Azərbaycanda qadınlar harada çalışır, nə qədər maaş alır? - RƏQƏMLƏR

Azərbaycanda qadınlar harada çalışır, nə qədər maaş alır? - RƏQƏMLƏRSabah Beynəlxalq qadınlar günüdür. Hazırda dünyanın 26 ölkəsində, o cümlədən Azərbaycanda "8 Mart" rəsmi bayram günü kimi qeyd olunur. Ötən il Azərbaycanda doğulan körpələrin 53,1 faizini oğlanlar, 46,9 faizini isə qızlar təşkil edib. Həmçinin ölkə əhalisinin 50,2 faizini qadınlar təşkil edir.

Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumatına görə, ölkəmizdə məşğul əhalinin 2 milyon 414 mini qadınlardır. Məşğul kişilərin sayı isə 2 milyon 615 min nəfər təşkil edir. İşçi qüvvəsində qadınların ümumi sayı isə 2 milyon 571 mindir.

Qadınların ən çox çalışdığı sahə təhsil sektorudur. Belə ki, hazırda əmək müqaviləsi ilə çalışan qadınların sayı 722 min 147 nəfərdir. Onların 242 min 801 nəfəri təhsil sahəsində fəaliyyət göstərir. Bu göstərici muzdlu qadın işçilərin 33,6 faizini təşkil edir. Başqa sözlə, əmək müqaviləsi ilə çalışan hər üç qadından biri təhsil sektorunda işləyir.

Qadınların üstünlük verdiyi ikinci böyük sahə əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsidir. Bu sektorda 116 min 976 qadın çalışır ki, bu da ümumi payın 16,2 faizini təşkil edir. İlk üçlüyü isə ticarət və nəqliyyat vasitələrinin təmiri sektoru tamamlayır. Bu sahədə 95 min 566 qadın vətəndaşın əmək müqaviləsi qeydiyyata alınıb.

Qadınların orta aylıq əmək haqqısına gəldikdə isə, ən yüksək maaş mədənçıxarma sənayesində qeydə alınır. Bu sahədə qadın işçilərin orta aylıq əmək haqqı 2915 manatdır. Növbəti yerlərdə maliyyə və sığorta fəaliyyəti gəlir. Belə ki, bu sahədə çalışan qadınların orta aylıq maaşı 1813 manatdır. İlk üçlüyü informasiya və rabitə sektoru tamamlayır. Burada qadınların orta aylıq əmək haqqı 1353 manat təşkil edir.

Məşğulluqda böyük paya malik olan təhsil sektorunda isə qadınların orta aylıq maaşı 731 manatdır. Hazırda qadınların orta aylıq əmək haqqısı kişilərin orta əmək haqqısının 68,9 faizinə bərabərdir. Başqa sözlə desək, eyni və ya oxşar sahələrdə çalışan qadınlar kişi həmkarlarına nisbətən orta hesabla 31,1 faiz daha az maaş alır. Qlobal miqyasda isə bu nisbət daha azdır, təxminən 77-80 faiz təşkil edir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 655   Tarix: 07 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Yanacaqla işləyən avtomobillər hansı tarixdə istismardan çıxarılacaq? - Video

Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası"nda 2035-ci ilədək daxiliyanma mühərrikli minik avtomobillərinin mərhələli şəkildə istismardan çıxarılması, sərnişin avtomobil parkında elektromobillərin payının artırılması

31 oktyabr
.

Məhkumlar nə vaxt həbsdən azad edilə bilər?

Azərbaycanda məhkumlar törətdikləri cinayətin ağırlıq dərəcəsindən asılı olaraq təyin edilmiş cəzanın müəyyən hissəsini çəkdikdən sonra məhkəmənin qərarı ilə cəzalarının qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilə bilərlər. Trend-in sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən bildirili

1 noyabr
.

Biznesin gündəmi artıq bir ünvanda - 1business.media fəaliyyətə başladı

Azərbaycanda biznes, iqtisadiyyat və maliyyə xəbərlərini oxuculara çatdıracaq 1business.media saytı fəaliyyətə başlayıb. "Bakupost"a verilən məlumata görə yeni platformanın məqsədi ölkənin biznes mühitini daha anlaşıqlı və əlçatan təqdim etmək, iqtisadi hadisələrin sahibkarlar və vətəndaşla

31 oktyabr
.

Azərbaycanda bu şəxslərə yeni mənzillər veriləcək

Sosial Xidmətlər Agentliyi əlilliyi müəyyən olunmuş şəxslər və şəhid ailələri üçün Saatlı rayonunda 18 ədəd üçotaqlı və 27 ədəd ikiotaqlı mənzilin satın alınması üzrə tender elan edib. Tenderdə iştirak haqqı 1 00 manat təşkil edir. Tenderin ehtimal olunan qiyməti 3,386 milyon manat təşkil edir. Tenderd

31 oktyabr
.

Azərbaycanda aliment artırılacaq

2027-ci il yanvarın 1-dən etibarən Azərbaycanda alimentin minimum məbləğinin 260 manatdan 274 manata qaldırılması nəzərdə tutulur. xəbər verir ki, bu, "Azərbaycan Respublikasında 2027-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsində əksini tapıb. Layihəyə əsasən, uşaqlar üçün yaşayı

1 noyabr
.

Hər ay əlavə pensiya alacaq şəxslərin SİYAHISI AÇIQLANDI

Azərbaycanda bir sıra əmək pensiyaçılarının pensiyalarına aylıq sabit məbləğdə əlavələrin edilməsi nəzərdə tutulur. Bəs bu əlavələr kimlərə şamil olunacaq və məbləğ nə qədər olacaq?. xəbər verir ki, deputat Vüqar Bayramov bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Deputat bildirib ki, "Əmə

1 noyabr
.

Yol polisindən moped və velosiped sürənlərə xəbərdarlıq - Video

Bir gün ərzində moped və velosiped idarə edən iki gənc yol qəzasında həyatını itirib. xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Bildirilib ki, Siyəzən rayonunun Böyük Həmyə kəndində 17 yaşlı gəncin sürmə vərdişləri olmadığı halda moped idarə etməsi faciə ilə nəticələnib

31 oktyabr
.

Media və Yayım Şurasından jurnalistlərə hücumlarla bağlı bəyanat

"Son günlər media nümayəndələrinin hadisə yerlərində çəkiliş apararkən hücuma məruz qalması, onlara qarşı fiziki zorakılıq tətbiq edilməsi və peşə fəaliyyətlərinə maneələrin yaradılması ciddi narahatlıq doğurur. Jurnalistlərin təhlükəsizliyini təhdid edən bu cür hərəkətlər eyni zamanda cəmiyyəti

1 noyabr
.

Azərbaycan ayaqqabı istehsalını 58 %-dən çox artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 1 milyon 93,6 min cüt ayaqqabı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 58,3 % çoxdur. Bu ilin oktyabrın 1-nə ölkədə 90,4 min cüt hazır məhsul ehtiyatı olub. 2025-c

1 noyabr