Elariz: "Novruzun adı dəyişdirilməlidir!"

Elariz: "Novruzun adı dəyişdirilməlidir!"Uzun illərdir Amerikada yaşayan müğənni Elariz Məmmədoğlu yeni açıqlaması ilə diqqət mərkəzinə düşüb.

Milli.Az xəbər verir ki, sənətçi Novruz bayramı ilə bağlı mübahisəli təklif səsləndirib. O, bayramın adının dəyişdirilməsinin vacib olduğunu bildirib:

"Biz niyə bayramımızın adını farslaşdırmalı və yaxud başqa dillərin təsiri altında saxlamalıyıq? Novruz bayramının adı əslində Bahar bayramıdır. "Novruz" sözü fars mənşəlidir - "nov" yeni, "ruz" isə gün deməkdir. Martın 20-21-də bahar gəlir və bu bayram da məhz baharın gəlişini simvolizə edir. Elə buna görə də onun adı Bahar bayramı olmalıdır.

Farslar buna görə bizə və ümumilikdə bütün türk dünyasına gülürlər ki, guya onların bayramını qeyd edirik. Mən təklif edirəm ki, ilk olaraq Azərbaycan bu bayramın adını dəyişdirsin və bütün türk dünyasına nümunə olsun. Bundan sonra digər türk dövlətləri də baharın gəlişini Bahar bayramı kimi qeyd etsinlər.

Əgər bunu İncəsənət Universitetini bitirmiş bir şəxs kimi mən anlayıramsa, bəs icra başçıları və onların müavinləri bunu niyə anlamırlar? Özünüz bilərsiniz. Amma vaxt gələcək ki, mənim haqqımda "rəhmətlik düz deyirdi, bu bayramın adı Bahar bayramı olmalı idi" deyəcəksiniz".

Sosial şəbəkələrdə Elariz Məmmədoğlunun bu təklifi birmənalı qarşılanmayıb. Bəzi istifadəçilər onun fikirlərini dəstəkləsə də, əksəriyyət bu yanaşmanı tənqid edib, tarixi və mədəni ənənələrin dəyişdirilməsinin doğru olmadığını vurğulayıb.


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 1238   Tarix: 25 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Afaq Bəşirqızı: "Məni "Söylü"yə oxşatmayın"

Xalq artisti Afaq Bəşirqızı məşhur "Bəxt üzüyü" filmindəki Söylü obrazına bənzədilməsinə etiraz edib. axşam.az-a istinadən bildirir ki, aktrisa bu barədə AzTV-də qonaq olarkən danışıb. "Mənə sual verirlər ki, həyatda özünüzü Söylüyə oxşadırsınız? Cavab verdim ki, yox. Məni Söylüyə oxşatmayın

4 oktyabr
.

"Dedim ki, "biabır olacaqsan, Azərbaycan səni qəbul etməyəcək"

Müğənni Günel Zeynalova türkiyəli həmkarı Seda Sayanla illərdir küsülü olduğunu açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, o bu barədə "Sevilən səhər" proqramında danışıb. Günel bildirib ki, illər əvvəl S.Sayanın proqramında qonaq olarkən həmkarı ona qarşı səhv hərəkət edib: "Bun

14 oktyabr
.

Cim Kerri gizlicə evləndi: Məşhur aktyorun həyat yoldaşı kimdir?

Tanınmış komediya ustası və Hollivud ulduzu Cim Kerri yenidən ailə həyatı qurub. 64 yaşlı amerikalı aktyorun həyat yoldaşı ondan 32 yaş kiçik olan Min A adlı rəssamdır. xəbər verir ki, "People" jurnalı məlumat yayıb. Gizli evlilik məlumatını Cim Kerrinin rəsmi nümayəndəsi də təsdiqləyib. Qey

4 oktyabr
.

"Sənət öyrədib, reklam etdiklərimin xəyanəti..."

Xalq artisti Brilliant Dadaşova sosial şəbəkədə xəyanətlə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, müğənni xalqın sevgisini hər an hiss etdiyini bildirib. Sənətçi illərlə reklam edərək sənətin elit təbəqəsinə çatdırdığı insanların xəyanətinə baxmayaraq, tamaşaçı sevgisinin onun üçün xüsusi olduğun

24 oktyabr
.

"Nursema"nın taleyindən özü də xəbərsiz imiş…

Türkiyənin "Kızılcık Şerbeti" serialında dörd mövsüm "Nursema" obrazını canlandıran aktrisa Ceren Karakoç layihədən ayrılması barədə ilk dəfə ətraflı danışıb. qafqazinfo-ya istinadən xəbər verir ki, Karakoç bu barədə Ayşe Armanın "Sahici" proqramında söhbət açıb. Ayşe Armanı

10 oktyabr
.

Rafet El Romanın azərbaycanlı nişanlısı - Foto

Türkiyəli müğənni Rafet El Romanın evlənməyə hazırlaşdığı azərbaycanlı xanımın kimliyi bəlli olub. Axşam.az türk mediasına istinadən xəbər verir ki, ifaçı Rəhimə Hacıyeva adlı xanımla nişanlıdır. Sosial şəbəkələrdə cütlüyün birgə çəkilmiş fotosu da yayılıb. Məlumata görə, Rəhimənin 32 yaşı var və o

25 oktyabr
.

"Qızımı belə böyütməməli idim"

Əməkdar artist Sənubər İsgəndərli qızı ilə münasibətindən danışıb. Axşam.az xəbər verir ki, aktrisa bu barədə "2+1" adlı yutub layihəsində danışıb. O, yeganə övladını həddindən artıq qoruduğunu və bunun düzgün olmadığını düşündüyünü bildirib:. "İndi başa düşürəm ki, onu çox qorumuşam

24 oktyabr
.

Oğlundan danışan Röya: "Səhvlər edir, onu keçirəm"

Xalq artisti Röya Ayxan oğlu Hüseyn Cəlilovdan danışıb. xəbər verir ki, sənətçi yeganə övladının səhvlərini bağışladığını etiraf edib. "Oğluma heç vaxt demirəm ki, sən böyük oğlansan. Səhvlər edir, onu keçirəm. Çünki uşaqdır. Uşaq uşaqlığını yaşamalıdır" -deyə o qeyd edib. Ətraflı videoda:

23 oktyabr
.

Pünhan Piriyevə qayınatası və qayınanası 1 kq yarım QIZIL HƏDİYYƏ ETDİ - VİDEO

Xəbər verdiyimiz kimi, neçə gün əvvəl Hacıqabul rayonunda Pünhan Piriyevin toy mərasimi keçirilib. xəbər verir ki, toyun ardından Pünhanın qayınatası və qayınanası kürəkənlərinə hədiyyələri ilə diqqət çəkiblər. Pünhan Piriyevə qayınatası tərəfindən xüsusi hədiyyə təqdim olunub. Belə ki, o, kürəkənin

4 oktyabr