Ülviyyə Ağazadə pasiyentə 32 min manat təzminat ödəyəcək (SƏBƏB)
Tanınmış plastik-cərrah Ülviyyə Ağazadə "Azer Türk Med"da gerçəkləşən əməliyyat zamanı sağlamlığına zərər vurduğu pasiyentinə 31.718 manat təzminat ödəyəcək.
Teleqraf-ın əldə etdiyi məlumata görə, bununla bağlı məhkəmə qətnamə qəbul edib.
Məlum olub ki, Ülviyyə Ağazadə tərəfindən icra olunan əməliyyatdan sonra xəstənin vəziyyəti ağırlaşıb və o, "Azer Türk Med"dən başqa bir özəl klinikaya köçürülüb. Qadın buradakı müalicəsinə 27 000 manat civarında pul xərcləyib.
İş materiallarında pasiyent üzərində icra edilmiş abdominoplastika, bel, çanaq nahiyəsinin liposaksiyası, qasıq hissəsinin liposaksiyası cərrahiyyə əməliyyatı taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmədiyi qeyd olunub. Sənədlərdə əməliyyatın qüsurlu icrası zamanı yumşaq toxumalar zədələndiyi, bunun da sonradan xəstənin vəziyyətinin ağırlaşmasına, yəni postoperasion hemorragik şoka, kəskin böyrək və qaraciyər zədələnmələrinə, posthemorragik anemiyaya, bilateral nozokomial pnevmoniyaya və sepsisə səbəb olduğu öz əksini tapıb. "Azər-Türk Med"də göstərilmiş qüsurlu tibbi xidmət səhiyyə sistemində qüvvədə olan, Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş "Tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatları" 24.1 bəndinin (ona həvalə olunmuş vəzifə öhdəliklərini vaxtında və keyfiyyətli icra etməməsi) tələblərinin pozulması kimi qiymətləndirilib.
Qeyd edək ki, Ülviyyə Ağazadə də qarşılıqlı iddia qaldırıb. O, pasiyentin mövcud hadisə ilə KİV-dəki açıqlamalarını onun şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab edilməsini, bu səbəbdən mənəvi zərərin əvəzi olaraq qarşı tərəfdən 3000 manat tutulmasını xahiş edib. Məhkəmə Ülviyyə Ağazadənin tələbini rədd edib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 979 Tarix: 11 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Marketlərdə satılan duru yağlar niyə ağappaq olur? - SƏBƏB TƏƏCCÜBLƏNDİRDİ
Marketlərdə satılan bitki mənşəli duru yağların rənginin bəzən çox açıq, hətta ağımtıl-sarı olması istehlakçılarda suallar yaradır. Bəs bu, istehsal zamanı tətbiq edilən emal və təmizlənmə prosesləri ilə bağlıdır, yoxsa yağın təbiiliyi və keyfiyyəti barədə şübhələrə əsas verir?. Mövzu ilə bağlı -a danışa
1 noyabrVətən müharibəsinin 36-cı günü: Döyüş əməliyyatları davam edir
2020-ci il noyabrın 1-i - bizi torpaqlarımızın azadlığına aparan Vətən müharibəsinin otuz altıncı günü. Cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində döyüş əməliyyatları davam edir. Ordumuzun qüdrəti qarşısında duruş gətirə bilməyən düşmən mülki əhalimizin yaşadığı əraziləri hədəf almaqd
1 noyabrNoyabrın ilk gününə olan hava proqnozu
Noyabrın 1-də gözlənilən hava şəraiti açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman
31 oktyabrKəmaləddin Heydərovdan iki polkovniklə bağlı qərar - Foto
Sumqayıt Regional Mərkəzinin rəisi, polkovnik Vaqif Fətullayev tutduğu vəzifədən azad edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb. Nazirin digər əmri ilə o, Aran Regional Mərkəzinə rəis təyin olunub
31 oktyabrBu gündən bu QADAĞA qüvvəyə minir
Türkiyədə sosial şəbəkələrdən istifadə ilə bağlı yeni qaydalar bu gündən qüvvəyə minib. Buna əsasən, 15 yaşını tamamlamayan şəxslər sosial şəbəkələrdə hesab aça bilməyəcəklər. xəbər verir ki, yeni hesab yaratmaq istəyənlər yaşlarını "e-Devlet" portalı vasitəsilə əldə ediləcək xüsusi rəqəmsa
1 noyabrŞirvan Milli Parkında ceyranların sayı 7 mini ötüb
Şirvan Milli Parkında ceyranların sayı artaraq 7 048 başa çatıb. Bu barədə "Report"un Aran bürosuna Şirvan Milli Parkından məlumat verilib. Bildirilib ki, 2003-cü ildə Şirvan Milli Parkının yaradılması ceyranların qorunması, sayının artırılması və tarixi yaşayış areallarının bərpası istiqamətind
31 oktyabrAzərbaycanda bəzi məktəblərin adları dəyişdirildi
Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki məktəbəqədər, ümumi təhsil və məktəbdənkənar təhsil müəssisələrinin və digər qurumların siyahısında dəyişiklik olunub. Qaynarinfo xəbər verir ki, bununla bağlı elm və təhsil nazir
31 oktyabrNatiq Fərzəliyev əməliyyat olundu
Aktyor Natiq Fərzəliyevin səhhətində problem yaranıb. O, özəl xəstəxanaların birində əməliyyat olunub. Natiq Fərzəliyev Qaynarinfo-ya açıqlamasında hazırda vəziyyətinin yaxşı olduğunu bildirib:. "Hələ özümə tam gəlməmişəm, amma həkimlər əməliyyatın uğurla keçdiyini deyib. Ayaq damarlarımda problemlə
31 oktyabr