Azərbaycanda pensiya yaşı dəyişir? - BELƏ OLA BİLƏR…

Azərbaycanda pensiya yaşı dəyişir? - BELƏ OLA BİLƏR…Azərbaycanda pensiya ilə bağlı qanunvericiliyə edilən dəyişikliklər bəzi kişilərin 5 il daha tez təqaüdə çıxmasına imkan yarada bilər. Belə ki, yeni qaydalara əsasən, əvvəllər yalnız qadınlara tətbiq olunan güzəştli pensiya hüququnun müəyyən hallarda kişilərə də şamil olunması nəzərdə tutulur.

"Yeni Sabah" xəbər verir ki, bu güzəşt yalnız çoxuşaqlı valideynlərlə məhdudlaşmalıdır, yoxsa başqa kateqoriyalar da daxil edilməlidir? Ümumiyyətlə, sözügedən dəyişiklik gələcəkdə pensiya sisteminə necə təsir göstərəcək? Globalinfo.az-a danışan deputat Razi Nurullayev deyib ki, qanunvericiliyə edilən son dəyişikliklər müəyyən hallarda kişilərin də daha erkən yaşda pensiyaya çıxmasına imkan yaradacaq:

"Bu yanaşmanın mahiyyəti odur ki, bəzi sosial güzəştlər müəyyən şərtlər daxilində kişilərə də şamil edilsin. Məsələn, çoxuşaqlı valideynlər və ya əlilliyi olan uşağa baxan şəxslər üçün pensiya yaşının 5 il azaldılması kimi mexanizmlər artıq qanunvericilikdə mövcuddur və bu hüququn atalara da tətbiqi nəzərdə tutulur. Ümumiyyətlə, pensiya yaşı ilə bağlı məsələ cəmiyyətdə tez-tez müzakirə olunur. Mən də bu mövzuda Milli Məclisdə dəfələrlə çıxış etmişəm və pensiya yaşının aşağı salınması ilə bağlı müxtəlif təkliflər irəli sürmüşəm. Çünki statistika göstərir ki, ölkədə bir çox insanlar pensiya yaşına çatmadan dünyasını dəyişir və bu da müəyyən sosial narahatlıq yaradır".

Deputat təklif edib ki, qadınlar üçün pensiya yaşı 60, kişilər üçün isə 62 yaş müəyyən edilsin:

"Amma hazırda hökumətin pensiya yaşının ümumi şəkildə aşağı salınması ilə bağlı hər hansı qərar vermək niyyəti görünmür. Əksinə, son illərdə pensiya yaşının mərhələli şəkildə artırılması siyasəti həyata keçirilib. İndi kişilər üçün pensiya yaşı 65-dir, qadınlar üçün də bu hədd tədricən 65 yaşa çatdırılır. Bu səbəbdən cəmiyyətdə əlavə və ya əsassız gözləntilər yaratmaq düzgün olmaz. Ona görə də hesab edirəm ki, bu dəyişikliklər ümumi pensiya yaşının azaldılması kimi təqdim edilməməlidir. Burada söhbət sadəcə müəyyən sosial kateqoriyalar üçün diferensial yanaşmanın tətbiqindən gedir. Əsas məsələ odur ki, həm sosial ədalət prinsipi qorunsun, həm də pensiya sisteminin maliyyə dayanıqlığı risk altına düşməsin".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1548   Tarix: 29 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Natiq Fərzəliyev əməliyyat olundu

Aktyor Natiq Fərzəliyevin səhhətində problem yaranıb. O, özəl xəstəxanaların birində əməliyyat olunub. Natiq Fərzəliyev Qaynarinfo-ya açıqlamasında hazırda vəziyyətinin yaxşı olduğunu bildirib:. "Hələ özümə tam gəlməmişəm, amma həkimlər əməliyyatın uğurla keçdiyini deyib. Ayaq damarlarımda problemlə

31 oktyabr
.

Azərbaycan dəri istehsalını 24 %-ə yaxın artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 52 min kvadratmetr emal edilmiş dəri istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,8 % çoxdur. Bu il oktyabrın 1-nə, Azərbaycanda 137,9 min kvadratmetr hazır məhsul ehtiyat

1 noyabr
.

Nazir məktəblərlə bağlı ƏMR İMZALADI: Dəyişiklik EDİLDİ

Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki məktəbəqədər, ümumi təhsil və məktəbdənkənar təhsil müəssisələrinin və digər qurumların siyahısında dəyişiklik olunub. xəbər verir ki, bununla bağlı elm və təhsil naziri Emi

31 oktyabr
.

Metro, avtobus və taksilərlə bağlı nə baş verəcək? - AÇIQLAMA

Bakı metrosunun "Nizami" və "28 May" stansiyaları arasında qatarların hərəkətinin dayandırılmasından sonra paytaxtda taksi qiymətləri kəskin artıb. Sərnişinlərin sözlərinə görə, əvvəllər 5 manata getdikləri məsafəyə görə indi 12 manat ödəməli olurlar. Bu artımın əsası nədir? Digə

1 noyabr
.

İnternetin keyfiyyəti pis olsa, 2000 manat cərimə ödəyəcəklər

Telekommunikasiya xidmətlərinin keyfiyyət göstəricilərinə uyğun göstərilməməsinə görə yeni cərimələr müəyyənləşir. Trend-ə istinadən xəbər verir ki, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb

31 oktyabr
.

Xəzər dənizi 30 km çəkiləcək, bulvardan görünməyəcək

Xəzər dənizinin səviyyəsi XX əsrdə ən aşağı həddə 1977-ci ildə çatıb. Həmin vaxt dənizin səviyyəsi okean səviyyəsindən 29 metr aşağı olub. Aradan 48 il keçdikdən sonra bu mənfi rekord yenilənib. Hazırda Xəzərin səviyyəsi okean səviyyəsindən 29.1-29.2 metr aşağı düşüb. xəbər verir ki, bu sözləri Coğrafiy

31 oktyabr
.

Kəmaləddin Heydərovdan iki polkovniklə bağlı qərar - Foto

Sumqayıt Regional Mərkəzinin rəisi, polkovnik Vaqif Fətullayev tutduğu vəzifədən azad edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb. Nazirin digər əmri ilə o, Aran Regional Mərkəzinə rəis təyin olunub

31 oktyabr
.

Azərbaycanda pambıq mahlıcı istehsalı 13 % artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 54 min 323 ton pambıq mahlıcı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13 % çoxdur. Bu il oktyabrın 1-nə ölkədə 7 min 519 ton hazır məhsul ehtiyatı olub. Xatırlada

31 oktyabr
.

ŞAD XƏBƏR! Gələn il maaşlar, pensiyalar və sosial yardımlar ARTACAQ - AÇIQLAMA

"Gələn il Azərbaycanda yaşayış minimumunun və ehtiyac meyarının məbləğinin artırılması aztəminatlı ailələrin sosial müdafiəsinin daha da gücləndirilməsinə imkan verəcək. Ehtiyac meyarına uyğun olaraq ünvanlı dövlət sosial yardımı təyin edilir. Bu meyarın və minimum əməkhaqqının artırılması ünvanl

1 noyabr