Sumqayıtda elektrik enerjisinin verilişində məhdudiyyət yaranıb? - RƏSMİ AÇIQLAMA
Bir neçə gündür ölkə ərazisində davam edən intensiv xarakterli yağıntılar bir sıra ərazilərdə, eləcə də Sumqayıt Elektrik Şəbəkəsinin (EŞ) bəzi ərazilərində elektrik enerjisinin verilişində qısamüddətli məhdudiyyət yaradıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq "Azərişıq" ASC-dən bildirilib.
Açıqlamada qeyd olunub ki, buna səbəb leysan xarakterli yağışların yağması nəticəsində yağış sularının ətraf ərazilərə və eləcə də elektrik yarımstansiyalarına, paylayıcı qurğulara (PQ), transformator məntəqələrinə (TM) dolmasıdır:
"Qəza halları nəticəsində Sumqayıtda bir neçə küçədə və Corat qəsəbəsində, 21-ci məhəllənin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyətlər yaranıb.
İntensiv yağışların davam etməsi, bir çox ərazilərdə keçilməz gölməçələrin əmələ gəlməsi və yağış sularının qəza yaranan ərazilərdən təmizlənməməsi "Azərişıq" ASC əməkdaşlarına əlavə problem yaradır. Bütün çətinliklərə baxmayaraq, "Azərişıq" ASC-nin əməkdaşları böyük fədakarlıqla yaranan qəzaları aradan qaldırmaq üçün fasiləsiz çalışırlar.
Qabaqlayıcı tədbirlər həyata keçirilir, yağış sularının ərazidən kənarlaşdırılması, eləcə də güc mərkəzlərində təmir-bərpa işləri davam etdirilir. Qısa zaman ərzində sözügedən ərazilərdə elektrik enerjisi tam bərpa ediləcək".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 511 Tarix: 28 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Natiq Fərzəliyev əməliyyat olundu
Aktyor Natiq Fərzəliyevin səhhətində problem yaranıb. O, özəl xəstəxanaların birində əməliyyat olunub. Natiq Fərzəliyev Qaynarinfo-ya açıqlamasında hazırda vəziyyətinin yaxşı olduğunu bildirib:. "Hələ özümə tam gəlməmişəm, amma həkimlər əməliyyatın uğurla keçdiyini deyib. Ayaq damarlarımda problemlə
31 oktyabrPensiyaçılar, uşaqlar və işləyənlər üçün YENİ MƏBLƏĞLƏR AÇIQLANDI
Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb. Bu barədə "Report"a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məlumat verib. Onun sözlərinə görə, gələn il yaşayış minimumu və ehtiyac meyarının məbləği 314 manat olacaq:. "Yaşayı
1 noyabrAzərbaycanda bu şəxslərə yeni mənzillər veriləcək
Sosial Xidmətlər Agentliyi əlilliyi müəyyən olunmuş şəxslər və şəhid ailələri üçün Saatlı rayonunda 18 ədəd üçotaqlı və 27 ədəd ikiotaqlı mənzilin satın alınması üzrə tender elan edib. Tenderdə iştirak haqqı 1 00 manat təşkil edir. Tenderin ehtimal olunan qiyməti 3,386 milyon manat təşkil edir. Tenderd
31 oktyabrMaaşlar nə qədər və nə vaxt artacaq? - YENİ TARİX
Azərbaycanda minimum əməkhaqqı 2027-ci ilin yanvarından artırıla bilər. Bunu -a müsahibəsində Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib. Deputatın sözlərinə görə, artımın məbləği müəyyənləşdirilərkən inflyasiya göstəriciləri ilə yanaşı, gələn il üzr
31 oktyabrMarketlərdə satılan duru yağlar niyə ağappaq olur? - SƏBƏB TƏƏCCÜBLƏNDİRDİ
Marketlərdə satılan bitki mənşəli duru yağların rənginin bəzən çox açıq, hətta ağımtıl-sarı olması istehlakçılarda suallar yaradır. Bəs bu, istehsal zamanı tətbiq edilən emal və təmizlənmə prosesləri ilə bağlıdır, yoxsa yağın təbiiliyi və keyfiyyəti barədə şübhələrə əsas verir?. Mövzu ilə bağlı -a danışa
1 noyabrOnlar pulsuz xidmət göstərməsələr, 18 manat ödəyəcəklər - Yeni qayda
Azərbaycanda "Pulsuz hüquqi yardım haqqında" yeni qanun qəbul ediləcək. Qanunda pulsuz hüquqi yardım göstərən vəkillər üçün yeni öhdəliklər müəyyənləşdiriləcək. Trend-ə istinadən xəbər verir ki, yeni qanun layihəsi Milli Məclisin bugünkü plenar iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb
31 oktyabr