"İranın hədəfinin məhz mülki infrastruktur olması onun terrorçu simasını ortaya qoyur" - DEPUTAT
Xəbər verdiyimiz kimi Azərbaycan İrandan diplomatik heyətini çıxarır. Qeyd edək ki, martın 5-də Naxçıvan şəhərinə İran ərazisindən PUA hücumu olub. Bununla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib.
Məsələ ilə bağlı Sonxebere.az-a danışan deputat Cavanşir Paşazadə bildirib ki, İranın Naxçıvana, özü də məktəb yaxınlığına PUA hücumu cəhdi insanlıqdan kənar, siyasi əxlaqdan kənar adımdır:
"İran İslam Respublikası ərazisindən Naxçıvana qarşı həyata keçirilən dron hücumları regionda sülhə qarşı yönələn terror aktıdır. Bu addımla İran beynəlxalq hüququn bütün norma və prinsiplərinin pozulmasıdir. Törədilən terror aktına görə məsuliyyət tam şəkildə və qeyd-şərtsiz İran tərəfinin üzərinə düşür. Molla rejimi mülki infrastrukturu, hava limanını hədəf seçməsi onun qorxaqlığını və hərbi etikasının yoxluğunu bariz şəkildə nümayiş etdirdi. Bu hücumla İran riyakarlığını və nankorluğunu ifşa etməklə yanaşı həm də ölkəmizə qarşı apardığı düşmənçilik siyasətini də sübut etmiş oldu".
Deputat vurğulayıb ki,Azərbaycan Prezidenti İlham Əliyevin İranın Ali Liderinin ölümü ilə bağlı dərhal başsağlığı verməsi, şəxsən səfirliyi ziyarət edərək, kədərini bölüşməsi sivil dövlətçilik nümunəsi idi:
"Lakin ölkə başçısının bu humanist addımının qarşılığında Naxçıvana hücum etməsi Tehranın siyasi əxlaqdan kənar olduğunu sübuta yetirir. Əlbəttə bu İrana qarşı ilk düşmənçiliyi deyil. Belə bir xəyanətkar yanaşma, tarix boyu olub. Azərbaycanın xoşməramlı qonşuluq siyasətinə sadiq qalmasına və öz ərazisindən İran üçün heç bir təhlükə yaranmasına imkan verməməsinə baxmayaraq atılmış bu murdar addım İranın sahib olduğu terrorçu xisləti heç vaxt dəyişməyəcəyini sübut edir.Mövcud vəziyyətdə İran İslam Respublikası dərhal bu terror aktı ilə bağlı üzr istəməli və gələcəkdə bu kimi halların təkrarlanmayacağına dair təminat verən təxirəsalınmaz addımlar atmalıdır. İrandan fərqli olaraq Azərbaycan regionda sabitliyin və təhlükəsizliyin qorunmasına töhfə verən, qarşılıqlı hörmət və bərabərhüquqlu tərəfdaşlıq əsasında münasibətlərin inkişafını təşviq edən siyasət həyata keçirir. Heç vaxt öz ərazisindən hər hansı dövlətə qarşı təhdid mənbəyi kimi istifadə edilməsinə imkan verməmiş, əksinə regionda qarşıdurmaların deyil, əməkdaşlıq və dialoqun tərəfdarı olub".
Deputat söyləyib ki,İran ərazisindən Naxçıvan istiqamətində həyata keçirilmiş dron hücumları nəticəsində bir pilotsuz uçuş aparatı Naxçıvan Muxtar Respublikasının hava limanının terminal binasına, digər dron isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb:
"Hadisə nəticəsində hava limanının binasına ziyan dəyib, iki nəfər mülki şəxs xəsarət alıb. Azərbaycan tərəfi mülki infrastruktura və dinc əhaliyə təhlükə yaradan bu hücumu qətiyyətlə pisləyir. Azərbaycan ərazisinə qarşı həyata keçirilmiş bu addım beynəlxalq hüququn norma və prinsiplərinə, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət prinsipinə zidd ve regionda gərginliyin artmasına xidmət edən addımdır.
İranın Naxçıvan ərazisinə terrorçu hücumu ilə bağlı Prezident İlham Əliyevin sədrliyi ilə martın 5-də keçirilən Təhlükəsizlik Şurasının iclasında dövlətimizin başçısının qeyd etdiyi kimi Azərbaycanın humanist addımlarına qarşı bu cür nankor cavab vermək İrana heç də başucalığı gətirmir. Azərbaycan ərazisinin İrana qarşı istifadə edilmədiyi halda cənub qonşumuzun bu hərəkəti naxələflikdən başqa bir şey deyildir.İranın hədəfinin məhz mülki infrastruktur olması isə onun terrorçu simasını ortaya qoyur".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Nazir məktəblərlə bağlı ƏMR İMZALADI: Dəyişiklik EDİLDİ
Noyabrın 1-dən bu avtobuslar DƏYİŞİR - Gedişhaqqı...
2027-ci il nə ilidir? - Şərq təqvimi AÇIQLANDI
Niyə bu sabunun üzərinə 72 faiz yazılır?
Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
Maaşlar nə qədər və nə vaxt artacaq? - YENİ TARİX
Dondurucudakı qiyməni 15 dəqiqəyə əritməyin yolu
ABŞ-də pilotlar 12 min metr yüksəklikdə UNO gördülər
31 yaşlı diş həkimi vəfat etdi - FOTO
Noyabrda hava kəskin DƏYİŞƏCƏK - XƏBƏRDARLIQ EDİLDİ
Qaz plitəsi, kombi və su qızdırıcıları istifadə edənlərin nəzərinə: 6 gün sonra yeni qaydalar qüvvəyə minir
Azərbaycan daha bir böyük tədbirə ev sahibliyi edəcək
Qışda bu 5 əşyanı maşına qoymadan yola çıxmayın