Birinci sinfə şagird qəbulu bu tarixlərdə başlayır
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələri üzrə I sinfə qəbul prosesində prioritet tətbiq olunacaq məktəblərin siyahısı açıqlanıb.
Sonxeber.az xəbər verir ki, bununla bağlı BŞTİ məlumat yayıb.
Bildirilib ki, məktəblərə şagird qəbulu sərbəst formada və prioritetə (üstünlük hüququ) əsasən aparılacaq.
Sərbəst formada şagird qəbulu aparılacaq ümumi təhsil müəssisələrinə valideynlər şəxsi kabinet vasitəsilə məktəb və müəllim seçimini birbaşa edəcəklər. Prioritet (valideyn və ya uşağın məktəbin müəyyənləşdirilmiş ərazisinə (dislokasiya) qeydiyyatı olmalı, bacı-qardaşı həmin məktəbdə hazırda təhsil almalı, valideynlərindən biri həmin məktəbdə çalışmalı) üzrə valideynlər isə ilk növbədə müəyyən edilmiş müddətdə (Azərbaycan bölməsi üzrə 6 may-4 iyun 2026-cı il, tədrisi digər dillərdə aparılan bölmələr üzrə isə 17 iyun-16 iyul 2026-cı il tarixlərində) üstünlük hüquqlarından biri əsasında sorğu yerləşdirə bilərlər. Prioritetlərin tətbiqi yaşayış sıx olan ərazilərdə valideynlərin məktəb seçimini asanlaşdırmaq məqsədlərinə xidmət edir.
Qeyd olunub ki, müvafiq müddət başa çatdıqdan sonra üstünlük hüququ tətbiq olunan məktəblərdə boş qalan şagird yerlərinə sərbəst qəbul (tədrisi digər dillərdə olan və müsabiqə yolu ilə qəbul aparılan liseylər istisna olmaqla) aparılacaq.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1114 Tarix: 31 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu məlumatları süni intellektlə paylaşmaq TƏHLÜKƏLİDİR - AÇIQLAMA
Şəxsi məlumatların, şəxsiyyət vəsiqəsi, pasport, bank sənədləri, tibbi məlumatlar və digər məxfi informasiyaların süni intellekt platformalarına daxil edilməsi məlumatların qorunması baxımından müəyyən risklər yarada bilər. Mütəxəssislər belə məlumatlarla işləyərkən onların hansı məqsədlə toplandığına
9 sentyabrYaxın günlərdə Coşqunun toyu olacaqmış...
Dünən "Şəki yaylası"nda istirahət-əyləncə mərkəzindəki faciəvi hadisədə həlak olan 31 yaşlı Coşqun Məmmədov Vətən müharibəsi iştirakçısı imiş. "Qafqazinfo" xəbər verir ki, "zipline" xəttində baş vermiş hadisədə həyatını itirən gəncin yaxınları sosial şəbəkədə onun nişanl
9 sentyabr"Şəki yaylası"nın sahibini hansı CƏZA GÖZLƏYİR?
Şəkidəki "Şəki yaylası" istirahət mərkəzində iki nəfərin ölümü ilə nəticələnən kanat faciəsinə dair yeni təfərrüat ortaya çıxıb. Hadisənin kanatın trosunun qırılması nəticəsində deyil, asılqanlı diyircəyin trosdan çıxması səbəbindən baş verdiyi bildirilir. Hadisə zamanı kanatdan istifadə edə
9 sentyabrSabah bu ərazilərdə qaz olmayacaq
Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə ki, təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Yasamal rayonunun M. İbrahimov, L.Tolstoy, B. Səfəroğlu, D. Əliyeva, H. Aslanov, Ə. Quliyev, İ. Səfərli
9 sentyabrXəzərdə zəlzələ oldu
Xəzər dənizində zəlzələ baş verib. xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, yerli vaxtla saat 05:52-də qeydə alınan zəlzələnin maqnitudası 3,1 olub. Zəlzələnin ocağı 31 kilometr dərinlikdə yerləşib
10 sentyabrLənkəranın turizm imkanları geniş auditoriyaya nümayiş etdirilib
Sentyabrın 9-da Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə yerli media nümayəndələri üçün Lənkəran şəhərinə mediatur təşkil olunub. Mediaturun əsas məqsədi Lənkəranın müxtəlif turizm imkanlarının, təbii və mədəni irsinin, yerli turizm məhsullarının və qonaqpərvərlik ənənələrinin nümayiş etdirilməsi
10 sentyabr