Atasının maşınını sürən yeniyetmə yolu bir-birinə qatdı - VİDEO
Türkiyənin Aksaray şəhərində 16 yaşlı yeniyetmənin polisə tabe olmayaraq maşınla qaçması şəhərdə film səhnələrini xatırladan gərgin təqibə səbəb olub.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə Taşpazan məhəlləsində, Ebulfeyz Elçibey küçəsində baş verib. Məlumata görə, Ö.F.K. adlı 16 yaşlı yeniyetmə atasına məxsus 68 KD 202 dövlət nömrə nişanlı lüks avtomobili götürərək dostu M.T. (16) ilə birlikdə şəhər mərkəzində gəzintiyə çıxıb. Bu zaman Aksaray İl Emniyet Müdürlüğü Trafik Şöbəsinin əməkdaşları avtomobildən şübhələnərək sürücünü saxlamaq istəyib. Lakin sürücü polisin "dayan" əmrinə tabe olmayaraq sürətlə uzaqlaşıb.
Polis əməkdaşları avtomobili təqib etməyə başlayıb. Megafonla edilən bütün xəbərdarlıqlara baxmayaraq, yeniyetmə qaçmağa davam edib. Təqib zamanı sürücü drift edərək, avtomobillər arasında təhlükəli manevrlər edib, qırmızı işıqda dayanmayıb və avtomobilin işıqlarını söndürərək iz itirməyə çalışıb. Polis anonsundan sonra şəhərin bəzi yolları bağlanaraq avtomobilin qarşısı kəsilməyə çalışılıb.
Təxminən 15 dəqiqə davam edən təqib Aksaray-Ankara Karayolu Nevşehir Kavşağı istiqamətində polis əməkdaşlarının yolu bağlaması ilə başa çatıb. Avtomobil saxlanılıb və sürücü Ö.F.K. ilə yanaşı avtomobildə olan dostu da maşından endirilib. Hər iki yeniyetmə saxlanılaraq tibbi müayinə üçün Aksaray Eğitim ve Araştırma Hastanesi xəstəxanasına aparılıb.
Polis bölməsində ifadələri alınan yeniyetmə sürücüyə "polisin dayan əmrinə tabe olmamaq, təhlükəli manevr etmək, qırmızı işıq qaydasını pozmaq, sürücülük vəsiqəsi olmadan avtomobil idarə etmək və drift etmək" kimi qayda pozuntularına görə ümumilikdə 381 min lirə məbləğində inzibati cərimə tətbiq olunub.
Bundan əlavə, hadisə ilə bağlı Aksaray Cumhuriyet Başsavcılığı tərəfindən cinayət işi üzrə araşdırma başladılıb. Yeniyetmənin idarə etdiyi atasına məxsus lüks avtomobil isə 4 ay müddətinə yol istifadəsindən kənarlaşdırılaraq cərimə meydançasına aparılıb.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 607 Tarix: 10 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Başı kəsilərək qətlə yetirilən Şəhanənin toyundan foto
Oktyabrın 1-də Sumqayıtın Corat qəsəbəsində 31 yaşlı Şəhanə İmanova başı kəsilərək qətlə yetirilib. Hadisədə şübhəli bilinən həyat yoldaşı 33 yaşlı Əsgər Hüseynov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. onların toy günündən yayılan fotonu təqdim edir:. Xatırladaq ki, oktyabrın 1-də 31 yaşlı Şəhan
4 oktyabrBakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - Video
Bakıda itə qarşı zorakılıq edildiyini əks etdirən görüntülər yayılıb. -ın məlumatına görə, görüntülərdə hündürmərtəbəli binanın pəncərəsindən hamilə itin aşağı atıldığı görünür. Hadisə ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılıb. Qaradağ rayonu ərazisində heyvanla rəhmsiz rəftar edən şəx
4 oktyabrBağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan video
Sumqayıt şəhərində azyaşlı özəl uşaq bağçasında yıxılaraq xəsarət alıb. "Xəzər TV-yə istinadla xəbər verir ki, hadisə nəticəsində azyaşlının qolu sınıb. Hadisə Sumqayıtda fəaliyyət göstərən "Laləli" körpələr evi-uşaq bağçasında baş verib. Sumqayıt şəhər sakini Yaqub Yasinov iddia edi
15 oktyabrTovuzda evdə yanğın olub, 42 yaşlı qadın ölüb
Tovuz rayonu, Qovlar şəhəri, Xəqani küçəsində yaşayış evində yanğın baş verib. Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Birmərtəbəli fərdi yaşayış evində baş vermiş yanğı
3 oktyabrGəncədə kuryoz hadisə: Səs-küy salıb atasını yuxudan oyadan şəxs həbs olundu
Gəncədə evdə səs-küy salan oğul həbs olunub. -a istinadla xəbər verir ki, hadisə şəhərin Nəvai küçəsində baş verib. 36 yaşlı Fərahim Şükürov (şərti adla) evə gələrək səs-küy salıb. Bu zaman səs-küyə oyanan atası hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət edib. Gələn polis əməkdaşları Fərahimi
11 oktyabrMəşhur ticarət mərkəzinin girişində sərnişin avtobusu aşdı - Video
Bakıda Sədərək Ticarət Mərkəzinin girişində 194 nömrəli marşrut avtobusu aşıb. "News24"ə istinadən xəbər verir ki, bunu hadisə şahidləri bildiriblər. Qeyd edilib ki, xəsarət alanlar var. Qəzanın yağışlı hava şəraiti üzündən baş verdiyi bildirilir. [youtube]. [/youtube]
3 oktyabr