İlahiyyatçı: "10-15 manat arası məbləğin təyin edilməsi ədalətsizlikdir"

İlahiyyatçı: "10-15 manat arası məbləğin təyin edilməsi ədalətsizlikdir"Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının fətvasına görə, adambaşına 10-15 manat fitrə zəkatının verilməsi tövsiyə olunur.

Fitrə zəkatının 10-15 manat arası müəyyən edilməsi insanlar arasında birmənalı qarşılanmır. Elə adamlar var ki, fitrə vermək istəyir, lakin bu cür fətvaları görəndə çəkinir, gücü çatan məbləği fitrə kimi verməkdən utanır.

İnsanlar ürəklərindən keçən qədər fitrə verə bilərmi? Dində bununla bağlı hansısa bir tələb və ya qadağa varmı?

Qaynarinfo-nun suallarını cavablandıran ilahiyyatçı Tural İrfan deyir ki, Qafqaz Müsəlmanları İdarəsinin verdiyi bu fətva zülmdür, ədalətsizdir:

"Çünki insanların hamısı eyni maaşı almır, eyni təbəqədən deyil, eyni şəraitdə yaşamır. Bundan başqa, bu fətva həm də dinin əleyhinədir. Peyğəmbərin hədislərində buyurulur ki, arpa, buğda, xurma və s. ilə fitrə zəkatı müəyyənləşdirilməlidir. Məhəmməd Peyğəmbər bu meyarın bütün dövrlərdə müəyyənləşməsi üçün həmin məhsullarla ölçü müəyyən edərək kateqoriyalara bölmüşdü ki, insanlar sosial vəziyyətinə görə bu fitrəni versin.

Məsələn, imkanı arpaya çatanlar arpanın qiymətinə mütənasib, xurma almağa imkanı çatanlar isə onun məbləğinə uyğun fitrə zəkatı verməlidir. İndi isə meyarları standartlaşdıraraq bir rəqəm qoymaq yanlış məsələdir. Bizdə verilən fətvalar adətən İran mollalarının verdiyi fətvalardır. Onları təqlid etdiklərinə görə özləri fətva çıxarmaq imkanına malik deyillər. Bu fətvalar dinin, Quranın, Allahın əleyhinədir, ölkədə dindarlar arasında müxtəlif fikir ayrılığı yaradır. Ümumiyyətlə, dinə meyilli adamları dindən uzaqlaşdırır.

Qafqaz Müsəlmanları İdarəsi çar dövrünün, marksizmin, sovet dövrünün ənənələrini yaşadır. Hətta fətvalarında "təsadüf" sözü işlədilir. Bunlar bu ifadə ilə materializmi qəbul edirlər. Allahın yaratdığına inanmırlar, məsələn, deyirlər ki, Yer təsadüfən yaranıb. Deyirlər, Ramazan ayı, bayramı, Qədr gecəsi filan günə təsadüf edir. Halbuki Ramazan ayı heç vaxt təsadüf etmir, təvafüq edir. "Təsadüf" Darvinin, marksizmin fəlsəfəsidir. Ona görə bu idarənin fətvasını müzakirə etmək düzgün deyil".

Fitrə zəkatının mahiyyətinin izahını verən ilahiyyatçı vurğulayıb ki, fitrə zəkatı oruc tutan insanların Ramazan ayının sonunda kasıblara, fəqir insanlara etdiyi könüllü yardım, köməklik, ianədir:

"Oruc tutan və ya üzürlü səbəblərdən oruc tutmayan hər bir ailə üzvü üçün imkanı çatan hər bir şəxs fitrə verməlidir. Peyğəmbərin hədislərində qəti şəkildə buyurulub ki, fitrənin məbləği ailələrin sosial vəziyyətinə görə fərqlənir. Hamı üçün standart ölçünün müəyyən edilməsi doğru deyil, haqsızlıq olar. Din ədalət prinsipinə əsaslanır".

Tural İrfan deyir ki, internet dövrüdür, insanlar fitrə ilə bağlı məlumatları araşdıra bilər. Kimin gücü nəyə çatırsa, fitrəsini də elə verə bilər:

"Manata gücü çatan manatla, qəpiyə gücü çatan qəpiklə, qızıla gücü çatan qızıl ilə versin. Onlar insanları yanlış fətvalarla, yanlış fikirlərlə çaşdırırlar. Ümumiyyətlə, ibadətə qiymət qoymaq olmaz. O qədər buna öyrəşiblər ki, indi bütün ibadətləri də alverə çeviriblər. Bunu deyərkən kasıbları da nəzərə almaq lazımdır. Onların haqqına girmək olmaz. Oruc tutan bir kasıba pis gəlir ki, o bu məbləği verə bilməyəcək. Ya da əziyyət çəkərək, uşağının boğazından kəsərək bu fitrəni verirlər".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 836   Tarix: 17 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Noyabrda 11 gün İŞ OLMAYACAQ - TARİXLƏR

Noyabr ayında Azərbaycanda beşgünlük iş həftəsi ilə çalışanlar üçün ardıcıl dörd gün istirahət olacaq. xəbər verir ki, noyabrın 8-i Zəfər Günü, noyabrın 9-u isə Dövlət Bayrağı Günü kimi qeyd olunur. Hər iki tarix qeyri-iş günüdür. Bundan əlavə 8 noyabr bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsin

31 oktyabr
.

Hövsana qatarla da gedə biləcəyik: ADY-dən açıqlama

"Yeni dəmiryol xətləri arasında ilk növbədə Yeni Suraxanı-Hövsan marşrutunun istifadəyə verilməsi nəzərdə tutulur". xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev bildirib. Onun sözlərin

1 noyabr
.

Hər ay əlavə pensiya alacaq şəxslərin SİYAHISI AÇIQLANDI

Azərbaycanda bir sıra əmək pensiyaçılarının pensiyalarına aylıq sabit məbləğdə əlavələrin edilməsi nəzərdə tutulur. Bəs bu əlavələr kimlərə şamil olunacaq və məbləğ nə qədər olacaq?. xəbər verir ki, deputat Vüqar Bayramov bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Deputat bildirib ki, "Əmə

1 noyabr
.

Bu cərimənin məbləği KƏSKİN AZALIR

İşçilərin sayı azaldıqda və ya ştatlar ixtisar olunduqda işəgötürənlər işçilərin əmək stajını nəzərə alaraq onları əvvəlcədən xəbərdar etməli və müvafiq işdənçıxarma müavinəti ödəməlidirlər. yenisabah-a istinadən xəbər verir ki, bu təminatlar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsind

1 noyabr
.

Küləkli hava şəraitində çalışanlara şad xəbər: Fasilələr veriləcək və iş dayandırılacaq

Milli Məclis küləkli hava şəraitində işçilərin yeni qaydalarla işlədilməsi haqda tənzimləməni üçüncü oxunuşda qəbul edib. xəbər verir ki, bununla bağlı Əmək Məcəlləsinə təklif edilən dəyişikliklər parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb. Layihəyə əsasən, işçilər küləkli havada açı

1 noyabr
.

Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib ki, bəzi şəxslər yaşlı və pensiyaçı vətəndaşların adına bank kartları açdırmaq üçün onlara 100-200 manat pul təklif edirlər. Həmin şəxslər vətəndaşların adına açılan əlavə kartları əldə etdikdən sonra onlardan qanunsuz pul dövriyyəsi və müxtəli

1 noyabr
.

Şirvan Milli Parkında ceyranların sayı 7 mini ötüb

Şirvan Milli Parkında ceyranların sayı artaraq 7 048 başa çatıb. Bu barədə "Report"un Aran bürosuna Şirvan Milli Parkından məlumat verilib. Bildirilib ki, 2003-cü ildə Şirvan Milli Parkının yaradılması ceyranların qorunması, sayının artırılması və tarixi yaşayış areallarının bərpası istiqamətind

31 oktyabr
.

Bu gündən bu QADAĞA qüvvəyə minir

Türkiyədə sosial şəbəkələrdən istifadə ilə bağlı yeni qaydalar bu gündən qüvvəyə minib. Buna əsasən, 15 yaşını tamamlamayan şəxslər sosial şəbəkələrdə hesab aça bilməyəcəklər. xəbər verir ki, yeni hesab yaratmaq istəyənlər yaşlarını "e-Devlet" portalı vasitəsilə əldə ediləcək xüsusi rəqəmsa

1 noyabr
.

Azərbaycanda bu şəxslərə yeni mənzillər veriləcək

Sosial Xidmətlər Agentliyi əlilliyi müəyyən olunmuş şəxslər və şəhid ailələri üçün Saatlı rayonunda 18 ədəd üçotaqlı və 27 ədəd ikiotaqlı mənzilin satın alınması üzrə tender elan edib. Tenderdə iştirak haqqı 1 00 manat təşkil edir. Tenderin ehtimal olunan qiyməti 3,386 milyon manat təşkil edir. Tenderd

31 oktyabr