"Aprel döyüşləri Azərbaycan xalqının birliyinin və qələbəyə inam hissinin rəmzi oldu" - DEPUTAT

"Aprel döyüşləri Azərbaycan xalqının birliyinin və qələbəyə inam hissinin rəmzi oldu" - DEPUTAT"Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşan tarixi Aprel döyüşlərin başlanmasından 10 il ötür".

Bunu Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib.

Deputat qeyd edib ki, Aprel döyüşlərindəki əldə edilən nailiyyətlər xalqımızda tezliklə ərazi bütövlüyünün bərpa edilməsi inamını daha da artırdı:

"Aprel döyüşləri Azərbaycan xalqının birliyinin və qələbəyə inam hissinin rəmzi oldu. Düşməni və onun havadarlarını qoruxuya salan Aprel döyüşlərində əldə etdiyi qələbə ilə Azərbaycan bütün dünyaya tezliklə ədaləti bərpa edəcəyini məsajını verdi.Ən önəmlisi ilə Aprel döyüşləri ordumuzun müasir silah və texnika ilə tam təmin olunmasını və hərbiçilərimizin gücünü və peşəkarlığını nümayiş etdirdi. Ermənistan silahlı qüvvələri 2016-cı il aprelin əvvəllərində Azərbaycanın ön xətt mövqelərini və yaşayış məntəqələri intensiv artilleriya atəşinə tutması nəticəsində ordumuz əks-həmlə ilə düşməmin təxribatların qarşısını aldı. Aprel döyüşlərində ordumuz tək düşmənin intensiv təxribatlarının qarşısını almadı, həm də Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bir sıra mövqeləri düşməndən azad etdi. Hərbiçilərimizin qəhrəmanlığı və mərdliyi sayəsində mənfur qonşularımızın öz orduları haqqında yaratdıqları mif alt-üst edildi. Azərbaycan Ordusunun şücaəti qarşısında düşmən öz planlarını reallaşdıra bilmədi. Düşmənin atəş nöqtələrinə və artilleriya qurğularına vurulan zərbələr, kəşfiyyat orqanları tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində Azərbaycan Ordusu irəlilədi. Azərbaycan bayrağı Lələtəpə yüksəkliyində asıldı.Üçrəngli bayrağımızın Lələtəpə yüksəkliyində dalğalanması doğma Qarabağın işğaldan azad ediləcəyi günün uzaqda olmadığını göstərdi. Bir sözlə Aprel döyüşləri böyük Zəfərin başlanğıcı kimi tariximizə yazıldı".

Deputat vurğulayıb ki, Aprel döyüşləri məhdudmiqyaslı əməliyyat olsa da onun hərbi, siyasi, diplomatik və psixoloji nəticələri regionda ciddi dönüş yaratdı:

"Aprel döyüşləri zamanı Azərbaycan Ordusu qısa müddətdə mühüm taktiki uğurlar əldə edərək bir sıra strateji əraziləri nəzarətə götürdü. Bu əməliyyatların ən mühüm nəticələrindən biri təxminən 2000 hektara yaxın ərazinin işğaladan azad edilməsi oldu ki, bu da uzun illər dəyişməz qalan təmas xəttində ciddi irəliləyiş demək idi. Azad edilən Lələtəpə yüksəkliyi, Cocuq Mərcanlı ətrafı ərazilər, Talış kəndi ətrafındakı yüksəkliklər, Suqovuşan istiqamətində yollar və mövqelər, Gülüstan və Qazaxlar kəndləri istiqamətlərində mövqelər- strateji nəzarət nöqtəsi kimi xüsusi əhəmiyyət daşıyırdı. Ən önəmlisi isə Lələtəpənin azad edilməsi nəticəsində geniş əraziyə vizual və atəş nəzarəti təmin olundu. Talış istiqamətində yüksəkliklərin ələ keçirilməsi düşmənin müdafiə xəttini zəiflətdi. Azad edilən ərazilər yaxın yaşayış məntəqələrinin təhlükəsizliyini artırdı. Beləliklə, Aprel döyüşlərində əldə edilən ərazi üstünlüyü taktiki nailiyyətlə birlikdə həm də gələcək döyüş əməliyyatların konturlarını müəyyən edən mühüm hərbi-strateji göstərici kimi qiymətləndirilir. Dörd gün davam edən bu hərbi əməliyyatlar ele 4 il sonra baş verən və 44 gün davam edən Vətən müharibəsi üçün strateji zəmin rolunu oynadı. Ən önəmlisi isə Azərbaycan dövlətinin hərbi-siyasi kursunun effektivliyini nümayiş etdirdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsi zamanı torpaqlarımızı işğalçılardan təmizləyərək ərazi bütövlüyümüzü bərpa etdi.

Vətən müharibəsində tək ərazi bütövlüyümuz bərpa olunmadı, həm də tarixi ədalət bərpa olundu və tarixi torpaqlarımız əsl sahiblərinə geri qaytarıldı. 44 günlük Vətən müharibəsindən sonra bölgəmizdə yeni reallıq yarandı.Biz düşməni torpaqlarımızdan qovaraq BMT Təhlükəsizlik Şurasının qətnamələrini öz gücümüzə yerinə yetirdik. Bu gün Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib. Növbəti hədəfimiz qərbi azərbaycanlıların təhlükəsiz şəkildə öz doğma yurdlarına qayıtmasıdır. Əminəm ki, tezliklə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bu hədəfimizə nail olacağıq".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 618   Tarix: 02 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan ayaqqabı istehsalını 58 %-dən çox artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 1 milyon 93,6 min cüt ayaqqabı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 58,3 % çoxdur. Bu ilin oktyabrın 1-nə ölkədə 90,4 min cüt hazır məhsul ehtiyatı olub. 2025-c

1 noyabr
.

Noyabrın 1-dən bu avtobuslar DƏYİŞİR - Gedişhaqqı...

Noyabrın 1-dən metronun "Memar Əcəmi" stansiyasını Hökməli qəsəbəsi ilə əlaqələndirən 156 və 156A nömrəli marşrut avtobusları yenilənir. Bu barədə -a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. Məlumata əsasən, 156 nömrəli marşru

31 oktyabr
.

Şirvan Milli Parkında ceyranların sayı 7 mini ötüb

Şirvan Milli Parkında ceyranların sayı artaraq 7 048 başa çatıb. Bu barədə "Report"un Aran bürosuna Şirvan Milli Parkından məlumat verilib. Bildirilib ki, 2003-cü ildə Şirvan Milli Parkının yaradılması ceyranların qorunması, sayının artırılması və tarixi yaşayış areallarının bərpası istiqamətind

31 oktyabr
.

Bəzi hərbçilər cərimələnəcəklər

Azərbaycanda bir sıra hərbçilər cərimə və ya həbs edilə bilərlər. -ın məlumatına görə, sözügedən məsələ Milli Məclisin noyabrın 3-də keçiriləcək iclasının gündəliyinə daxil edilən İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb. Layihəyə əsasən, zabit, gizir, miçman, müddətdə

31 oktyabr
.

İnternetin keyfiyyəti pis olsa, 2000 manat cərimə ödəyəcəklər

Telekommunikasiya xidmətlərinin keyfiyyət göstəricilərinə uyğun göstərilməməsinə görə yeni cərimələr müəyyənləşir. Trend-ə istinadən xəbər verir ki, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb

31 oktyabr
.

Qızılın saxta olub-olmadığını necə yoxlayaq? - Video

Sosial şəbəkələrdə qızıl məmulatlarının tərkibi ilə bağlı yayılan görüntülər müzakirələrə səbəb olub. İddialara görə, zərgərlərin aldığı 44 qramlıq qızıl məmulatının 20 qramdan çoxunun mis olduğu aşkarlanıb. Baku TV-ə istinadla xəbər verir ki, zərgər Şamil Zeynalovun sözlərinə görə, bu cür hallara təkc

31 oktyabr
.

Bu gündən bu QADAĞA qüvvəyə minir

Türkiyədə sosial şəbəkələrdən istifadə ilə bağlı yeni qaydalar bu gündən qüvvəyə minib. Buna əsasən, 15 yaşını tamamlamayan şəxslər sosial şəbəkələrdə hesab aça bilməyəcəklər. xəbər verir ki, yeni hesab yaratmaq istəyənlər yaşlarını "e-Devlet" portalı vasitəsilə əldə ediləcək xüsusi rəqəmsa

1 noyabr
.

Biznesin gündəmi artıq bir ünvanda - 1business.media fəaliyyətə başladı

Azərbaycanda biznes, iqtisadiyyat və maliyyə xəbərlərini oxuculara çatdıracaq 1business.media saytı fəaliyyətə başlayıb. "Bakupost"a verilən məlumata görə yeni platformanın məqsədi ölkənin biznes mühitini daha anlaşıqlı və əlçatan təqdim etmək, iqtisadi hadisələrin sahibkarlar və vətəndaşla

31 oktyabr
.

Noyabrda 11 gün İŞ OLMAYACAQ - TARİXLƏR

Noyabr ayında Azərbaycanda beşgünlük iş həftəsi ilə çalışanlar üçün ardıcıl dörd gün istirahət olacaq. xəbər verir ki, noyabrın 8-i Zəfər Günü, noyabrın 9-u isə Dövlət Bayrağı Günü kimi qeyd olunur. Hər iki tarix qeyri-iş günüdür. Bundan əlavə 8 noyabr bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsin

31 oktyabr