İbrahim Tatlısesin qızından duyğusal paylaşım: "Diləyim həmişə eynidir, ata"

İbrahim Tatlısesin qızından duyğusal paylaşım: "Diləyim həmişə eynidir, ata"Səhhətində yaranan problemlər səbəbilə xəstəxanaya yerləşdirilən məşhur sənətçi İbrahim Tatlıses ilə bağlı ailə üzvlərinin paylaşımları diqqət çəkməyə davam edir.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, bir neçə gün əvvəl infeksiya səbəbilə xəstəxanaya aparılan və ehtiyat tədbiri olaraq reanimasiyada müşahidə altında saxlanılan sənətçinin vəziyyətinin yaxşılaşdığı bildirilir. Bu müddətdə ailə üzvlərinin paylaşımları da izləyicilər tərəfindən maraqla qarşılanır.

Sənətçinin kiçik qızı Elif Eda Tatlıses atasının yanında çəkilmiş fotosunu paylaşaraq, "Keçən həftə də, bu gün də diləyim eynidir, ata. Birlikdə daha neçə illərimiz olsun" sözlərini yazıb. Paylaşım qısa zamanda çoxsaylı bəyənmə və dəstək mesajları toplayıb.

Sənətçinin digər övladlarının da xəstəxanaya getdiyi qeyd olunur. Qızı Dilan Çıtak Tatlıses atasının vəziyyətini öyrənən kimi xəstəxanaya yollananlar arasında olub.

Digər tərəfdən, oğlu Ahmet Tatlıses qatıldığı televiziya proqramında çətin günlər keçirdiyini bildirib. O, atasının xəstəxanaya yerləşdirildiyini mediadan öyrəndiyini, yaşadığı stress səbəbilə halının pisləşdiyini, hətta burun qanaması və beyin qanaması riski ilə üzləşdiyini deyib.

Qeyd edək ki, sənətçinin infeksiya göstəriciləri aşağı düşdükdən sonra öd kisəsi əməliyyatı olunacağı ilə bağlı iddialar da səsləndirilir. Xəstəxanadan verilən məlumata əsasən isə İbrahim Tatlısesin huşunun açıq olduğu, ürək və ağciyər funksiyalarının normal işlədiyi və ümumi vəziyyətinin yaxşı olduğu bildirilib.

Hazırda sənətçinin müalicəsi davam etdirilir və səhhəti həkimlərin nəzarəti altında saxlanılır.


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 753   Tarix: 09 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Aysun İsmayılova: "Əgər bir qadın ‘2-ci dəfə sevirəm’ deyirsə, demək birinci kişidə problem var"

Müğənni Aysun İsmayılova sosial şəbəkə paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, sənətçi qadınların münasibətləri və ikinci dəfə sevgi yaşaması ilə bağlı fikirlərini bölüşüb. Onun səsləndirdiyi fikirlər izləyicilər arasında müzakirələrə səbəb olub. "Əgər bir qadın 'ikinci dəfə sevirəm'

22 avqust
.

Ad gününü Maldivdə ailəsi ilə qeyd etdi - Fotolar

Rusiyalı repçi Timati (Timur Yunusov) 43 yaşını Maldiv adalarında qeyd edib. Axşam.az xəbər verir ki, həmin gün reperi ailəsi və övladları tək qoymayıb. Reperin yayımladığı fotolarda anası Valentina İvanova, uşaqları - bir yaşlı Emma, ​​altı yaşlı Ratmir və 12 yaşlı Alisa və digər qohumları yaxtada poz

17 avqust
.

Bütün paylaşımlarını silib 5 il öncəki bu fotosunu saxladı

Tanınmış repçi Elşad Xose sosial şəbəkədəki addımı ilə diqqət çəkib. "Qafqazinfo" xəbər verir ki, o, "Instagram" hesabındakı bütün paylaşımlarını silərək, yalnız 2021-ci ildə paylaşdığı "Bir azdan sükut pozulacaq" şərhli fotosunu saxlayıb. Qeyd edək ki, bir müddət əvvə

25 avqust
.

Rusiyada Filipp Kirkorova qadağa qoyuldu

Tanınmış müğənni Filipp Kirkorova 2028-ci ilin payızına qədər Rusiyada yeni sahibkarlıq fəaliyyətinə başlamaq qadağan edilib. xəbər verir ki, bu barədə vergi müfəttişliyinin sənədlərinə əsaslanaraq "RİA Novosti" məlumat yayıb. Məhdudiyyətin tətbiq olunmasına səbəb sənətçiyə məxsus iki şirkə

18 avqust
.

Ronaldo ilə evləndi, keçmiş sevgilisi ilə fotosu yayıldı

Cristiano Ronaldo ilə yaxın günlərdə ailə quran Georgina Rodrigesin illər əvvələ aid olduğu iddia edilən fotoları yenidən sosial şəbəkələrdə yayılmağa başlayıb. xarici mediaya istinadla xəbər verir ki, 2016-cı ilə aid olduğu görünən görüntülərdə Rodriges bir kişi ilə birlikdə əks olunub. Fotolarda görünə

18 avqust
.

Azərbaycanlı müğənni evlənib? (FOTO)

Müğənni Rövşən Civişovin evlənməsi ilə bağlı xəbər yayılıb. Sosial şəbəkələrdə müğənninin toy fotoları dərc olunub və izləyiciləri onu təbrik edib. Rövşən Civişov Qaynarinfo-ya açıqlamasında evlənməsi ilə bağlı yayılan məlumata aydınlıq gətirib. Sənətçi bildirib ki, sosial şəbəkələrdə yayılan bəy-gəli

26 avqust
.

Ebru Gündeşin 200 min dollarlıq əməliyyatdan sonra görünüşü

Türkiyəli müğənni Ebru Gündeş plastik əməliyyatdan sonra görünüşü ilə diqqət çəkməkdə davam edir. Axşam.az xəbər verir ki, ötən gün məkanlardan birində səhnə alan ifaçının görüntüləri sosial mediada yayılıb. İzləyicilər üzündəki dəyişikliyi bəyəndiklərini bildiriblər. Qeyd edək ki, Ebru 10 yaş cavanlaşma

18 avqust
.

Hollivud ulduzu: "Sevgilimi ölümündən dörd il əvvəl itirmişdim"

Amerikalı aktrisa Sandra Bullok uzun müddət həyat yoldaşı kimi birlikdə yaşadığı fotoqraf Brayan Rendallın ağır xəstəliyi və ölümündən sonra keçirdiyi sarsıntıdan danışıb. xarici KİV-ə istinadən xəbər verir ki, 62 yaşlı aktrisa "SmartLess" podkastında Rendallın üç il ərzində amiotrofik latera

20 avqust
.

Seda Sayan lüks çanta etirafı ilə gündəmə gəldi: "Saxtasını da alıram, nə var ki?"

Türkiyəli məşhur müğənni Seda Sayan lüks məhsullara münasibəti ilə bağlı açıqlaması ilə diqqət çəkib. Sənətçi xüsusilə bahalı çantaların qiymətlərini tənqid edərək orijinal məhsul əvəzinə saxta variantlardan istifadə etdiyini açıq şəkildə bildirib. xarici mediaya istinadla xəbər verir ki, Seda Saya

18 avqust