"31 Mart - Azərbaycanlıların Soyqırımı Günü Azərbaycan tarixinin ən faciəli və ağrılı səhifələrindən biridir" - DEPUTAT

"31 Mart - Azərbaycanlıların Soyqırımı Günü Azərbaycan tarixinin ən faciəli və ağrılı səhifələrindən biridir" - DEPUTAT"31 Mart - Azərbaycanlıların Soyqırımı Günü Azərbaycan tarixinin ən faciəli və ağrılı səhifələrindən biridir", - bunu Sonxeber.az -a danışan deputat Pərvanə VƏliyeva deyib:

"1918-ci ilin martında Bakı Soveti qoşunları və daşnak erməni silahlı dəstələri, "Daşnaksutyun" partiyasının 4 minlik silahlı dəstəsi tərəfindən Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən, Bakı şəhəri, Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur, İrəvan və digər ərazilərdə azərbaycanlı soydaşlarımıza qarşı genişmiqyaslı zorakılıqlar həyata keçirilmişdir. Həmin dövrdə bolşevik-daşnak silahlı dəstələri tərəfindən minlərlə dinc sakin, o cümlədən qadınlar, uşaqlar və yaşlılar amansızcasına qətlə yetirilmiş, talanlar və etnik təmizləmələr həyata keçirilmiş, yaşayış məntəqələri dağıdılmış, tarixi və dini abidələrimiz məhv edilmişdir.
Erməni cəlladları on minlərlə azərbaycanlı ilə yanaşı, minlərlə ləzgi, yəhudi, rus, avar və talış milliyyətinə mənsub insanları qılıncdan, süngüdən keçirərək diri-diri yandırmışdılar.
Xüsusilə Şamaxı qəzasında onlarla kənd yerlə-yeksan edilmiş, minlərlə insan qətlə yetirilmişdir. 1990-cı illərdən etibarən tədqiqatçılar Şamaxı hadisələri ilə bağlı bir sıra araşdırmalar aparılıb və nəticədə erməni cinayətkarlarının Şamaxı şəhərində təqribən 14-16 min, onun 40 kənd və obasında 6-8 min nəfəri qətlə yetirildiyi, Şamaxı qəzasından 18 min nəfərdən çox insanın didərgin düşdüyü müəyyən edilib.
Həmçinin, Quba bölgəsində aşkar edilmiş kütləvi məzarlıq bu hadisələrin miqyasını və qəddarlığını bir daha sübut edən mühüm tarixi faktlardan biridir. Quba qırğınları zamanı şəhərdə öldürülənlərin təxmini sayının 2900-dək, Quba qəzası üzrə ümumilikdə isə 4000 nəfərdən artıq olduğu qeyd olunur. Bu soyqırımı nəticəsində Quba qəzasının 122 kəndi tamamilə dağıdılmış, 2750-dən çox ev tamamilə yandırılmışdır.
Qərbi Azərbaycanlılara qarşı törədilmiş kütləvi deportasiyalardan ilki də həmin dövrdə - 1918-1920-ci illərdə baş verib. 1917-ci ilin noyabrında Rusiyada baş verən dövlət çevrilişindən sonra Şərqi Anadolu və Qafqaz cəbhələrindən geri çəkilən rus qoşunlarının silahlarını ələ keçirən erməni silahlı dəstələri türklərə və azərbaycanlılara qarşı genişmiqyaslı qırğınlar törətdilər. İrəvan quberniyasında azərbaycanlı əhaliyə qarşı zorakılıqların ilk mərhələsi 1918-ci ilin əvvəllərindən etibarən başlamışdır. Həmin ilin mart ayınadək erməni silahlı birləşmələri İrəvan qəzasında 32, Eçmiədzin qəzasında 85, Novo-Bəyazid qəzasında 7 və Sürməli qəzasında 75 kəndi, ümumilikdə isə 199 yaşayış məntəqəsini viran qoymuş, təxminən 135 min azərbaycanlı qətlə yetirilmişdir. 1918-ci il aprelin 29-da isə Gümrü yaxınlığında əsasən qadın, uşaq və yaşlılardan ibarət təxminən 3 min nəfərlik azərbaycanlı köçü pusquya salınaraq tamamilə məhv edilmişdir. Erməni silahlı dəstələri tərəfindən Zəngəzur qəzasında 115 azərbaycanlı kəndi məhv edilmiş, 3257 kişi, 2276 qadın və 2196 uşaq öldürülmüşdür. 1918-1920-ci illərdə Qarabağa edilmiş yürüş nəticəsində Qarabağın dağlıq hissəsində 150 kənd dağıdılmış, əhalisi məhv edilmişdir.
Bu hadisələrə uzun illər ərzində obyektiv hüquqi-siyasi qiymət verilməmişdir. Yalnız Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bu məsələyə dövlət səviyyəsində yanaşma formalaşmışdır. 1998-ci ildə Ümummilli Lider Heydər Əliyevin imzaladığı sərəncamla 31 mart tarixi "Azərbaycanlıların Soyqırımı Günü" elan edilmişdir. Bu qərar həmin faciələrin beynəlxalq ictimaiyyətə çatdırılması və tarixi ədalətin bərpası istiqamətində mühüm addım olmuşdur. Həmçinin, sözügedən Fərmandan sonra həmin tarixin öyrənilməsi istiqamətində mühüm işlər görülmüş, çoxlu əsərlər yazılmış və əcnəbi dillərə tərcümə olunmuşdur. Bundan başqa, xarici ölkələrdə keçirilən tədbirlər, nəşr olunan elmi əsərlər və aparılan tədqiqatlar bu soyqırım reallığının dünyaya çatdırılmasında mühüm rol oynayır.
Azərbaycan Respublikası bu tarixi hadisələrin dünya ictimaiyyətinə daha dolğun şəkildə çatdırılması üçün ardıcıl siyasət həyata keçirir. Bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 30 dekabr 2009-cu il tarixli Sərəncamı ilə Quba şəhərində "Soyqırımı memorial kompleksi"nin yaradılmasına qərar vermişdir. Memorial kompleks 2012-2013-cü illərdə Quba şəhərində Qudyalçayın sol sahilində inşa edilmişdir.
Həmçinin ölkə başçısı İlham Əliyev erməni-bolşevik silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə 2018-ci il yanvarın 18-də "1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında" Sərəncam imzalamışdır.
Bu günkü, müstəqil, suveren, qüdrətli Azərbaycanın var olması asanlıqla başa gəlməyib. Xalqımız tarix boyu müxtəlif dövrlərdə soyqırımlara, əsarətə, işğala, etnik təmizləmələrə məruz qalıb, lakin heç zaman bu haqsızlıqlarla barışmayıb. İşğalla barışmayan dövlətimiz 30 ilə yaxın daxili gücünü səfərbər edərək tarixi ədaləti bərpa etmiş, ərazi bütövlüyünü və suverenliyini tam təmin etmişdir. Bununla belə, edilən haqsızlıqları heç zaman unutmamış və unutdurmamışdır. Xalqımızın yaddaşında dərin izlər buraxmış 31 Mart Azərbaycanlıların Soyqırımı Günü də gələcək nəsillər tərəfindən daim xatırlanacaq".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 494   Tarix: 31 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Natiq Fərzəliyev əməliyyat olundu

Aktyor Natiq Fərzəliyevin səhhətində problem yaranıb. O, özəl xəstəxanaların birində əməliyyat olunub. Natiq Fərzəliyev Qaynarinfo-ya açıqlamasında hazırda vəziyyətinin yaxşı olduğunu bildirib:. "Hələ özümə tam gəlməmişəm, amma həkimlər əməliyyatın uğurla keçdiyini deyib. Ayaq damarlarımda problemlə

31 oktyabr
.

ŞAD XƏBƏR! Gələn il maaşlar, pensiyalar və sosial yardımlar ARTACAQ - AÇIQLAMA

"Gələn il Azərbaycanda yaşayış minimumunun və ehtiyac meyarının məbləğinin artırılması aztəminatlı ailələrin sosial müdafiəsinin daha da gücləndirilməsinə imkan verəcək. Ehtiyac meyarına uyğun olaraq ünvanlı dövlət sosial yardımı təyin edilir. Bu meyarın və minimum əməkhaqqının artırılması ünvanl

1 noyabr
.

Yanacaqla işləyən avtomobillər hansı tarixdə istismardan çıxarılacaq? - Video

Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası"nda 2035-ci ilədək daxiliyanma mühərrikli minik avtomobillərinin mərhələli şəkildə istismardan çıxarılması, sərnişin avtomobil parkında elektromobillərin payının artırılması

31 oktyabr
.

Pensiyaçılar, uşaqlar və işləyənlər üçün YENİ MƏBLƏĞLƏR AÇIQLANDI

Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb. Bu barədə "Report"a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məlumat verib. Onun sözlərinə görə, gələn il yaşayış minimumu və ehtiyac meyarının məbləği 314 manat olacaq:. "Yaşayı

1 noyabr
.

Azərbaycanda bu şəxslərə yeni mənzillər veriləcək

Sosial Xidmətlər Agentliyi əlilliyi müəyyən olunmuş şəxslər və şəhid ailələri üçün Saatlı rayonunda 18 ədəd üçotaqlı və 27 ədəd ikiotaqlı mənzilin satın alınması üzrə tender elan edib. Tenderdə iştirak haqqı 1 00 manat təşkil edir. Tenderin ehtimal olunan qiyməti 3,386 milyon manat təşkil edir. Tenderd

31 oktyabr
.

Maaşlar nə qədər və nə vaxt artacaq? - YENİ TARİX

Azərbaycanda minimum əməkhaqqı 2027-ci ilin yanvarından artırıla bilər. Bunu -a müsahibəsində Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib. Deputatın sözlərinə görə, artımın məbləği müəyyənləşdirilərkən inflyasiya göstəriciləri ilə yanaşı, gələn il üzr

31 oktyabr
.

Qaz plitəsi, kombi və su qızdırıcıları istifadə edənlərin nəzərinə: 6 gün sonra yeni qaydalar qüvvəyə minir

Azərbaycanda qaz plitələri, kombilər və su qızdırıcılarının təhlükəsizliyinə dair yeni tələblər tətbiq olunacaq. -ın məlumatına görə, qazla işləyən qurğular partlayış riskini istisna etməli, qaz yollarının birləşmələri hermetik olmalı və yanmamış qazın təhlükəli səviyyədə toplanmasının qarşısını almalıdır

31 oktyabr
.

Marketlərdə satılan duru yağlar niyə ağappaq olur? - SƏBƏB TƏƏCCÜBLƏNDİRDİ

Marketlərdə satılan bitki mənşəli duru yağların rənginin bəzən çox açıq, hətta ağımtıl-sarı olması istehlakçılarda suallar yaradır. Bəs bu, istehsal zamanı tətbiq edilən emal və təmizlənmə prosesləri ilə bağlıdır, yoxsa yağın təbiiliyi və keyfiyyəti barədə şübhələrə əsas verir?. Mövzu ilə bağlı -a danışa

1 noyabr
.

Onlar pulsuz xidmət göstərməsələr, 18 manat ödəyəcəklər - Yeni qayda

Azərbaycanda "Pulsuz hüquqi yardım haqqında" yeni qanun qəbul ediləcək. Qanunda pulsuz hüquqi yardım göstərən vəkillər üçün yeni öhdəliklər müəyyənləşdiriləcək. Trend-ə istinadən xəbər verir ki, yeni qanun layihəsi Milli Məclisin bugünkü plenar iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb

31 oktyabr