"Paketli qidalara birmənalı olaraq təhlükəli deməyimiz düzgün yanaşma olmaz" - AÇIQLAMA

"Paketli qidalara birmənalı olaraq təhlükəli deməyimiz düzgün yanaşma olmaz" - AÇIQLAMA"Paketli qidalara birmənalı olaraq təhlükəli deməyimiz düzgün yanaşma olmaz. Çünki plastik və ya kağız qablaşdırma çox vaxt qidanı kənar çirklənmədən, havadan və mikroblardan qoruyur. Burada əsas məsələ paketin özü deyil, onun içinə nələrin olmasıdır. Əgər rasionumuzun böyük hissəsini çox emal olunmuş məhsullar - rəngli şirniyyatlar, şirin qazlı sular və çipslər təşkil edirsə, bədənimizə lazımi vitamin və lif əvəzinə sadəcə boş kalori, həddindən artıq duz və şəkər yükləyirik. Bu da zamanla özünü təzyiq oynanmaları və ya çəki problemi kimi büruzə verir. Düzdür, hamıda eyni reaksiya olmur, amma risk hər zaman var".

Bu sözləri Sonxeber.az-a qida eksperti Asim Vəliyev danışıb.

O, açıqlamasında qeyd edib ki, məhsul alarkən qidanın "şəxsiyyət vəsiqəsi" olan etiket məlumatlarını oxumalıyıq:

"İstehsalçılar bəzən şəkəri fərqli adlar altında gizlədirlər. Məsələn, tərkibdə maltodekstrin, dekstroza və ya fruktoza siropu görürüksə, bu elə şəkərdir. Bir də "ilk üçlük qaydası" var: içindəkilər siyahısında ilk sırada nə yazılıbsa, o məhsulun əsasını həmin maddə təşkil edir. Əgər siyahının başında şəkər və ya mənşəyi bəlli olmayan yağlar yazılıbsa, o qidanın faydalılığı şübhə altına düşür.

Yağ məsələsi isə başqa bir mövzudur. Xüsusən "hidrogenləşdirilmiş" sözünü görəndə ehtiyatlı olmaq lazımdır. Bu, çox vaxt trans yağların mövcudluğunu göstərir. Cədvəldəki rəqəmlərə baxarkən 100 qramlıq göstəricini əsas götürmək müqayisəni asanlaşdırır. Məsələn, lif miqdarı aşağı olan qidalar qanda şəkəri sürətlə qaldırır, sonra isə aşağı salaraq bizi tez acdırır. Bu da gün boyu dayanmadan nəsə atışdırmaq istəyi yaradır.

Sonda, paketin fiziki vəziyyəti də vacibdir. Əzilmiş, şişmiş və ya hermetikliyi pozulmuş qablaşdırma tərkibindəki kimyəvi və ya bioloji proseslərin düzgün getmədiyinin əlaməti ola bilər. Məhsulun üzərində göstərilən saxlama temperaturuna isə mütləq əməl edilməlidir".

Vüsalə İbrahimli


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1153   Tarix: 01 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan ayaqqabı istehsalını 58 %-dən çox artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 1 milyon 93,6 min cüt ayaqqabı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 58,3 % çoxdur. Bu ilin oktyabrın 1-nə ölkədə 90,4 min cüt hazır məhsul ehtiyatı olub. 2025-c

1 noyabr
.

Noyabrın 1-dən bu avtobuslar DƏYİŞİR - Gedişhaqqı...

Noyabrın 1-dən metronun "Memar Əcəmi" stansiyasını Hökməli qəsəbəsi ilə əlaqələndirən 156 və 156A nömrəli marşrut avtobusları yenilənir. Bu barədə -a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. Məlumata əsasən, 156 nömrəli marşru

31 oktyabr
.

Şirvan Milli Parkında ceyranların sayı 7 mini ötüb

Şirvan Milli Parkında ceyranların sayı artaraq 7 048 başa çatıb. Bu barədə "Report"un Aran bürosuna Şirvan Milli Parkından məlumat verilib. Bildirilib ki, 2003-cü ildə Şirvan Milli Parkının yaradılması ceyranların qorunması, sayının artırılması və tarixi yaşayış areallarının bərpası istiqamətind

31 oktyabr
.

Bəzi hərbçilər cərimələnəcəklər

Azərbaycanda bir sıra hərbçilər cərimə və ya həbs edilə bilərlər. -ın məlumatına görə, sözügedən məsələ Milli Məclisin noyabrın 3-də keçiriləcək iclasının gündəliyinə daxil edilən İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb. Layihəyə əsasən, zabit, gizir, miçman, müddətdə

31 oktyabr
.

İnternetin keyfiyyəti pis olsa, 2000 manat cərimə ödəyəcəklər

Telekommunikasiya xidmətlərinin keyfiyyət göstəricilərinə uyğun göstərilməməsinə görə yeni cərimələr müəyyənləşir. Trend-ə istinadən xəbər verir ki, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb

31 oktyabr
.

Qızılın saxta olub-olmadığını necə yoxlayaq? - Video

Sosial şəbəkələrdə qızıl məmulatlarının tərkibi ilə bağlı yayılan görüntülər müzakirələrə səbəb olub. İddialara görə, zərgərlərin aldığı 44 qramlıq qızıl məmulatının 20 qramdan çoxunun mis olduğu aşkarlanıb. Baku TV-ə istinadla xəbər verir ki, zərgər Şamil Zeynalovun sözlərinə görə, bu cür hallara təkc

31 oktyabr
.

Bu gündən bu QADAĞA qüvvəyə minir

Türkiyədə sosial şəbəkələrdən istifadə ilə bağlı yeni qaydalar bu gündən qüvvəyə minib. Buna əsasən, 15 yaşını tamamlamayan şəxslər sosial şəbəkələrdə hesab aça bilməyəcəklər. xəbər verir ki, yeni hesab yaratmaq istəyənlər yaşlarını "e-Devlet" portalı vasitəsilə əldə ediləcək xüsusi rəqəmsa

1 noyabr
.

Biznesin gündəmi artıq bir ünvanda - 1business.media fəaliyyətə başladı

Azərbaycanda biznes, iqtisadiyyat və maliyyə xəbərlərini oxuculara çatdıracaq 1business.media saytı fəaliyyətə başlayıb. "Bakupost"a verilən məlumata görə yeni platformanın məqsədi ölkənin biznes mühitini daha anlaşıqlı və əlçatan təqdim etmək, iqtisadi hadisələrin sahibkarlar və vətəndaşla

31 oktyabr
.

Noyabrda 11 gün İŞ OLMAYACAQ - TARİXLƏR

Noyabr ayında Azərbaycanda beşgünlük iş həftəsi ilə çalışanlar üçün ardıcıl dörd gün istirahət olacaq. xəbər verir ki, noyabrın 8-i Zəfər Günü, noyabrın 9-u isə Dövlət Bayrağı Günü kimi qeyd olunur. Hər iki tarix qeyri-iş günüdür. Bundan əlavə 8 noyabr bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsin

31 oktyabr