Molla rejiminin növbəti xəyanətkar əməli qətiyyətlə pislənilir

Molla rejiminin növbəti xəyanətkar əməli qətiyyətlə pislənilirMart ayının 5-də günorta saatlarında Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına qonşu İran İslam Respublikasının ərazisindən dron hücumları həyata keçirilib. Bu gözlənilməz xain hərəkəti zamanı Naxçıvan şəhərindəki Beynəlxalq Hava Hava Limanının terminal binası və Şəkərabad kəndində məktəb binasının yaxınlığına dron zərbəsi endirilib və nəticədə Hava Limanının binasına zərər dəydi və iki nəfər mülki şəxs xəsarət aldı.
Azərbaycanda çox böyük qəzəb və hiddətlə qarşılanan bu əməllər molla rejiminin riyakarlığını, nankorluğunu bir daha göstərir. Fevralın 28-dən etibarən ABŞ və İsrail İranın hərbi infrastrukturuna qarşı əməliyyatlar həyata keçirir. İran öz növbəsində Körfəz ölkələrinə, İsrailə, NATO bazalarına, habelə regiondakı bir sıra ölkələrə minlərlə dron və ballistik raket buraxıb. Bununla belə, Azərbaycan bu münaqişəyə qarışmayıb, tərəfsizliyini qoruyub. İran isə bu xoş niyyətin əvəzində dinc qonşusuna qarşı hücum addımı atıb. ABŞ və İsrailin son hücumları ərəfəsində Azərbaycan dəfələrlə öz ərazisindən İrana qarşı heç bir halda istifadə edilməyəcəyini bəyan etsə də, öz xoş niyyətini və neytrallığını sübut etsə də, qarşı tərəfin ölkəmizə göstərdiyi bu nankor və riyakar münasibət molla rejiminin simasını yenidən göz önünə gətirir.
Azərbaycan hava məkanını İrana qarşı hərbi məqsədlər üçün bağlamış, qonşuluq münasibətlərini dəyərləndirmiş, beynəlxalq arenada müvazinətli xarici siyasət yürüdüb. Azərbaycan nə ABŞ əməliyyatlarına qatılıb, nə İsrailə hərbi dəstək verib, nə də İrana qarşı hər hansı düşmənçilik addımı atıb. İranın bu hücuma hər hansı bir bəhanəsi yoxdur. Hücum mülki əhaliyə qarşı yönəlib, mülki infrastrukturu hədəf alıb. Bu faktlar İranın addımını daha da ciddi cinayət xarakteri daşıyan bir akt olaraq göstərir.
Hadisədən dərhal sonra İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dərmiçilu Xarici İşlər Nazirliyinə çağırılıb. İran tərəfinə kəskin etiraz bildirilərək, müvafiq etiraz notası təqdim edilib.
Qeyd etmək lazımdır ki, Azərbaycan ərazisinə edilən bu hücum beynəlxalq hüququn norma və prinsiplərinə ziddir və regionda gərginliyin artmasına xidmət edir. Artıq bir çox ölkələrin rəhbrləri bu xəyanətkar aktı qətiyyətlə pisləyərək ölkəmizə dəstək olduqlarını bəyan ediblər.
İran tərəfinin Azərbaycan ərazisinə dron hücumu ilə əlaqədar martın 5-də Prezident İlham Əliyev tərəfindən Təhlükəsizlik Şurasının iclası çağrılıb. Toplantıda çıxış edən ölkə başçısı bildirib ki, biz öz ərazi bütövlüyümüzü qoruyuruq və qorumuşuq. Necə ki, Ermənistan işğalına son qoymuşuq, istənilən şər qüvvəyə qarşı öz gücümüzü göstərməyə hazırıq və İranda bunu unutmasınlar.
​Azərbaycan-İran münasibətlərinə toxunun ölkə başçısı bir sıra məqamlara diqqət çəkib. Bidirilib ki, "dəfələrlə İran tərəfinə, xüsusilə keçən il baş vermiş toqquşmalardan sonra bildirilmişdir ki, Azərbaycan ərazisindən heç bir qonşu dövlətə qarşı istifadə olunmayacaq. Biz buna imkan verməyəcəyik, necə ki, heç vaxt bu günə qədər imkan verməmişik".
Keçən ilin yay aylarında və ondan sonrakı dövrdə İrandan bizə əsassız ittihamlar irəli sürüldüyünü, dövlət qurumlarının nəzarətində olan media resurslarının Azərbaycanı ləkələmək, İranda yaşayan soydaşlarımızın fikrini dəyişdirmək üçün ölkəmizə qarşı çirkin şər-böhtan kampaniyası apardıqlarını xatırladan dövlətimizin başçısı deyib: "Çünki yaxşı bilirlər ki, bu gün müstəqil Azərbaycan dövləti İranda yaşayan bir çox azərbaycanlılar üçün də ümid yeridir".
Dövlər başçısının tapşırıqlarəna uyğun olaraq ölkəmizin Silahlı Qüvvələri - Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, digər bütün Xüsusi Təyinatlı Qüvvələr bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib, həmçinin sərhədlə bağlı müvafiq göstərişlər verilib.
Dövlətimizin başçısı vurğulayıb ki, onların törətdiyi bu terror aktı bütün başqa çirkin amillərlə yanaşı, böyük nankorluq nümunəsidir. İclasda bildirilib ki, bu şərəfsizlər, bizə qarşı bu terror aktını törədənlər peşman olacaqlar. Bizim gücümüzü sınamasınlar.
"Bizim gücümüzü sınamaq istəyənlərin başı "Dəmir yumruq" vasitəsilə yarıldı. Bugünkü hadisə də eyni nəticəni hasil edəcək", - deyə dövlətimizin başçısı vurğulayıb.

İsrafil Kərimov - Azərbaycan Jurnalistlər Birliyinin üzvü


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 551   Tarix: 06 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Hər ay əlavə pensiya alacaq şəxslərin SİYAHISI AÇIQLANDI

Azərbaycanda bir sıra əmək pensiyaçılarının pensiyalarına aylıq sabit məbləğdə əlavələrin edilməsi nəzərdə tutulur. Bəs bu əlavələr kimlərə şamil olunacaq və məbləğ nə qədər olacaq?. xəbər verir ki, deputat Vüqar Bayramov bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Deputat bildirib ki, "Əmə

1 noyabr
.

Kəmaləddin Heydərovdan iki polkovniklə bağlı qərar - Foto

Sumqayıt Regional Mərkəzinin rəisi, polkovnik Vaqif Fətullayev tutduğu vəzifədən azad edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb. Nazirin digər əmri ilə o, Aran Regional Mərkəzinə rəis təyin olunub

31 oktyabr
.

Marketlərdə satılan duru yağlar niyə ağappaq olur? - SƏBƏB TƏƏCCÜBLƏNDİRDİ

Marketlərdə satılan bitki mənşəli duru yağların rənginin bəzən çox açıq, hətta ağımtıl-sarı olması istehlakçılarda suallar yaradır. Bəs bu, istehsal zamanı tətbiq edilən emal və təmizlənmə prosesləri ilə bağlıdır, yoxsa yağın təbiiliyi və keyfiyyəti barədə şübhələrə əsas verir?. Mövzu ilə bağlı -a danışa

1 noyabr
.

Azərbaycan İrandan bananın idxalını 51 dəfə artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycana 41,64 milyon ABŞ dolları dəyərində 39 min 546 ton banan (təzə, qurudulmuş, digərləri) idxal edilib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsind

1 noyabr
.

Noyabrda 11 gün İŞ OLMAYACAQ - TARİXLƏR

Noyabr ayında Azərbaycanda beşgünlük iş həftəsi ilə çalışanlar üçün ardıcıl dörd gün istirahət olacaq. xəbər verir ki, noyabrın 8-i Zəfər Günü, noyabrın 9-u isə Dövlət Bayrağı Günü kimi qeyd olunur. Hər iki tarix qeyri-iş günüdür. Bundan əlavə 8 noyabr bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsin

31 oktyabr
.

Azərbaycan ayaqqabı istehsalını 58 %-dən çox artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 1 milyon 93,6 min cüt ayaqqabı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 58,3 % çoxdur. Bu ilin oktyabrın 1-nə ölkədə 90,4 min cüt hazır məhsul ehtiyatı olub. 2025-c

1 noyabr
.

Pensiyaçılar, uşaqlar və işləyənlər üçün YENİ MƏBLƏĞLƏR AÇIQLANDI

Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb. Bu barədə "Report"a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məlumat verib. Onun sözlərinə görə, gələn il yaşayış minimumu və ehtiyac meyarının məbləği 314 manat olacaq:. "Yaşayı

1 noyabr
.

Yanacaqla işləyən avtomobillər hansı tarixdə istismardan çıxarılacaq? - Video

Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası"nda 2035-ci ilədək daxiliyanma mühərrikli minik avtomobillərinin mərhələli şəkildə istismardan çıxarılması, sərnişin avtomobil parkında elektromobillərin payının artırılması

31 oktyabr
.

Qızılın saxta olub-olmadığını necə yoxlayaq? - Video

Sosial şəbəkələrdə qızıl məmulatlarının tərkibi ilə bağlı yayılan görüntülər müzakirələrə səbəb olub. İddialara görə, zərgərlərin aldığı 44 qramlıq qızıl məmulatının 20 qramdan çoxunun mis olduğu aşkarlanıb. Baku TV-ə istinadla xəbər verir ki, zərgər Şamil Zeynalovun sözlərinə görə, bu cür hallara təkc

31 oktyabr