İlbər Ortaylının məzarına vətən torpağı töküldü! - VİDEO
Professor tarixçi İlber Ortaylı dünən təşkil olunan mərasimdən sonra "tarixin ürəyi" kimi xarakterizə edilən Fatih məscidi hazirəsində torpağa tapşırılıb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, Türkiyənin tarix və mədəniyyət sahəsində yetişdirdiyi ən önəmli simalardan biri hesab olunan Ortaylı üçün keçirilən dəfn zamanı nümayiş etdirilən vəfa nümunəsi iştirakçıları duyğulandırıb.
Onun məzarına həyatı boyunca xüsusi önəm verdiyi iki simvolik coğrafiyadan gətirilən torpaqlar səpilib. Çanaqqala Şəhidliyindən götürülən torpaq və ata yurdu Krımdan xüsusi olaraq gətirilən torpaq dualar eşliyində qəbrinə qoyulub.
Mərasimdə dövlət rəsmiləri ilə yanaşı, akademiya, incəsənət və siyasət dünyasından çoxsaylı şəxslər iştirak edib. Çıxış edənlər Ortaylının yalnız tarixçi kimi deyil, həm də zəngin bilik və rəhbərliyi ilə mədəni yaddaşda dərin iz buraxdığını vurğulayıblar. Dəfn mərasimindən sonra onun yaxınları və sevənləri qəbir başında toplaşaraq dua ediblər.
Fatih məscidi hazirəsində ümumilikdə 400-ə yaxın görkəmli şəxs dəfn olunub. Burada, o cümlədən Halil İnalcıkın da məzarı yerləşir. Eyni zamanda hazirədə II Mehmedin türbəsi, onun həyat yoldaşı Gülbahar Valide Hatun, Qazi Osman Paşa, Ahmed Muxtar Paşa, Ahmed Midhat Efendi, Kemal Karpat və Semavi Eyice kimi önəmli simaların qəbirləri yer alır.
İlber Ortaylının vəfatı tarix və mədəniyyət camiəsində dərin kədər doğursa da, onun qoyub getdiyi əsərlər və fikirlər gələcək nəsillər üçün mühüm bir yol göstəricisi olaraq qalacaq.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 825 Tarix: 17 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda qolları olmayan körpə doğuldu: Anası İMTİNA ETDİ - FOTO
Bakının Sabunçu rayonunda yerləşən tibb müəssisələrindən birində anadangəlmə yuxarı ətrafları (qolları) olmayan körpə dünyaya gəlib. "Unikal"a istinadən xəbər verir ki, doğuşdan sonra körpənin anası övladından rəsmi şəkildə imtina edib. Faktı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind
9 sentyabrAtasının həbsdən çıxmasından danışdı: "Məni görəndə şok oldu"
Məşhur "Çudo Peçka" şirniyyat mağazaları şəbəkəsinin sahibi Çingiz Cəlilovun oğlu, Xalq artisti Röya Ayxanın keçmiş həyat yoldaşı Anar Cəlilov atasının həbsdən azadlığa çıxmasından danışıb. Axşam.az xəbər verir ki, A.Cəlilov bu haqda Elgiz Əkbərin "YouTube" proqramında sualları cavablandırarkə
10 sentyabrLəman Ələşrəfqızı bu kanalda aparıcı olacaq
Tanınmış jurnalist Ləman Ələşrəfqızı bundan sonra həm də "Space TV"də çalışacaq. xəbər verir ki, o sözügedən televiziya kanalında "Qırmızı xətt" verilişinin aparıcısı olacaq. Bu barədə kanalın rəsmi sosial şəbəkə hesabında bildirilib. Yeni layihəsi barədə fikirlərini bölüşən Ləma
10 sentyabrŞəkidə faciəli şəkildə ölən Ucalın bacısı: "Qanı yerdə qalmayacaq"
Sentyabrın 8-də Şəkidə iki gəncin ölümü ilə nəticələnən faciə ilə bağlı yayılan bəzi məlumatlar mərhum Ucal Bayramovun ailəsinin narazılığına səbəb olub. "Bakupost"a istinadən xəbər verir ki, U.Bayramovun bacısı Xəyalə Bayramova yerli telekanallardan birində yayımlanan süjetə sərt reaksiy
10 sentyabrXocalıda ANAMA əməkdaşı minaya düşdü (YENİLƏNİB)
Xocalı rayonunun Daşkənd kəndi ərazisində sentyabrın 10-da mina hadisəsi baș verib. Bu barədə -a Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib. Bildirilib ki, agentliyin əməkdaşı - 1990-cı il təvəllüdlü Həsənov Anar İftixar oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyad
10 sentyabrXəzərdə zəlzələ oldu
Xəzər dənizində zəlzələ baş verib. xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, yerli vaxtla saat 05:52-də qeydə alınan zəlzələnin maqnitudası 3,1 olub. Zəlzələnin ocağı 31 kilometr dərinlikdə yerləşib
10 sentyabr