İnternetin keyfiyyəti pis olsa, 2000 manat cərimə ödəyəcəklər
Telekommunikasiya xidmətlərinin keyfiyyət göstəricilərinə uyğun göstərilməməsinə görə yeni cərimələr müəyyənləşir.
Sonxeber.az Trend-ə istinadən xəbər verir ki, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, telekommunikasiya operatoru və ya provayderi tərəfindən xidmətlərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş keyfiyyət göstəricilərinə uyğun göstərilməməsinə görə vəzifəli şəxslər 500 manat, hüquqi şəxslər isə 1000 manat məbləğində cərimə ediləcək.
Yuxarıda nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə vəzifəli şəxslər 1000 manat, hüquqi şəxslər isə 2000 manat məbləğində cərimə ediləcək.
Hazırda qüvvədə olan qanunvericiliyə görə isə, rabitə fəaliyyətinin həyata keçirilməsi zamanı rabitə xidməti qaydalarının pozulmasına, yəni mövcud standartlar, norma və qaydalara əməl edilməməsinə görə 80 manatdan 150 manatadək məbləğdə cərimə edilir.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
Xatırladaq ki, hazırda Milli Məclisin müzakirəsində olan "Telekommunikasiya haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə görə, telekommunikasiya xidmətlərinin keyfiyyətinə dair məcburi tələblərin hüquqi məzmunu dəqiqləşdiriləcək.
Belə ki, "Telekommunikasiya haqqında" Qanunun 33.1.5-ci maddəsi operatorların telekommunikasiya xidmətlərini müəyyən edilmiş standart, norma və qaydalara uyğun keyfiyyətlə göstərməli olduğunu müəyyən edir.
Qanun layihəsində bildirilib ki, qeyd olunan müddəada işlədilən "standart, norma və qaydalar" və "telekommunikasiya xidmətlərinin standartları" ifadələri telekommunikasiya xidmətlərinin göstərilməsi zamanı riayət edilməli konkret və məcburi tələblərin dairəsini birmənalı müəyyən etməyə imkan vermədiyi halda, ondan fərqli olaraq "keyfiyyət göstəriciləri" anlayışı xidmətin keyfiyyət səviyyəsini müəyyən edən, ölçülə bilən və yoxlanıla bilən meyarları ehtiva edir və tənzimləmənin predmetini daha dəqiq əks etdirir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının Qərarı ilə təsdiq edilmiş "Rabitə və yüksək texnologiyalar sahəsi üzrə xidmətlərin, o cümlədən internet xidmətlərinin keyfiyyət göstəriciləri" telekommunikasiya xidmətlərinin göstərilməsi zamanı təmin edilməli konkret keyfiyyət göstəricilərini müəyyən edir və bu göstəricilər xidmətin keyfiyyətinin ölçülməsi və qiymətləndirilməsi üçün əsas meyarları ehtiva etməklə operator və provayderlərin fəaliyyətinə münasibətdə məcburi tələblər kimi çıxış edir.
Qeyd edilib ki, təklif olunan dəyişikliklər telekommunikasiya xidmətlərinin keyfiyyətinə dair məcburi tələblərin hüquqi məzmununun dəqiqləşdirilməsinə və hüquqi müəyyənlik prinsipinin təmin olunmasına xidmət edir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Nazir məktəblərlə bağlı ƏMR İMZALADI: Dəyişiklik EDİLDİ
Kolbasanın keyfiyyətini necə müəyyən etmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Maaşlar nə qədər və nə vaxt artacaq? - YENİ TARİX
Noyabrın 1-dən bu avtobuslar DƏYİŞİR - Gedişhaqqı...
Pensiyaların artırılmasında yeni qayda: 2027-ci ildən kimlər daha çox pul alacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Prezident onları təltif etdi - Adlar
Bakıda mənzil qiymətləri: 2026-cı ildə qiymətlər artacaq, yoxsa düşəcək?
Noyabrda 11 gün İŞ OLMAYACAQ - TARİXLƏR
Azərbaycan XİN-dən Feridun Sinirlioğlu BMT Baş katibi vəzifəsinə namizədliyinə reaksiya
Noyabrın havası ilə bağlı XƏBƏRDARLIQ
Noyabrda hava kəskin DƏYİŞƏCƏK - XƏBƏRDARLIQ EDİLDİ
Gözəllik müsabiqəsinin qalibləri bəlli oldu
26 rayon və şəhər sakinlərinə ŞAD XƏBƏR - Ayın birindən...
10 ay əvvəl direktor olmuşdu, indi nazir müavinidir - Dosye
Natiq Fərzəliyev əməliyyat olundu