Dərsə maraq niyə azalıb? - AÇIQLAMA
Müasir dövrdə bir çox valideyn və müəllimlərin ən çox narahat olduğu məsələlərdən biri uşaqların və gənclərin dərsə marağının getdikcə azalmasıdır.
Bu hal təkcə "tənbəllik"lə izah ediləcək qədər sadə deyil. Burada bir çox amillərin mürəkkəb qarşılıqlı təsiri var.
Bəs görəsən həmin amillər hansılardır?
Psixoloq Gülsər Qədirli bu barədə Sonxeber.az -a açıqlama verib:
"Dərsə marağın azalmasının əsas səbəblərindən biri daxili motivasiyanın zəifləməsidir. Daxili motivasiya dedikdə, insanın hansısa işi məcburiyyət yox, maraq və istək əsasında etməsi nəzərdə tutulur. Əgər uşaq öyrəndiyi mövzunun həyatla əlaqəsini görmürsə, onun üçün bu proses mənasız görünməyə başlayır.
Digər mühüm amil diqqətin dağılmasıdır. Rəqəmsal mühit - sosial şəbəkələr, qısa videolar, oyunlar beynin sürətli mükafat sistemini stimullaşdırır. Beyin asan və tez həzz verən fəaliyyətlərə öyrəşdikcə, daha çox səbr və fokus tələb edən dərs prosesi ona "yorucu" gəlir.
Eyni zamanda, davamlı təzyiq və yüksək gözləntilər də əks təsir göstərə bilər. Uşaq yalnız nəticəyə görə qiymətləndiriləndə öyrənmə prosesi zövq yox, stress mənbəyinə çevrilir. Bu zaman beyin özünü qorumaq üçün qaçınma davranışı göstərir, yəni dərsdən uzaqlaşma başlayır.
Özünə inamın aşağı olması da mühüm rol oynayır. Uşaq "bacarmıram" düşüncəsini qəbul etdikdə, cəhd etməkdən belə çəkinir. Bu isə marağın yox, qorxunun formalaşmasına gətirib çıxarır.
Nəhayət, emosional vəziyyət - ailədaxili gərginlik, sosial problemlər və ya daxili narahatlıqlar - diqqəti və öyrənmə qabiliyyətini ciddi şəkildə zəiflədir. Beyin təhlükə və stress halında öyrənməni ikinci plana atır.
Bütün bunları birləşdirəndə belə bir mənzərə yaranır: dərsə marağın azalması uşağın problemi deyil, onun daxil olduğu mühitin və təcrübələrin nəticəsidir. Marağı geri qaytarmaq üçün isə öyrənməni məcburiyyət yox, kəşf kimi təqdim etmək lazımdır".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1362 Tarix: 17 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Vətən müharibəsinin 36-cı günü: Döyüş əməliyyatları davam edir
2020-ci il noyabrın 1-i - bizi torpaqlarımızın azadlığına aparan Vətən müharibəsinin otuz altıncı günü. Cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində döyüş əməliyyatları davam edir. Ordumuzun qüdrəti qarşısında duruş gətirə bilməyən düşmən mülki əhalimizin yaşadığı əraziləri hədəf almaqd
1 noyabrAzərbaycan lak-boya məmulatları istehsalını 31 %-ə yaxın artırıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 39 min 678 ton lak-boya məmulatları istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 30,8 % çoxdur. Bu il oktyabrın 1-nə ölkədə 380,2 ton hazır məhsul ehtiyatı olub. Xatırlada
1 noyabrİnternetin keyfiyyəti pis olsa, 2000 manat cərimə ödəyəcəklər
Telekommunikasiya xidmətlərinin keyfiyyət göstəricilərinə uyğun göstərilməməsinə görə yeni cərimələr müəyyənləşir. Trend-ə istinadən xəbər verir ki, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb
31 oktyabrAzərbaycan xalça və xalça məmulatlarının istehsalını 61 dəfə artırıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 152,7 min kvadratmetr xalça və xalça məmulatları istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 61,1 dəfə çoxdur. Bu il oktyabrın 1-nə ölkədə 5,3 min kvadratmetr hazır məhsu
1 noyabrOnlar pulsuz xidmət göstərməsələr, 18 manat ödəyəcəklər - Yeni qayda
Azərbaycanda "Pulsuz hüquqi yardım haqqında" yeni qanun qəbul ediləcək. Qanunda pulsuz hüquqi yardım göstərən vəkillər üçün yeni öhdəliklər müəyyənləşdiriləcək. Trend-ə istinadən xəbər verir ki, yeni qanun layihəsi Milli Məclisin bugünkü plenar iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb
31 oktyabrHər ay əlavə pensiya alacaq şəxslərin SİYAHISI AÇIQLANDI
Azərbaycanda bir sıra əmək pensiyaçılarının pensiyalarına aylıq sabit məbləğdə əlavələrin edilməsi nəzərdə tutulur. Bəs bu əlavələr kimlərə şamil olunacaq və məbləğ nə qədər olacaq?. xəbər verir ki, deputat Vüqar Bayramov bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Deputat bildirib ki, "Əmə
1 noyabrAzərbaycanda bu şəxslərə yeni mənzillər veriləcək
Sosial Xidmətlər Agentliyi əlilliyi müəyyən olunmuş şəxslər və şəhid ailələri üçün Saatlı rayonunda 18 ədəd üçotaqlı və 27 ədəd ikiotaqlı mənzilin satın alınması üzrə tender elan edib. Tenderdə iştirak haqqı 1 00 manat təşkil edir. Tenderin ehtimal olunan qiyməti 3,386 milyon manat təşkil edir. Tenderd
31 oktyabrAzərbaycanın startap ekosisteminin ümumi dəyəri açıqlanıb
Azərbaycanın startap ekosisteminin ümumi dəyəri 600 milyon ABŞ dollarına yaxınlaşır. "Report" xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı rəhbərlik etdiyi qurumun "Enterprise Azerbaijan" portalının keçirdiyi "Startu
31 oktyabr