Məxfi sənədlərin Qara bağı

Məxfi sənədlərin Qara bağıİllərlə tamaşaçı rəğbətini qazanan və reytinqlərdə birinci olan "XX yüzillik. Faktlar, hadisələr və insanlar" verilişindən sonra İctimai Televiziyada yeni üslubda bir layihə başlayıb. Müsəllim Həsənovun təqdimatında efirə çıxan "Qara bağ" sənədli serialı adından da göründüyü kimi, əsasən Qarabağ bölgəsinin tarixindən bəhs edir. Bütün tarixi, sənədli filmlər və layihələr kimi "Qara bağ" sənədli serialı arxiv sənədləri, müəllifin araşdırmaları üzərində qurulub. Layihədə arxivlərdə indiyədək araşdırılmayan, gizli qalan və ya qalmağa məhkum edilən bir çox həqiqətlər gün üzünə çıxacaq. Tozlu sənədlərin qara bağlarını açaraq əsl tarixi ictimaiyyətə çatdırmağı hədəfləyən layihənin görünən tərəfi qədər, kadrarxasında çalışan yaradıcı qrupun zəhməti də bu işin uğurla ərsəyə gəlməsində xüsusi paya malikdir. "Qara bağ"çılar tamaşaçının görüşünə yeni tərtibatda və fərqli quruluşda studiya ilə gəlib. Bir neçə çəkiliş meydançasını özündə birləşdirən pavilyon yeganə çəkiliş məkanıdır.

Nəzərə alsaq ki, arxiv sənədləri ilə, yeni həqiqətlərlə Azərbaycan tamaşaçısını tanış etmək niyyətində olan "Qara bağ" layihəsi hər bir seriyasında tarixin qaranlıq səhifələrinə əsasən qrafik üslubda işlənən animasiyalarla, canlandırılmış tarixi obrazlarla və sənədlərlə işıq salacaq. Auditoriyanı həm də bilgiləndirməyi hədəfləyən layihənin həmmüəllifi daha əvvəl həmin televiziyada "XX yüzillik. Faktlar, hadisələr və insanlar" verilişini çəkən rejissor Elçin Qasımovdur. Tamaşaçını yormadan tarixi araşdıran müəlliflər bunun üçün studiyada 7 çəkiliş meydançası qurub. Serialın forma və məzmun vəhdəti, yəni arxiv sənədlərinin ekran həlli məhz həmin pavilyonlarda lentə alınan görüntülərlə mümkün olur. O dövrə aid görüntülərin demək olar ki, yoxluğu, həqiqətin izləyiciyə necə çatdırılacağı ilə bağlı ilkin mərhələdə müəyyən tərəddüdlər yaratsa da, layihənin ümumi yanaşması və rejissor həlli bu suallara praktik cavab təqdim edir. Arxiv materiallarının məhdudluğu fonunda tarixi məzmunun yenidən qurulması əlavə diqqət və araşdırma tələb edir.
Sənədli serialda ən kiçik detalın belə xüsusi incəliklə düşünülüb planlaşdırıldığı ilk kadrdan aydın olur. İşıqlandırmanın atmosferi tamamlaması, kameranın hərəkət dinamikasının incəliklə qurulması və səhnə keçidlərinin ritminin qorunması bu diqqətin əsas göstəricilərindəndir. Bütün bunlar göstərir ki, layihənin ərsəyə gəlməsində çox böyük yaradıcı qrupun zəhməti var.

Demək olar ki, bu layihədə kino sənəti ilə televiziya verilişi vəhdət daşıyır. "Qara bağ" layihəsi də, yəqin, "XX yüzillik" kimi öz tamaşaçısını, öz auditoriyasını tez bir zamanda qazanacaq, hər həftənin bazar günü insanları ekran başına toplaya biləcək.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 563   Tarix: 07 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Şotlandiyada on il öncə itmiş pişik evinə qayıtdı - FOTO

Şotlandiyanın Aberdin şəhərində 10 il öncə itmiş pişik tapılıb. Forbs adlı ev heyvanı üzərindəki mikroçip sayəsində evinə qaytarılıb. Belə ki, pişiyi tapan şəxs mikroçipdə əks olunan telefon nömrəsilə əlaqə saxlayıb. Məlum olub ki, heyvanın sahibi Edinburq şəhərində yaşayan bir ailədir. Ailə başçıs

18 sentyabr 2021
.

Vətən Müharibəsi Qəhrəmanlarına və şəhid ailələrinə mənzillərin sənədləri təqdim edildi

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bir qrup Vətən Müharibəsi Qəhrəmanına və ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmiş şəxslərin ailə üzvlərinə mənzillərin sənədləri təqdim edilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb

17 sentyabr 2021
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA + VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18 sentyabr 2021
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18 sentyabr 2021
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18 sentyabr 2021
.

"Yaralanmışam, pensiya ala bilmirəm" - Müharibədə iştirak edən futbolçu

Vətən müharibəsi qazisi, "Kəpəz" klubunun sabiq futbolçusu, 1998-ci il təvəllüdlü Talib Rzayev müharibədə yaralanmağına baxmayaraq, ona hələ də əlillik dərəcəsinin təyin edilməməsindən narazıdır. Bu barədə "Qafqazinfo"ya müraciət edən T. Rzayev bildirib ki, 2019-cu ildə əsgərliy

17 sentyabr 2021
.

"Ölən öləcək, qalan qalacaq, həyat davam edir" - Rəşid Mahmudov pandemiyadan danışdı

Mütəxəssislər havaların soyuması ilə əlaqədar olaraq yoluxma sayının artacağını proqnozlaşdırırlar. Bununla bağlı artıq həyəcan təbili çalınır. Maraqlıdır insanların qapalı məkanlarda toplaşması, məktəblərin açılması həqiqətənmi yoluxmanı artıracaq?. Tibb Universitetinin dosenti, Əməkdar müəllim Rəşi

17 sentyabr 2021
.

Tovuza dolu düşüb - VİDEO

Tovuzun dağ kəndlərinə leysan yağıb, qısa müddətli dolu düşüb. APA-ya istinadən xəbər verir ki, bu gün rayonun Kirən, Əhmədabad, Əsrik Cırdaxan və Yanıqlı kəndlərinə dolu düşüb. Bəzi kəndlərdə isə yağışdan sonra sel gəlib. Təsərrüfata ciddi ziyan dəymədiyi bildirilir. Hazırda qərb rayonlarında yağıntıl

17 sentyabr 2021
.

Vətən müharibəsinin 22 iştirakçısı polis oldu

Sentyabrın 17-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə keçirilən respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışı keçirib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbua

17 sentyabr 2021