İsmayıllıda ölümlə nəticələnən qəzada xəsarət alanların VƏZİYYƏTİ AÇIQLANDI
İsmayıllıda baş verən qəzada xəsarət alanlardan biri vəfat edib.
Bu barədə Oxu.Az-a İsmayıllı Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Bildirib ki, martın 19-u saat 23:30-də İsmayıllı rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə dörd nəfər (iki kişi, iki qadın) İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:
"1997-ci il təvəllüdlü (qadın), 1988-ci il təvəllüdlü (qadın), 2000-ci il təvəllüdlü (kişi) şəxslərə bədənin çoxsaylı travmaları, başın təpə nahiyəsinin əzilmiş, kəsilmiş yarası diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib.
Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıb.
1991-ci il təvəllüdlü (kişi) şəxsə dəqiqləşdirilməmiş kəllə-beyin travması, koma diaqnozu təyin olunub. Göstərilən bütün zəruri tibbi xidmətlərə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, saat 00:08-də şəxsin bioloji ölüm faktı qeydə alınıb.
Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin İsmayıllı rayon şöbəsinə təhvil verilib", - məlumatda qeyd olunub.
01:54
İsmayıllıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Sonxeber.az "Report"a istinadən xəbər verir ki, hadisə İsmayıllı-Qəbələ yolunda rayonun "Təndirxana" adlanan ərazisində qeydə alınıb.
Belə ki, "Hyundai" və VAZ-21099 markalı minik avtomobilləri toqquşub. Hadisə nəticəsində VAZ-21099-un sürücüsü, 35 yaşlı Ayaz Mirzəyev aldığı xəsarətlərdən dünyasını dəyişib. Hər iki avtomobildə olan dörd nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıblar.
Hadisə yerinə yol polisi, təcili tibbi yardım əməkdaşları cəlb olunublar. Yaralılar təcili tibbi yardım maşınının köməyilə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki Regional Qrupundan bildirilib ki, faktla bağlı cinayət işi açılıb və araşdırma aparılır.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 560 Tarix: 20 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yaxın günlərdə Coşqunun toyu olacaqmış...
Dünən "Şəki yaylası"nda istirahət-əyləncə mərkəzindəki faciəvi hadisədə həlak olan 31 yaşlı Coşqun Məmmədov Vətən müharibəsi iştirakçısı imiş. "Qafqazinfo" xəbər verir ki, "zipline" xəttində baş vermiş hadisədə həyatını itirən gəncin yaxınları sosial şəbəkədə onun nişanl
9 sentyabrSabirabadda qəsdən yanğın törədən şəxs saxlanıldı
Sabirabad rayonunun Narlıq kəndi ərazisində yanğın törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. -ın əldə etdiyi məlumata görə, araşdırmalarla hadisənin kənd sakini H.Şükürov tərəfindən qəsdən həyata keçirildiyi məlum olub. Nəticədə 1 hektara yaxın ərazidə quru otlaq sahəsi yanıb
9 sentyabrAli Məhkəmənin qərarına baxmayaraq eyni mənzil bir neçə dəfə satılıb - ŞİKAYƏT
Bakı sakini Alim Atakişiyev illərdir məhkəmələrdə hüquqlarını müdafiə etdiyi mənzilin qanunsuz yollarla ardıcıl olaraq bir neçə nəfərə satıldığını iddia edir. Onun sözlərinə görə, Ali Məhkəmənin qanuni sahiblik hüququnu təsdiqləyən qərarına baxmayaraq, mənzil üzərində saxta əməliyyatlar həyata keçirilib
10 sentyabr"Şəki yaylası"nın sahibini hansı CƏZA GÖZLƏYİR?
Şəkidəki "Şəki yaylası" istirahət mərkəzində iki nəfərin ölümü ilə nəticələnən kanat faciəsinə dair yeni təfərrüat ortaya çıxıb. Hadisənin kanatın trosunun qırılması nəticəsində deyil, asılqanlı diyircəyin trosdan çıxması səbəbindən baş verdiyi bildirilir. Hadisə zamanı kanatdan istifadə edə
9 sentyabr"Bantik"lə bağlı qalmaqal: "Pul vermədi, pəncərələri də sildirirdi"
2024-cü ildə "Bantik" mağazalar şəbəkəsində satıcı kimi çalışdığını deyən gənc qadın 10 günlük əməyinin qarşılığında əməkhaqqı almadığını iddia edib. Axşam.az APA-ya istinadən xəbər verir ki, şikayətçi 18 yaşı tamam olduqdan sonra satıcı vakansiyasına müraciət etdiyini və 7 günlük sınaq müddətind
10 sentyabrİstirahət mərkəzlərində təhlükəsizlik necə təmin edilir? - AÇIQLAMA
İstirahət mərkəzlərində istifadə olunan tros, kanat və digər əyləncə qurğularının təhlükəsizliyi xüsusilə yay mövsümündə diqqət tələb edir. Trosların köhnəlməsi, korroziya, mexaniki zədələnmələr, düzgün texniki xidmət göstərilməməsi və qurğuların normadan artıq yüklənməsi qəza riskini artıra bilər. Mütəxəssislə
10 sentyabrLeyla Əhmədova xaricdə deyil, 1 aydır həbsdə imiş... - DETALLAR
Xəbər verdiyimiz kimi, tanınmış modelyer Leyla Əhmədova cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, modelyer dələduzluqdan əlavə özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə, habelə vəzifə saxtakarlığında ittiham olunur. İş üzrə 8 nəfər zərərçəkmiş qismind
9 sentyabr