Perinatal Mərkəz niyə hələ də bağlıdır? - Xəstəxananın taleyi sual altındadır

Perinatal Mərkəz niyə hələ də bağlıdır? - Xəstəxananın taleyi sual altındadırAzərbaycan səhiyyə sistemində ana və uşaq sağlamlığının qorunması prioritet istiqamətlərdən biri hesab olunur.

"Qafqazinfo" xəbər verir ki, bu sahədə uzun illər aparıcı rol oynamış Respublika Perinatal Mərkəzinin (RPM) iki ildən artıq bir müddətdə fəaliyyət göstərməməsi isə ciddi suallar doğurur.

Məsələ təkcə bir binanın bağlı qalması deyil - burada söhbət minlərlə ailənin ümid ünvanından və ölkə üzrə III səviyyəli ixtisaslaşmış perinatal xidmətin faktiki olaraq iflic vəziyyətinə düşməsindən gedir.

Strateji əhəmiyyətli tibb müəssisəsi

Respublika Perinatal Mərkəzi 2010-cu ildə ölkə rəhbərliyi tərəfindən istifadəyə verilmiş və fəaliyyət göstərdiyi müddətdə III səviyyəli tibb müəssisəsi kimi ixtisaslaşıb.

Mərkəz vaxtından əvvəl doğulmuş və ekstremal az çəkili körpələrin yaşadılması, ağır riskli hamiləliklərin idarə olunması, çoxprofilli (multidisiplinar) yanaşma ilə ana və yenidoğulmuş reanimasiyasının idarəsi, regionlardan göndərilən ağır pasientlərin qəbulu kimi həyati əhəmiyyətli funksiyaları icra edib.

Minlərlə ailə məhz bu mərkəzdə sağlam övladına qovuşub. RPM illər ərzində yüksək ixtisaslı ginekoloqlar, neonatoloqlar, reanimatoloqlar və təcrübəli tibb bacılarından ibarət güclü peşəkar komanda formalaşdırıb.

Perinatal Mərkəz niyə hələ də bağlıdır? - Xəstəxananın taleyi sual altındadırYanğın və iki ildən artıq davam edən qeyri-müəyyənlik

8 yanvar 2024-cü ildə baş vermiş yanğın 6 mərtəbəli binanın 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 35 kv.m olan 2 otaqda qeydə alınıb. Məlumatlara görə, zərər görmüş otaqlar, binanın fasadı iki ay ərzində tam təmir olunub. Lakin bundan sonra mərkəzin fəaliyyəti bərpa edilməyib. Əksinə, artıq iki ildən çoxdur ki, heç bir əsaslı təmir işinin aparılmadığı göz qabağındadır. Bu müddət ərzində mərkəzin maddi-texniki bazası da faktiki olaraq dağıdılıb.

Avadanlıqların çıxarılması - məqsədli paylanma, yoxsa sistemin zəiflədilməsi?

Mərkəzin müxtəlif şöbələrinə məxsus yeni və müasir tibbi avadanlıqların digər tibb müəssisələrinə "paylanma" adı ilə çıxarıldığı bildirilir. Bu isə mərkəzin gələcək fəaliyyətinin sual altında qalmasına dair ciddi və əsaslı narahatlıq yaradıb. Çünki III səviyyəli perinatal xidmət üçün kompleks, yüksək texnoloji baza vacib şərtdir.

500-ə yaxın əməkdaşın pərən-pərən düşməsi

RPM-in təxminən 500 əməkdaşı respublikanın müxtəlif I və II səviyyəli xəstəxanalarına ezam olunub. Nəticədə yüksək ixtisaslı mütəxəssislər öz potensiallarının cüzi hissəsini belə reallaşdıra bilmir. Riskli hamiləliklər və ağır yenidoğulmuşlarla işləmək üçün uyğun infrastruktur mövcud deyil. Peşəkar komanda dağılma təhlükəsi ilə üz-üzədir. 15 il ərzində formalaşmış ixtisaslaşmış komandanın dağılması yalnız kadr itkisi deyil, həm də sistemli sə-hiyyə kapitalının itirilməsidir.

Perinatal Mərkəz niyə hələ də bağlıdır? - Xəstəxananın taleyi sual altındadırArtan erkən doğuşlar və yüksək uşaq ölümü riski

Statistik göstəricilər vaxtından əvvəl doğuşların artdığını göstərir. Bu isə birbaşa olaraq neonatal intensiv terapiya imkanlarının genişləndirilməsini, III səviyyəli ixtisaslaşmış mərkəzlərin aktiv fəaliyyətini zəruri edir. Lakin belə bir vəziyyətdə ölkədə Respublika Perinatal Mərkəzi kimi aparıcı tibb müəssisəsi fəaliyyət göstərmir. Valideynlər təcrübəli mütəxəssislərə müraciət etsələr belə, onların ezam olunduqları I və II səviyyəli xəstəxanalar ağır halları qəbul etmək və idarə etmək üçün texniki baxımdan uyğun deyil. Bu vəziyyət həm tibbi, həm də sosial baxımdan ciddi risk yaradır.

Rəsmi vədlər və yerinə yetirilməyən öhdəliklər

25 aprel 2025-ci ildə TƏBİB rəhbərliyi ilə RPM kollektivi arasında keçirilən görüş zamanı 2 ay ərzində tender elan ediləcəyi və ilin sonuna qədər mərkəzin təmir olunaraq təhvil veriləcəyi bildirilib. Eyni zamanda mərkəzin strateji və multidisiplinar əhəmiyyətə malik olduğu qeyd olunub. Daha sonra 7 noyabr 2025-ci ildə təmir işlərinin 2026-cı ilin əvvəlində başlayacağı və ilin sonuna qədər başa çatacağı ilə bağlı yenidən bəyanat verilib. Lakin əməkdaşların bildirdiyinə görə, hələ də təmir işlərinə başlanılmayıb, tender prosesi barədə ictimaiyyətə açıq məlumat verilməyib və binanın gələcəyi ilə bağlı müxtəlif şayiələr dolaşmaqdadır.

Şayiələr arasında təmir üçün ayrılmış vəsaitin başqa istiqamətlərə yönəldilməsi və hətta binanın satılması ehtimalı da yer alır. Rəsmi aydınlıq olmaması isə narahatlığı daha da artırır. Məsələ təkcə bir kollektivin deyil, 10 milyonluq cəmiyyətin problemidir. Ana və uşaq sağlamlığı milli təhlükəsizlik məsələsidir. Respublika Perinatal Mərkəzi sıradan bir xəstəxana deyil - bu, ölkənin ən ağır perinatal halları üçün referans mərkəzidir.

İctimaiyyətə və aidiyyatı qurumlara çağırış

Respublika Perinatal Mərkəzinin taleyi, təmir planı, ayrılmış vəsait, tender prosesi, açılışın konkret vaxtı barədə şəffaf və ictimaiyyət üçün açıq məlumat verilməsi zəruridir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 652   Tarix: 06 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Hər ay əlavə pensiya alacaq şəxslərin SİYAHISI AÇIQLANDI

Azərbaycanda bir sıra əmək pensiyaçılarının pensiyalarına aylıq sabit məbləğdə əlavələrin edilməsi nəzərdə tutulur. Bəs bu əlavələr kimlərə şamil olunacaq və məbləğ nə qədər olacaq?. xəbər verir ki, deputat Vüqar Bayramov bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Deputat bildirib ki, "Əmə

1 noyabr
.

Kəmaləddin Heydərovdan iki polkovniklə bağlı qərar - Foto

Sumqayıt Regional Mərkəzinin rəisi, polkovnik Vaqif Fətullayev tutduğu vəzifədən azad edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb. Nazirin digər əmri ilə o, Aran Regional Mərkəzinə rəis təyin olunub

31 oktyabr
.

Marketlərdə satılan duru yağlar niyə ağappaq olur? - SƏBƏB TƏƏCCÜBLƏNDİRDİ

Marketlərdə satılan bitki mənşəli duru yağların rənginin bəzən çox açıq, hətta ağımtıl-sarı olması istehlakçılarda suallar yaradır. Bəs bu, istehsal zamanı tətbiq edilən emal və təmizlənmə prosesləri ilə bağlıdır, yoxsa yağın təbiiliyi və keyfiyyəti barədə şübhələrə əsas verir?. Mövzu ilə bağlı -a danışa

1 noyabr
.

Azərbaycan İrandan bananın idxalını 51 dəfə artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycana 41,64 milyon ABŞ dolları dəyərində 39 min 546 ton banan (təzə, qurudulmuş, digərləri) idxal edilib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsind

1 noyabr
.

Noyabrda 11 gün İŞ OLMAYACAQ - TARİXLƏR

Noyabr ayında Azərbaycanda beşgünlük iş həftəsi ilə çalışanlar üçün ardıcıl dörd gün istirahət olacaq. xəbər verir ki, noyabrın 8-i Zəfər Günü, noyabrın 9-u isə Dövlət Bayrağı Günü kimi qeyd olunur. Hər iki tarix qeyri-iş günüdür. Bundan əlavə 8 noyabr bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsin

31 oktyabr
.

Azərbaycan ayaqqabı istehsalını 58 %-dən çox artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 1 milyon 93,6 min cüt ayaqqabı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 58,3 % çoxdur. Bu ilin oktyabrın 1-nə ölkədə 90,4 min cüt hazır məhsul ehtiyatı olub. 2025-c

1 noyabr
.

Pensiyaçılar, uşaqlar və işləyənlər üçün YENİ MƏBLƏĞLƏR AÇIQLANDI

Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb. Bu barədə "Report"a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məlumat verib. Onun sözlərinə görə, gələn il yaşayış minimumu və ehtiyac meyarının məbləği 314 manat olacaq:. "Yaşayı

1 noyabr
.

Yanacaqla işləyən avtomobillər hansı tarixdə istismardan çıxarılacaq? - Video

Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası"nda 2035-ci ilədək daxiliyanma mühərrikli minik avtomobillərinin mərhələli şəkildə istismardan çıxarılması, sərnişin avtomobil parkında elektromobillərin payının artırılması

31 oktyabr
.

Qızılın saxta olub-olmadığını necə yoxlayaq? - Video

Sosial şəbəkələrdə qızıl məmulatlarının tərkibi ilə bağlı yayılan görüntülər müzakirələrə səbəb olub. İddialara görə, zərgərlərin aldığı 44 qramlıq qızıl məmulatının 20 qramdan çoxunun mis olduğu aşkarlanıb. Baku TV-ə istinadla xəbər verir ki, zərgər Şamil Zeynalovun sözlərinə görə, bu cür hallara təkc

31 oktyabr