ehtiyaclarını da ciddi şəkildə ihmal etdiyi bildirilir.
Məlumata əsasən, gecə saatlarında beynindəki atardamarlardan birinin yırtılması nəticəsində ağır beyin qanaması baş verib və gəncin həyatını xilas etmək mümkün olmayıb.
Hadisədən sonra nevroloqlar uzunmüddətli yuxusuzluğun orqanizm üçün ciddi təhlükə yaratdığını vurğulayıblar. Mütəxəssislərin sözlərinə görə, davamlı yuxusuzluq arterial təzyiqi kəskin şəkildə yüksəldə, damar divarlarının zəifləməsinə və yırtılmasına səbəb ola bilər. Xüsusilə genetik meyilliyi olan şəxslərdə insult və beyin qanaması riski bir neçə dəfə artır.
Qeyd edək ki, Tayvanda əvvəlki illərdə də internet kafelərdə günlərlə fasiləsiz oyun oynayan gənclərin qəfil ölümü ilə bağlı oxşar hadisələr zaman-zaman ictimaiyyətin diqqət mərkəzinə düşüb. Hadisə yenidən rəqəmsal asılılıq və sağlam həyat tərzi ilə bağlı müzakirələri aktuallaşdırıb.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1593 Tarix: 05 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Başı kəsilərək qətlə yetirilən Şəhanənin toyundan foto
Oktyabrın 1-də Sumqayıtın Corat qəsəbəsində 31 yaşlı Şəhanə İmanova başı kəsilərək qətlə yetirilib. Hadisədə şübhəli bilinən həyat yoldaşı 33 yaşlı Əsgər Hüseynov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. onların toy günündən yayılan fotonu təqdim edir:. Xatırladaq ki, oktyabrın 1-də 31 yaşlı Şəhan
4 oktyabrBakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - Video
Bakıda itə qarşı zorakılıq edildiyini əks etdirən görüntülər yayılıb. -ın məlumatına görə, görüntülərdə hündürmərtəbəli binanın pəncərəsindən hamilə itin aşağı atıldığı görünür. Hadisə ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılıb. Qaradağ rayonu ərazisində heyvanla rəhmsiz rəftar edən şəx
4 oktyabrBağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan video
Sumqayıt şəhərində azyaşlı özəl uşaq bağçasında yıxılaraq xəsarət alıb. "Xəzər TV-yə istinadla xəbər verir ki, hadisə nəticəsində azyaşlının qolu sınıb. Hadisə Sumqayıtda fəaliyyət göstərən "Laləli" körpələr evi-uşaq bağçasında baş verib. Sumqayıt şəhər sakini Yaqub Yasinov iddia edi
15 oktyabrTovuzda evdə yanğın olub, 42 yaşlı qadın ölüb
Tovuz rayonu, Qovlar şəhəri, Xəqani küçəsində yaşayış evində yanğın baş verib. Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Birmərtəbəli fərdi yaşayış evində baş vermiş yanğı
3 oktyabrGəncədə kuryoz hadisə: Səs-küy salıb atasını yuxudan oyadan şəxs həbs olundu
Gəncədə evdə səs-küy salan oğul həbs olunub. -a istinadla xəbər verir ki, hadisə şəhərin Nəvai küçəsində baş verib. 36 yaşlı Fərahim Şükürov (şərti adla) evə gələrək səs-küy salıb. Bu zaman səs-küyə oyanan atası hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət edib. Gələn polis əməkdaşları Fərahimi
11 oktyabrMəşhur ticarət mərkəzinin girişində sərnişin avtobusu aşdı - Video
Bakıda Sədərək Ticarət Mərkəzinin girişində 194 nömrəli marşrut avtobusu aşıb. "News24"ə istinadən xəbər verir ki, bunu hadisə şahidləri bildiriblər. Qeyd edilib ki, xəsarət alanlar var. Qəzanın yağışlı hava şəraiti üzündən baş verdiyi bildirilir. [youtube]. [/youtube]
3 oktyabr