Bu məhsullar UCUZLAŞACAQ - Yağışdan sonra...

Bu məhsullar UCUZLAŞACAQ - Yağışdan sonra...İki gün yağan intensiv leysan yağışları gündəlik həyata müxtəlif təsirlərini göstərib. Yolların su altında qalması, nəqliyyatın hərəkətinin çətinləşməsi və bəzi infrastruktur problemləri narahatlıq yaratsa da, kənd təsərrüfatı üçün faydalı tərəfləri var. Çünki uzun müddətdir quraqlıq olub və əkin sahələrinə, məhsuldarlığa mənfi təsir edib.

Məlumdur ki, bitkilərin inkişafı üçün su əsas amillərdən biridir. Bitki hüceyrələrinin böyük hissəsi sudan ibarət olduğu üçün yağıntının az olması məhsulun zəif məhsuldarlığına səbəb olur. Bu baxımdan, iki gün aramsız yağan yağışlar torpağın nəmliyini artırıb, su ehtiyatlarını bərpa edib və əkin sahələri üçün daha əlverişli şərait yaradıb.

Mütəxəssislərə görə, xüsusilə payız aylarından başlayaraq yağıntıların artması kənd təsərrüfatında müsbət dəyişikliklərə yol aça bilər. Bu isə gələcəkdə məhsuldarlığın artmasına, nəticədə bazarlarda məhsul bolluğuna və qiymətlərin daha münasib olmasına səbəb ola bilər. Yəni hazırda bəzi çətinliklər yaratsa da, bu yağışlar ümumi mənzərədə kənd təsərrüfatı üçün ümidverici hesab olunur.

Naxçıvan Muxtar Respublikasının keçmiş kənd təsərrüfatı naziri və aqrar sahə üzrə ekspert Rəcəb Orucov Musavat.com-a bildirib ki, intensiv yağıntılar kənd təsərrüfatına müsbət təsir göstərir.

Onun sözlərinə görə, bir çox bölgələrdə, xüsusilə aran və yarımaran zonalarda suvarma suyuna tələbat hər zaman yüksək olur və bu baxımdan, təbii yağıntıların artması olduqca əhəmiyyətlidir:

"Bu cür yağışlar su ehtiyatlarının formalaşmasına, torpaqda nəmlik balansının bərpasına və əkin sahələrinin su təminatının yaxşılaşmasına xidmət edir".

Ekspert qeyd edib ki, yağıntıların intensivliyi və dövrü kənd təsərrüfatı bitkilərinin inkişaf mərhələsi üçün uyğun hesab oluna bilər:

"Xüsusilə payızdan başlayaraq davam edən yağıntılar torpaqda kifayət qədər nəmlik yaradıb ki, bu da yazlıq və payızlıq əkinlər üçün əlverişli şərait formalaşdırır. Bu proses ən çox taxılçılıq sahəsində özünü göstərəcək. Çünki əkin dövriyyəsinin təxminən 60 faizindən çoxunu məhz taxıl bitkiləri - buğda və arpa təşkil edir. Bu səbəbdən yağıntıların artması həmin məhsulların məhsuldarlığının yüksəlməsinə ciddi təsir göstərə bilər".

Rəcəb Orucov vurğulayıb ki, yağıntılar torpağın strukturuna da müsbət təsir edir. Belə ki, düzgün vaxtda düşən yağışlar şumlanmış sahələrdə nəmliyin qorunmasına, torpaq qatlarının daha yaxşı formalaşmasına və səpin üçün optimal şəraitin yaranmasına imkan verir.Bununla yanaşı, ekspertin fikrincə, bəzi hallarda artıq rütubət müəyyən texniki çətinliklər yarada bilər:

"Məsələn, əkin sahələrinə texnikanın daxil olması çətinləşə və ya bəzi aqrotexniki tədbirlərin vaxtında aparılması gecikə bilər. Laki bu kimi hallar lokal xarakter daşıyır və ümumi mənzərəyə ciddi mənfi təsir göstərmir.

Bu yağıntılar yalnız taxılçılıq üçün deyil, digər strateji kənd təsərrüfatı sahələri üçün də faydalıdır. Pambıqçılıq, yem bitkiləri, tərəvəzçilik və digər əkin növlərində torpaqda yaranan təbii nəmlik bitkilərin daha sağlam inkişafına şərait yaradır. Nəmlik balansının qorunması kök sisteminin möhkəmlənməsinə, bitkilərin qida maddələrini daha yaxşı mənimsəməsinə və nəticədə məhsulun keyfiyyətinin və həcminin artmasına səbəb olur".

Ekspert əlavə edib ki, bəzi bölgələrdə güclü yağışlar tozlanma prosesinə müəyyən qədər təsir göstərə bilər, lakin bu təsirin ciddi və genişmiqyaslı olacağı gözlənilmir:

"Çünki əsas meyvəçilik zonaları nisbətən fərqli iqlim xüsusiyyətlərinə malikdir və bu sahədə risklər minimaldır. Digər tərəfdən, güclü leysanların şəhər və bəzi yaşayış məntəqələrində müvəqqəti problemlər - su basma halları, infrastruktur zədələnmələri kimi fəsadlar yaratdığı da istisna deyil. Lakin kənd təsərrüfatı baxımından bu yağıntılar ümumilikdə daha çox müsbət qiymətləndirilir.

Yağıntılar torpaqda kifayət qədər nəmlik ehtiyatı yaradaraq yaz mövsümündə aparılacaq bütün əkin və becərmə işləri üçün əlverişli zəmin formalaşdırır. Bu isə öz növbəsində məhsuldarlığın artmasına, bazarda məhsul bolluğunun yaranmasına və qiymətlərin daha sabit olmasına gətirib çıxara bilər. Hazırkı iqlim şəraiti kənd təsərrüfatının inkişafı üçün əlverişli perspektivlər vəd edir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 664   Tarix: 29 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Natiq Fərzəliyev əməliyyat olundu

Aktyor Natiq Fərzəliyevin səhhətində problem yaranıb. O, özəl xəstəxanaların birində əməliyyat olunub. Natiq Fərzəliyev Qaynarinfo-ya açıqlamasında hazırda vəziyyətinin yaxşı olduğunu bildirib:. "Hələ özümə tam gəlməmişəm, amma həkimlər əməliyyatın uğurla keçdiyini deyib. Ayaq damarlarımda problemlə

31 oktyabr
.

Azərbaycan dəri istehsalını 24 %-ə yaxın artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 52 min kvadratmetr emal edilmiş dəri istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,8 % çoxdur. Bu il oktyabrın 1-nə, Azərbaycanda 137,9 min kvadratmetr hazır məhsul ehtiyat

1 noyabr
.

Nazir məktəblərlə bağlı ƏMR İMZALADI: Dəyişiklik EDİLDİ

Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki məktəbəqədər, ümumi təhsil və məktəbdənkənar təhsil müəssisələrinin və digər qurumların siyahısında dəyişiklik olunub. xəbər verir ki, bununla bağlı elm və təhsil naziri Emi

31 oktyabr
.

Metro, avtobus və taksilərlə bağlı nə baş verəcək? - AÇIQLAMA

Bakı metrosunun "Nizami" və "28 May" stansiyaları arasında qatarların hərəkətinin dayandırılmasından sonra paytaxtda taksi qiymətləri kəskin artıb. Sərnişinlərin sözlərinə görə, əvvəllər 5 manata getdikləri məsafəyə görə indi 12 manat ödəməli olurlar. Bu artımın əsası nədir? Digə

1 noyabr
.

İnternetin keyfiyyəti pis olsa, 2000 manat cərimə ödəyəcəklər

Telekommunikasiya xidmətlərinin keyfiyyət göstəricilərinə uyğun göstərilməməsinə görə yeni cərimələr müəyyənləşir. Trend-ə istinadən xəbər verir ki, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb

31 oktyabr
.

Xəzər dənizi 30 km çəkiləcək, bulvardan görünməyəcək

Xəzər dənizinin səviyyəsi XX əsrdə ən aşağı həddə 1977-ci ildə çatıb. Həmin vaxt dənizin səviyyəsi okean səviyyəsindən 29 metr aşağı olub. Aradan 48 il keçdikdən sonra bu mənfi rekord yenilənib. Hazırda Xəzərin səviyyəsi okean səviyyəsindən 29.1-29.2 metr aşağı düşüb. xəbər verir ki, bu sözləri Coğrafiy

31 oktyabr
.

Kəmaləddin Heydərovdan iki polkovniklə bağlı qərar - Foto

Sumqayıt Regional Mərkəzinin rəisi, polkovnik Vaqif Fətullayev tutduğu vəzifədən azad edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb. Nazirin digər əmri ilə o, Aran Regional Mərkəzinə rəis təyin olunub

31 oktyabr
.

Azərbaycanda pambıq mahlıcı istehsalı 13 % artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 54 min 323 ton pambıq mahlıcı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13 % çoxdur. Bu il oktyabrın 1-nə ölkədə 7 min 519 ton hazır məhsul ehtiyatı olub. Xatırlada

31 oktyabr
.

ŞAD XƏBƏR! Gələn il maaşlar, pensiyalar və sosial yardımlar ARTACAQ - AÇIQLAMA

"Gələn il Azərbaycanda yaşayış minimumunun və ehtiyac meyarının məbləğinin artırılması aztəminatlı ailələrin sosial müdafiəsinin daha da gücləndirilməsinə imkan verəcək. Ehtiyac meyarına uyğun olaraq ünvanlı dövlət sosial yardımı təyin edilir. Bu meyarın və minimum əməkhaqqının artırılması ünvanl

1 noyabr