Veysəloğlu Şirkətlər Qrupunun ənənəvi "İllik Dəyərləndirmə və Gələcəyə Baxış" tədbiri keçirilib

Veysəloğlu Şirkətlər Qrupunun ənənəvi "İllik Dəyərləndirmə və Gələcəyə Baxış" tədbiri keçirilibGülüstan Sarayında Veysəloğlu Şirkətlər Qrupu tərəfindən hər il ənənəvi olaraq təşkil edilən "İllik Dəyərləndirmə və Gələcəyə Baxış" tədbiri baş tutub.

Tədbirdə Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti, Qrupun tərkibinə daxil olan şirkətlərin rəhbərləri, idarəetmə komandası və müxtəlif struktur bölmələrinin rəhbərləri iştirak ediblər. Tədbirin əsas məqsədi ötən ilin nəticələrinin qiymətləndirilməsi, əldə olunan uğurların bölüşülməsi və qarşıdakı dövr üçün strateji prioritetlərin müəyyənləşdirilməsi olub.

Tədbirin açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ardınca Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Veysəloğlu Şirkətlər Qrupunun himni təqdim olunub.

Davamında ölkəmizin və Şirkətlər Qrupunun 2025-ci il ərzində əldə etdiyi nailiyyətləri əks etdirən videoçarxlar nümayiş etdirilib.

Tədbir çərçivəsində Qrupun əsas biznes istiqamətləri üzrə fəaliyyət göstərən "Veysəloğlu-Distribusiya", "OBA" marketlər şəbəkəsi, "Veysəloğlu-Rossmann", "Veysəloğlu-Əmlak" və "Araz" supermarketlər şəbəkəsinin rəhbərləri tərəfindən təqdimatlar keçirilib. Çıxışlarda şirkətlərin ötən dövr üzrə fəaliyyət nəticələri, bazar mövqeləri və gələcək inkişaf strategiyaları barədə ətraflı məlumat verilib.

Proqramın davamında şirkətlərin idarə heyəti üzvlərinin iştirakı ilə panel müzakirəsi təşkil olunub. "Rəqəmsal dövrdə strateji rəhbərlik və komanda sinerjisi" mövzusuna həsr olunan paneldə iştirakçılar müasir idarəetmə modelləri, innovativ yanaşmalar və komanda əməkdaşlığının əhəmiyyəti barədə fikir mübadiləsi aparıblar.

Tədbirin ikinci hissəsində Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşları ilə əməkdaşlıq təcrübəsini əks etdirən videoçarx təqdim olunub. Ardınca şirkətin korporativ dəyərlərinə və təşkilati mədəniyyətinə uyğun olaraq "Vəfa Zirvəsi" mükafatlarının təqdimatı keçirilib.

Daha sonra şirkət rəhbərləri tərəfindən "Komanda işi" nominasiyaları üzrə fərqlənən əməkdaşlar təltif olunub. Həmçinin bütün Şirkətlər Qrupunu əhatə edən "İlin nominasiyaları" çərçivəsində qalib layihələr mükafatlandırılıb.

Tədbirdə çıxış edən Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi və Baş icraçı direktoru Aydın Veysəloğlu "VŞQ"nin inkişaf strategiyası, korporativ dəyərlərin gücləndirilməsi və gələcək hədəflərlə bağlı fikirlərini bölüşüb.

Gecənin sonunda əvvəlki illərin qaliblərinin xronoloji təqdimatı nümayiş etdirilib və "Təsisçidən Özəl", "İlin Ən Mənfəətli Şirkəti" və "İlin Şirkəti" nominasiyaları üzrə qaliblər mükafatlandırılıb.

Qeyd edək ki, "İllik Dəyərləndirmə və Gələcəyə Baxış" tədbiri Veysəloğlu Şirkətlər Qrupunun daxilində strateji planlaşdırmanın gücləndirilməsi, komanda birliyinin möhkəmləndirilməsi və institusional inkişafın təşviqinə xidmət edir.

Veysəloğlu Şirkətlər Qrupunun ənənəvi "İllik Dəyərləndirmə və Gələcəyə Baxış" tədbiri keçirilibVeysəloğlu Şirkətlər Qrupunun ənənəvi "İllik Dəyərləndirmə və Gələcəyə Baxış" tədbiri keçirilibVeysəloğlu Şirkətlər Qrupunun ənənəvi "İllik Dəyərləndirmə və Gələcəyə Baxış" tədbiri keçirilibVeysəloğlu Şirkətlər Qrupunun ənənəvi "İllik Dəyərləndirmə və Gələcəyə Baxış" tədbiri keçirilibVeysəloğlu Şirkətlər Qrupunun ənənəvi "İllik Dəyərləndirmə və Gələcəyə Baxış" tədbiri keçirilibVeysəloğlu Şirkətlər Qrupunun ənənəvi "İllik Dəyərləndirmə və Gələcəyə Baxış" tədbiri keçirilibVeysəloğlu Şirkətlər Qrupunun ənənəvi "İllik Dəyərləndirmə və Gələcəyə Baxış" tədbiri keçirilibVeysəloğlu Şirkətlər Qrupunun ənənəvi "İllik Dəyərləndirmə və Gələcəyə Baxış" tədbiri keçirilibVeysəloğlu Şirkətlər Qrupunun ənənəvi "İllik Dəyərləndirmə və Gələcəyə Baxış" tədbiri keçirilibVeysəloğlu Şirkətlər Qrupunun ənənəvi "İllik Dəyərləndirmə və Gələcəyə Baxış" tədbiri keçirilib


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 756   Tarix: 10 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Yanacaqla işləyən avtomobillər hansı tarixdə istismardan çıxarılacaq? - Video

Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası"nda 2035-ci ilədək daxiliyanma mühərrikli minik avtomobillərinin mərhələli şəkildə istismardan çıxarılması, sərnişin avtomobil parkında elektromobillərin payının artırılması

31 oktyabr
.

Məhkumlar nə vaxt həbsdən azad edilə bilər?

Azərbaycanda məhkumlar törətdikləri cinayətin ağırlıq dərəcəsindən asılı olaraq təyin edilmiş cəzanın müəyyən hissəsini çəkdikdən sonra məhkəmənin qərarı ilə cəzalarının qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilə bilərlər. Trend-in sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən bildirili

1 noyabr
.

Biznesin gündəmi artıq bir ünvanda - 1business.media fəaliyyətə başladı

Azərbaycanda biznes, iqtisadiyyat və maliyyə xəbərlərini oxuculara çatdıracaq 1business.media saytı fəaliyyətə başlayıb. "Bakupost"a verilən məlumata görə yeni platformanın məqsədi ölkənin biznes mühitini daha anlaşıqlı və əlçatan təqdim etmək, iqtisadi hadisələrin sahibkarlar və vətəndaşla

31 oktyabr
.

Azərbaycanda bu şəxslərə yeni mənzillər veriləcək

Sosial Xidmətlər Agentliyi əlilliyi müəyyən olunmuş şəxslər və şəhid ailələri üçün Saatlı rayonunda 18 ədəd üçotaqlı və 27 ədəd ikiotaqlı mənzilin satın alınması üzrə tender elan edib. Tenderdə iştirak haqqı 1 00 manat təşkil edir. Tenderin ehtimal olunan qiyməti 3,386 milyon manat təşkil edir. Tenderd

31 oktyabr
.

Azərbaycanda aliment artırılacaq

2027-ci il yanvarın 1-dən etibarən Azərbaycanda alimentin minimum məbləğinin 260 manatdan 274 manata qaldırılması nəzərdə tutulur. xəbər verir ki, bu, "Azərbaycan Respublikasında 2027-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsində əksini tapıb. Layihəyə əsasən, uşaqlar üçün yaşayı

1 noyabr
.

Hər ay əlavə pensiya alacaq şəxslərin SİYAHISI AÇIQLANDI

Azərbaycanda bir sıra əmək pensiyaçılarının pensiyalarına aylıq sabit məbləğdə əlavələrin edilməsi nəzərdə tutulur. Bəs bu əlavələr kimlərə şamil olunacaq və məbləğ nə qədər olacaq?. xəbər verir ki, deputat Vüqar Bayramov bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Deputat bildirib ki, "Əmə

1 noyabr
.

Yol polisindən moped və velosiped sürənlərə xəbərdarlıq - Video

Bir gün ərzində moped və velosiped idarə edən iki gənc yol qəzasında həyatını itirib. xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Bildirilib ki, Siyəzən rayonunun Böyük Həmyə kəndində 17 yaşlı gəncin sürmə vərdişləri olmadığı halda moped idarə etməsi faciə ilə nəticələnib

31 oktyabr
.

Media və Yayım Şurasından jurnalistlərə hücumlarla bağlı bəyanat

"Son günlər media nümayəndələrinin hadisə yerlərində çəkiliş apararkən hücuma məruz qalması, onlara qarşı fiziki zorakılıq tətbiq edilməsi və peşə fəaliyyətlərinə maneələrin yaradılması ciddi narahatlıq doğurur. Jurnalistlərin təhlükəsizliyini təhdid edən bu cür hərəkətlər eyni zamanda cəmiyyəti

1 noyabr
.

Azərbaycan ayaqqabı istehsalını 58 %-dən çox artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 1 milyon 93,6 min cüt ayaqqabı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 58,3 % çoxdur. Bu ilin oktyabrın 1-nə ölkədə 90,4 min cüt hazır məhsul ehtiyatı olub. 2025-c

1 noyabr