Müasir dövrdə insanların getdikcə daha çox tək yaşamağa üstünlük verməsi nə ilə bağlıdır? - AÇIQLAMA

Müasir dövrdə insanların getdikcə daha çox tək yaşamağa üstünlük verməsi nə ilə bağlıdır? - AÇIQLAMAMüasir dövrdə böyük şəhərlərdə həyat tərzi sürətlə dəyişir. İnsanların sosial münasibətləri, ailə modeli və gündəlik həyat seçimləri əvvəlki dövrlərlə müqayisədə fərqli istiqamətdə formalaşır. Xüsusilə son illərdə iri şəhərlərdə tək yaşayan insanların sayının artması diqqət çəkən sosial tendensiyalardan birinə çevrilib.

Bəzi insanlar bunu şəxsi azadlıq və rahatlıqla əlaqələndirir, digərləri isə iqtisadi çətinliklər, karyera prioritetləri və dəyişən dəyərlər sistemi ilə izah edir.

Bəs böyük şəhərlərdə insanların getdikcə daha çox tək yaşamağa üstünlük verməsi nə ilə bağlıdır? Bu tendensiyanın arxasında hansı sosial səbəblər dayanır?

Sosioloq Mətanət Məmmədova bu barədə Sonxeber.az -a açıqlama verib:

"Belə halların bizim cəmiyyətimizdə də çoxalma səbəblərindən birincisi Avropaya meylimizdən, oradakı həyat tərzinə uyğunlaşmaq istəyimizdən irəli gəlir. Bəzən müşahidə edirik ki, bəzi oğlan və qızlar ailəsindən kənarda yaşamağa meyl edir. Bunun səbəbi onun ailə qayğıları ilə özünü yükləməmək, valideyn nəzarəti altında yaşamamaq, "nə vaxt getdin-nə vaxt gəldin"in soruşulmaması və yaxud da karyera üçün sakit bir guşəyə çəkilmək istəyindən irəli gəlir.
Lakin bu, əsla doğru olmayan seçimdir. Çünki insan ailə içərisində tapdığı xoşbəxtliyi qeyri yerdə tapa bilməz. İnsanın digər canlılardan fərqi onun ali dəyərləridir. Bu dəyərlərdən biri ailədir. İnsanların birgə həyat tərzi, ata-ana, bacı-qardaş, sonra onun özünün ailə qurması, həyat yoldaşı və övladları ilə birlikdə yaşaması insanın ali dəyəridir. İnsanlığa yaraşan hal da məhz budur.
Təəssüf ki, bu gün oğlanlar və qızlar var ki, gözəl ailələri ola-ola tək yaşamağı seçir. Bu hal, yaxşı ki, bizdə daha çox yayılmayıb. Yayılması da heç istəmədiyimiz haldır. Lakin belə insanların sayı çoxalmaqdadır.
Mən belə həyatları həyat hesab etmirəm. İnsanın hər hansı bir psixoloji problemi olmalıdır ki, bu addımı atsın. Sən ailəni, əzizlərini qoyub necə tək yaşamağa üstünlük verərsən, bax, bu, maraqlıdır. Belələri ailə qurmağa da meyilli olmur. Sanki gələcək qayğılar, çiyinləri üzərinə düşəcək yük onlara kabus kimi gəlir. Odur ki, tək yaşamağa üstünlük verirlər. Ailə qurmaq yaşı keçəndə, yaşlaşanda səhvin nədən ibarət olduğunu anlayır, lakin artıq gec olur.
Belə insanlara qarşı cəmiyyət olaraq mübarizə aparmalıyıq. Çünki onlar bizim öz övladımız deyilsə, əzizlərimizdən, qohumlarımızdan birinin övladıdır. Belə övladı olan valideynin isə yetərli qədər problemi vardır. Odur ki, tək yaşamağa meyl edən oğlan və qızları bu yolun başlanğıcındaca çəkindirmək, ailəyə bağlamaq lazımdır. Ona görə ki, bu həyat tərzini seçənlər cəmiyyət və ölkə üçün faydalı ola bilməz. İşləyər, karyera qurar, lakin həyatın hansısa bir anında onu da nəyəsə qurban verə bilər. Çünki kimlərisə qurban verib axı. Bu psixologiyadan çıxmağın yeganə yolu elə ailə ilə birlikdə yaşamaq, insan cəmiyyəti üçün gərəkli olanları etməkdir. Unutmayaq ki, insanın digər yarananlardan fərqi onun ailəsi, dəyərləri, necə yaşamalı olması haqqında yazılmamış qanunlardır"


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1440   Tarix: 06 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Hər ay əlavə pensiya alacaq şəxslərin SİYAHISI AÇIQLANDI

Azərbaycanda bir sıra əmək pensiyaçılarının pensiyalarına aylıq sabit məbləğdə əlavələrin edilməsi nəzərdə tutulur. Bəs bu əlavələr kimlərə şamil olunacaq və məbləğ nə qədər olacaq?. xəbər verir ki, deputat Vüqar Bayramov bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Deputat bildirib ki, "Əmə

1 noyabr
.

Kəmaləddin Heydərovdan iki polkovniklə bağlı qərar - Foto

Sumqayıt Regional Mərkəzinin rəisi, polkovnik Vaqif Fətullayev tutduğu vəzifədən azad edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb. Nazirin digər əmri ilə o, Aran Regional Mərkəzinə rəis təyin olunub

31 oktyabr
.

Marketlərdə satılan duru yağlar niyə ağappaq olur? - SƏBƏB TƏƏCCÜBLƏNDİRDİ

Marketlərdə satılan bitki mənşəli duru yağların rənginin bəzən çox açıq, hətta ağımtıl-sarı olması istehlakçılarda suallar yaradır. Bəs bu, istehsal zamanı tətbiq edilən emal və təmizlənmə prosesləri ilə bağlıdır, yoxsa yağın təbiiliyi və keyfiyyəti barədə şübhələrə əsas verir?. Mövzu ilə bağlı -a danışa

1 noyabr
.

Azərbaycan İrandan bananın idxalını 51 dəfə artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycana 41,64 milyon ABŞ dolları dəyərində 39 min 546 ton banan (təzə, qurudulmuş, digərləri) idxal edilib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsind

1 noyabr
.

Noyabrda 11 gün İŞ OLMAYACAQ - TARİXLƏR

Noyabr ayında Azərbaycanda beşgünlük iş həftəsi ilə çalışanlar üçün ardıcıl dörd gün istirahət olacaq. xəbər verir ki, noyabrın 8-i Zəfər Günü, noyabrın 9-u isə Dövlət Bayrağı Günü kimi qeyd olunur. Hər iki tarix qeyri-iş günüdür. Bundan əlavə 8 noyabr bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsin

31 oktyabr
.

Azərbaycan ayaqqabı istehsalını 58 %-dən çox artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 1 milyon 93,6 min cüt ayaqqabı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 58,3 % çoxdur. Bu ilin oktyabrın 1-nə ölkədə 90,4 min cüt hazır məhsul ehtiyatı olub. 2025-c

1 noyabr
.

Pensiyaçılar, uşaqlar və işləyənlər üçün YENİ MƏBLƏĞLƏR AÇIQLANDI

Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb. Bu barədə "Report"a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məlumat verib. Onun sözlərinə görə, gələn il yaşayış minimumu və ehtiyac meyarının məbləği 314 manat olacaq:. "Yaşayı

1 noyabr
.

Yanacaqla işləyən avtomobillər hansı tarixdə istismardan çıxarılacaq? - Video

Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası"nda 2035-ci ilədək daxiliyanma mühərrikli minik avtomobillərinin mərhələli şəkildə istismardan çıxarılması, sərnişin avtomobil parkında elektromobillərin payının artırılması

31 oktyabr
.

Qızılın saxta olub-olmadığını necə yoxlayaq? - Video

Sosial şəbəkələrdə qızıl məmulatlarının tərkibi ilə bağlı yayılan görüntülər müzakirələrə səbəb olub. İddialara görə, zərgərlərin aldığı 44 qramlıq qızıl məmulatının 20 qramdan çoxunun mis olduğu aşkarlanıb. Baku TV-ə istinadla xəbər verir ki, zərgər Şamil Zeynalovun sözlərinə görə, bu cür hallara təkc

31 oktyabr