Manana dahi sənətkar Aftandil İsrafilovun repertuarına müraciət etdi - VİDEO - FOTOLAR
Əməkdar artist Manana Caparidze yaradıcılığında növbəti bir uğura imza atıb.
Sonxeber.az xəbər verir ki, sevilən sənətçi mərhum qarmon ustası, dahi sənətkar Xalq artisti Aftandil İsrafilovun əfsanəvi "Basqalı rəqsi" əsərinə öz ifası ilə yeni bir nəfəs gətirib.
Əsərin musiqi müəllifi mərhum sənətkar Aftandil İsrafilov, sözləri isə Əməkdar artistin özünə məxsusdur. Redakte işini Leyli, aranjımanını isə Taleh Ağayev edib. Gitarada Mehdi Məmmədov, bas gitarada isə Saleh Məmmədov ifa edib. Nağarada səslənməni Abbas Səfərov, cajonda Fariz Fərzullayev, qarmonda isə Ramin Hüseynov edib. Əsərin mix masteringi Oleq Naumova aiddir.
Onu da vurğulayaq ki, "Basqalı rəqsi" adlanan əsərin ilk Azərbaycan dilində ifaçısı Əməkdar artist Manana Caparidzedir. Sənətçinin ifasında əsər mahnıya çevrilərək "Basqalım mənim" adlanır.
Manana Caparidze kompozisiyanın yaranması haqqında bunları danışıb: "Əzizlərim, sizinlə xüsusi bir hekayəni bölüşmək istəyirəm. Bir neçə il əvvəl, çıxış etdiyim tədbirlərdən birində mənə böyük bir xoşbəxtlik nəsib oldu. Mərhum qarmon ustası, hörmətli Avtandil müəllim İsrafilovla görüşdüm. Çıxışımdan sonra mən duyğularla dolu idim - isti qarşılanma, dinləyicilərin mehriban baxışları, sevgi dolu bir ab-hava… Bu hisslərlə ona böyük hörmət və sevgi ilə yaxınlaşdım. Bu görüş mənim üçün böyük bir şərəf idi. Söhbətimiz çox səmimi keçdi və birdən o mənə dedi: "Manana, qızım, bilirsənmi ki, sənin ifa etdiyin mahnılardan birində səslənən musiqi parçası - ‘Basqalı rəqsi’ mənim bəstəm, mənim əsərimdir." Bu sözləri eşitmək mənim üçün həm gözlənilməz, həm də böyük sevinc idi. Mən ona bu gözəl əsərə görə ürəkdən təşəkkür etdim. Elə həmin anda o, mənə bir xahişlə müraciət etdi - elə bir xahiş ki, bu günə qədər ürəyimdə yaşayır. O istəyirdi ki, bu əsər artıq mahnı kimi səslənsin - və mənim ifamda səslənsin. O, bir az kədər hissi ilə qeyd etdi ki, təəssüf ki, bu əsər Azərbaycan hüdudlarından kənarda bəzən başqa adlarla təqdim olunur və məhz buna görə mənə xeyir-dua verdi ki, bu bəstənin əsasında mahnı yaradım və onun ilk ifaçısı olum - Azərbaycan dilində. Zaman keçdi və bu gün mən Aftandil müəllimin bizə miras qoyduğu əsəri təqdim edirəm. Hörmətli Avtandil müəllimin qızı, mənim üçün artıq çox doğma olan dəyərli Həcər xanımdan da inanılmaz dəstək gördüm. Düşüncələrimiz, hisslərimiz, niyyətlərimiz tam üst-üstə düşdü - və mən onların xeyir-duasını aldım. "Basqalım Mənim" - bu, sadəcə mahnı deyil. Bu, böyük ustaya, onun işıqlı xatirəsinə, ailəsinə… və əlbəttə ki, sizə - mənim əziz dinləyicilərimə olan hörmətin ifadəsidir. Və bir də…Bu mahnı haqqında anam da bilirdi. O, bu anı səbirsizliklə gözləyirdi və mən inanıram onun ruhu bu gün yanımdadır və çox xoşbəxtdir".
Qeyd edək ki, "Basqalım mənim" əsəri artıq bütün radio və rəqəmsal platformalarında yer alır.



Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 682 Tarix: 02 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycan ayaqqabı istehsalını 58 %-dən çox artırıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 1 milyon 93,6 min cüt ayaqqabı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 58,3 % çoxdur. Bu ilin oktyabrın 1-nə ölkədə 90,4 min cüt hazır məhsul ehtiyatı olub. 2025-c
1 noyabrNoyabrın 1-dən bu avtobuslar DƏYİŞİR - Gedişhaqqı...
Noyabrın 1-dən metronun "Memar Əcəmi" stansiyasını Hökməli qəsəbəsi ilə əlaqələndirən 156 və 156A nömrəli marşrut avtobusları yenilənir. Bu barədə -a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. Məlumata əsasən, 156 nömrəli marşru
31 oktyabrŞirvan Milli Parkında ceyranların sayı 7 mini ötüb
Şirvan Milli Parkında ceyranların sayı artaraq 7 048 başa çatıb. Bu barədə "Report"un Aran bürosuna Şirvan Milli Parkından məlumat verilib. Bildirilib ki, 2003-cü ildə Şirvan Milli Parkının yaradılması ceyranların qorunması, sayının artırılması və tarixi yaşayış areallarının bərpası istiqamətind
31 oktyabrBəzi hərbçilər cərimələnəcəklər
Azərbaycanda bir sıra hərbçilər cərimə və ya həbs edilə bilərlər. -ın məlumatına görə, sözügedən məsələ Milli Məclisin noyabrın 3-də keçiriləcək iclasının gündəliyinə daxil edilən İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb. Layihəyə əsasən, zabit, gizir, miçman, müddətdə
31 oktyabrİnternetin keyfiyyəti pis olsa, 2000 manat cərimə ödəyəcəklər
Telekommunikasiya xidmətlərinin keyfiyyət göstəricilərinə uyğun göstərilməməsinə görə yeni cərimələr müəyyənləşir. Trend-ə istinadən xəbər verir ki, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb
31 oktyabrQızılın saxta olub-olmadığını necə yoxlayaq? - Video
Sosial şəbəkələrdə qızıl məmulatlarının tərkibi ilə bağlı yayılan görüntülər müzakirələrə səbəb olub. İddialara görə, zərgərlərin aldığı 44 qramlıq qızıl məmulatının 20 qramdan çoxunun mis olduğu aşkarlanıb. Baku TV-ə istinadla xəbər verir ki, zərgər Şamil Zeynalovun sözlərinə görə, bu cür hallara təkc
31 oktyabrBu gündən bu QADAĞA qüvvəyə minir
Türkiyədə sosial şəbəkələrdən istifadə ilə bağlı yeni qaydalar bu gündən qüvvəyə minib. Buna əsasən, 15 yaşını tamamlamayan şəxslər sosial şəbəkələrdə hesab aça bilməyəcəklər. xəbər verir ki, yeni hesab yaratmaq istəyənlər yaşlarını "e-Devlet" portalı vasitəsilə əldə ediləcək xüsusi rəqəmsa
1 noyabrBiznesin gündəmi artıq bir ünvanda - 1business.media fəaliyyətə başladı
Azərbaycanda biznes, iqtisadiyyat və maliyyə xəbərlərini oxuculara çatdıracaq 1business.media saytı fəaliyyətə başlayıb. "Bakupost"a verilən məlumata görə yeni platformanın məqsədi ölkənin biznes mühitini daha anlaşıqlı və əlçatan təqdim etmək, iqtisadi hadisələrin sahibkarlar və vətəndaşla
31 oktyabrNoyabrda 11 gün İŞ OLMAYACAQ - TARİXLƏR
Noyabr ayında Azərbaycanda beşgünlük iş həftəsi ilə çalışanlar üçün ardıcıl dörd gün istirahət olacaq. xəbər verir ki, noyabrın 8-i Zəfər Günü, noyabrın 9-u isə Dövlət Bayrağı Günü kimi qeyd olunur. Hər iki tarix qeyri-iş günüdür. Bundan əlavə 8 noyabr bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsin
31 oktyabr