Qida dəyəri olmayan maddələri yemək istəyi hansı səbəblərdən yaranır? - AÇIQLAMA

Qida dəyəri olmayan maddələri yemək istəyi hansı səbəblərdən yaranır? - AÇIQLAMASon dövrlər bəzi insanlarda gil, təbaşir, torpaq, kömür və hətta sabun kimi qida olmayan maddələri yemək istəyi müşahidə olunur. Mütəxəssislər bu halı "pika sindromu" adlandırır. Bəs, pika sindromu hansı faktorlarla əlaqələndirilir? bu cür qida olmayan maddələrə qarşı istəyi formalaşdıran əsas amillər nələrdir?

Mövzu ilə bağlı Sonxeber.az-a Tibb üzrə fəlsəfə doktoru Ramin Qasımov danışıb.

Qida dəyəri olmayan maddələri yemək istəyi hansı səbəblərdən yaranır? - AÇIQLAMAO, açıqlamasında qeyd edib ki, pika sindromu qida dəyəri olmayan maddələrin - məsələn, təbaşir, gil, torpaq, sabun, saç, kömür, metal və kağız kimi şeylərin yeyilməsi ilə xarakterizə olunan yemə pozuntusudur:

"Bu vəziyyət daha çox uşaqlarda müşahidə edilsə də, bəzi hallarda böyüklərdə də rast gəlinir. Mütəxəssislərin fikrincə, pika sindromunun yaranmasına sosial, mədəni, iqtisadi, psixoloji və ailə faktorları təsir göstərə bilər.

Pika sindromunun yaranma səbəbləri

1. Qidalanma çatışmazlığı
Orqanizmin ehtiyac duyduğu karbohidrat, yağ, zülal, mineral (sink, dəmir, mis) və vitaminlərin, xüsusilə B1 və B6 vitaminlərinin kifayət qədər qəbul edilməməsi nəticəsində qida dəyəri olmayan maddələrə qarşı istək yarana bilər. Süd, yumurta, ət, balıq və pendir kimi qidaların yetərsiz qəbulu bu çatışmazlığa səbəb ola bilər.

2. Yanlış pəhriz proqramları
Qidalanmada balansın qorunmaması və düzgün planlaşdırılmayan diet proqramları orqanizmdə müxtəlif problemlərə səbəb olur və pika sindromunun yaranma riskini artırır.

3. Psixoloji səbəblər
Bəzi psixiatrik xəstəliklər insanın yemə davranışına təsir edir. Şizofreniya, obsessiv-kompulsiv pozuntu və depressiya kimi xəstəliklərdə yemə pozuntuları müşahidə oluna bilər. Eyni zamanda anoreksiya və bulimiya kimi yemə pozuntuları da pika sindromunun yaranmasına zəmin yarada bilər.

4. Hamiləlik və əmizdirmə dövrü
Qadınlarda hamiləlik və əmizdirmə dövründə qida istəkləri dəyişə bilər. Bu dövrdə dəmir çatışmazlığı və hemoqlobin səviyyəsinin aşağı düşməsi bəzi qeyri-adi qida istəklərinə səbəb ola bilər.

5. Uşaqlıq dövrü vərdişləri
Uşaqlar iməkləmə və diş çıxarma dövründə əllərinə keçən müxtəlif əşyaları ağızlarına aparmağa meylli olurlar. Əgər bu davranış yaş artdıqca davam edərsə, pika sindromunun formalaşmasına səbəb ola bilər.

6. Mədəni faktorlar
Bəzi xalqlarda torpaq və ya gil yemək kimi vərdişlər mədəni ənənə kimi qəbul edilir. Bu cür vərdişlərin davamlı olması pika sindromunun yaranmasına gətirib çıxara bilər.

7. Bəzi xəstəliklər
Vitamin və mineral çatışmazlığı immun sistemini zəiflədir və müxtəlif xəstəliklərin yaranmasına şərait yaradır. Məsələn, böyrək xəstəlikləri zamanı dəmir, sink və kalsium kimi mineralların orqanizm tərəfindən mənimsənilməsi çətinləşir və bu da pika sindromuna səbəb ola bilər.

Müalicə üsulları

Pika sindromu yemə pozuntuları qrupuna daxil olan psixiatrik xəstəlikdir. Müalicənin ilk mərhələsi bu vəziyyətin xəstəlik kimi qəbul edilməsidir. Daha sonra problemin yaranmasına səbəb olan faktorlar araşdırılır və müalicə planı buna uyğun qurulur.

Mütəxəssislərin - həkim, dietoloq və psixiatrın birgə iştirakı ilə xəstəyə uyğun qidalanma proqramı hazırlanır. Bundan əlavə, psixoloji dəstək və ailənin köməyi müalicə prosesində mühüm rol oynayır".

Vüsalə İbrahimli


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1238   Tarix: 06 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Hər ay əlavə pensiya alacaq şəxslərin SİYAHISI AÇIQLANDI

Azərbaycanda bir sıra əmək pensiyaçılarının pensiyalarına aylıq sabit məbləğdə əlavələrin edilməsi nəzərdə tutulur. Bəs bu əlavələr kimlərə şamil olunacaq və məbləğ nə qədər olacaq?. xəbər verir ki, deputat Vüqar Bayramov bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Deputat bildirib ki, "Əmə

1 noyabr
.

Kəmaləddin Heydərovdan iki polkovniklə bağlı qərar - Foto

Sumqayıt Regional Mərkəzinin rəisi, polkovnik Vaqif Fətullayev tutduğu vəzifədən azad edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb. Nazirin digər əmri ilə o, Aran Regional Mərkəzinə rəis təyin olunub

31 oktyabr
.

Marketlərdə satılan duru yağlar niyə ağappaq olur? - SƏBƏB TƏƏCCÜBLƏNDİRDİ

Marketlərdə satılan bitki mənşəli duru yağların rənginin bəzən çox açıq, hətta ağımtıl-sarı olması istehlakçılarda suallar yaradır. Bəs bu, istehsal zamanı tətbiq edilən emal və təmizlənmə prosesləri ilə bağlıdır, yoxsa yağın təbiiliyi və keyfiyyəti barədə şübhələrə əsas verir?. Mövzu ilə bağlı -a danışa

1 noyabr
.

Azərbaycan İrandan bananın idxalını 51 dəfə artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycana 41,64 milyon ABŞ dolları dəyərində 39 min 546 ton banan (təzə, qurudulmuş, digərləri) idxal edilib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsind

1 noyabr
.

Noyabrda 11 gün İŞ OLMAYACAQ - TARİXLƏR

Noyabr ayında Azərbaycanda beşgünlük iş həftəsi ilə çalışanlar üçün ardıcıl dörd gün istirahət olacaq. xəbər verir ki, noyabrın 8-i Zəfər Günü, noyabrın 9-u isə Dövlət Bayrağı Günü kimi qeyd olunur. Hər iki tarix qeyri-iş günüdür. Bundan əlavə 8 noyabr bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsin

31 oktyabr
.

Azərbaycan ayaqqabı istehsalını 58 %-dən çox artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 1 milyon 93,6 min cüt ayaqqabı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 58,3 % çoxdur. Bu ilin oktyabrın 1-nə ölkədə 90,4 min cüt hazır məhsul ehtiyatı olub. 2025-c

1 noyabr
.

Pensiyaçılar, uşaqlar və işləyənlər üçün YENİ MƏBLƏĞLƏR AÇIQLANDI

Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb. Bu barədə "Report"a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məlumat verib. Onun sözlərinə görə, gələn il yaşayış minimumu və ehtiyac meyarının məbləği 314 manat olacaq:. "Yaşayı

1 noyabr
.

Yanacaqla işləyən avtomobillər hansı tarixdə istismardan çıxarılacaq? - Video

Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası"nda 2035-ci ilədək daxiliyanma mühərrikli minik avtomobillərinin mərhələli şəkildə istismardan çıxarılması, sərnişin avtomobil parkında elektromobillərin payının artırılması

31 oktyabr
.

Qızılın saxta olub-olmadığını necə yoxlayaq? - Video

Sosial şəbəkələrdə qızıl məmulatlarının tərkibi ilə bağlı yayılan görüntülər müzakirələrə səbəb olub. İddialara görə, zərgərlərin aldığı 44 qramlıq qızıl məmulatının 20 qramdan çoxunun mis olduğu aşkarlanıb. Baku TV-ə istinadla xəbər verir ki, zərgər Şamil Zeynalovun sözlərinə görə, bu cür hallara təkc

31 oktyabr