Diqqət: İnstagramda qadınların adından saxta hesablar açılır!
Son günlər Instagram istifadəçiləri arasında yeni bir saxta hesab dalğası yayılmağa başlayıb. Sosial şəbəkədə xüsusilə qadınların adından açılan "fake" hesablar zəncirvari şəkildə artır və istifadəçilər üçün təhlükə yaradır.
Sonxeber.az məlumat verir ki, naməlum şəxslər əvvəlcə real qadın istifadəçilərin adından saxta profil yaradır və onların dost siyahısındakı insanlara izləmə sorğusu göndərirlər. İzləmə sorğusunu qəbul edən şəxslərin profilindəki şəkillər isə daha sonra oğurlanaraq yeni saxta hesabların yaradılmasında istifadə olunur.
Beləliklə, eyni üsulla hər dəfə yeni hesablar açılır və proses zəncirvari şəkildə davam edir. Nəticədə bir müddət sonra sosial şəbəkədə eyni şəxsin adı və şəkilləri ilə bir neçə saxta profil ortaya çıxır.
Mütəxəssislər bildirir ki, bu cür saxta hesablar bəzən insanları aldatmaq, şəxsi məlumat toplamaq və ya müxtəlif dələduzluq halları üçün istifadə oluna bilər. Buna görə istifadəçilərə tanımadıqları profillərdən gələn izləmə sorğularını qəbul etməmək, şəxsi şəkillərin görünürlük ayarlarını məhdudlaşdırmaq və şübhəli hesabları platformaya şikayət etmək tövsiyə olunur.



Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 790 Tarix: 11 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda qolları olmayan körpə doğuldu: Anası İMTİNA ETDİ - FOTO
Bakının Sabunçu rayonunda yerləşən tibb müəssisələrindən birində anadangəlmə yuxarı ətrafları (qolları) olmayan körpə dünyaya gəlib. "Unikal"a istinadən xəbər verir ki, doğuşdan sonra körpənin anası övladından rəsmi şəkildə imtina edib. Faktı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind
9 sentyabrLəman Ələşrəfqızı bu kanalda aparıcı olacaq
Tanınmış jurnalist Ləman Ələşrəfqızı bundan sonra həm də "Space TV"də çalışacaq. xəbər verir ki, o sözügedən televiziya kanalında "Qırmızı xətt" verilişinin aparıcısı olacaq. Bu barədə kanalın rəsmi sosial şəbəkə hesabında bildirilib. Yeni layihəsi barədə fikirlərini bölüşən Ləma
10 sentyabrBu məktəblərdə təhsil haqqı YÜKSƏKDİR: Səbəb nədir? - AÇIQLAMA
Özəl məktəblərdə təhsil haqlarının yüksək olması əsasən müəllim heyəti, məktəbin maddi-texniki imkanları, beynəlxalq və əlavə tədris proqramları, nəqliyyat, qidalanma və digər xidmətlərlə əlaqələndirilir. Azərbaycanda özəl məktəblərin illik təhsil haqları məktəbdən məktəbə ciddi şəkildə dəyişir və bəz
9 sentyabrBu atları saxlayanlara 1000 manat veriləcək
"Qarabağ" və "Dilbaz" atlarının saxlanmasına subsidiya veriləcək. "Qafqazinfo" xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb. Milli at cinslərinin qorunması və sayının artırılması məqsədilə qeydiyyata alınmış "Qarabağ" və "Dilbaz"
10 sentyabrHəmin "zipline"da avqustda da ciddi problem olubmuş - Video
Şəkinin Baş Küngüt kəndi ərazisində yerləşən "Şəki yaylası" istirahət mərkəzindəki "zipline"nın kanat xəttində əvvəllər də ciddi texniki problemlər yarandığı məlum olub. "Qafqazinfo" Ölkə.az-a istinadən xəbər verir ki, belə hadisələrdən biri avqustun 19-da baş verib. Bel
10 sentyabrAtasının həbsdən çıxmasından danışdı: "Məni görəndə şok oldu"
Məşhur "Çudo Peçka" şirniyyat mağazaları şəbəkəsinin sahibi Çingiz Cəlilovun oğlu, Xalq artisti Röya Ayxanın keçmiş həyat yoldaşı Anar Cəlilov atasının həbsdən azadlığa çıxmasından danışıb. Axşam.az xəbər verir ki, A.Cəlilov bu haqda Elgiz Əkbərin "YouTube" proqramında sualları cavablandırarkə
10 sentyabr