"Bu tip əmlaklar çıxarışla təmin oluna bilmir" - AÇIQLAMA

"Bu tip əmlaklar çıxarışla təmin oluna bilmir" - AÇIQLAMA"Vətəndaşlar fərdi yaşayış evləri alarkən ilk növbədə sözügedən evin sənədinə diqqət etməlidirlər. Əmlakın çıxarışının olması mütləqdir. Digər tərəfdən, hazırda paytaxt Bakı və Abşeron ərazisində təxminən 500 minə yaxın çıxarışsız fərdi yaşayış evi mövcuddur ki, yaxın gələcəkdə onların bir hissəsinə çıxarışların verilməsi gözlənilir. Lakin, digər tərəfdən qadağan olunmuş ərazilərdə inşa edilmiş fərdi yaşayış evləri də var ki, bu tip əmlaklara qanunvericiliyə uyğun olaraq çıxarışların verilməsi mümkün deyil".

Bu sözləri Sonxeber.az-a əmlak eksperti Elnur Fərzəliyev danışıb.

O, açıqlamasında qeyd edib ki, bunlara daha çox yüksək gərginlikli elektrik xətlərinin altında, neft boru kəmərlərinin ətrafında və digər kommunikasiya xətlərinə yaxın məsafədə inşa olunmuş fərdi yaşayış evləri daxildir:

"Bu tip əmlaklar çıxarışla təmin oluna bilmir. Hər hansı fərdi yaşayış evi alarkən əlavə olaraq tikintinin keyfiyyətinə də diqqət yetirilməlidir. Əgər tikilən yaşayış evinin bünövrəsi yoxdursa və ya qısa müddət ərzində inşa olunubsa, bu tip əmlaklar müəyyən vaxtdan sonra deformasiyaya uğraya bilər.

Başqa bir tərəfdən, xüsusilə Abşeron ərazisində bir zamanlar çox sayda kiçik göllər və qamışlıq ərazilər olub ki, həmin sahələrin böyük bir hissəsi qurudularaq fərdi yaşayış evləri ilə əvəzlənib. Bu tip ərazilərdə torpaqların çökməsi digər ərazilərlə müqayisədə daha qısa müddətdə müşahidə oluna bilər.

Bu baxımdan, fərdi yaşayış evləri alarkən ilk növbədə evin sənədinə, yerləşməsinə və tikintinin keyfiyyətinə diqqət yetirilməlidir. Əks halda gələcəkdə subasma, zəlzələ və ya digər təbii fəlakətlər zamanı bu tip evlər daha çox zərər görə bilər".

Vüsalə İbrahimli


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1056   Tarix: 10 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda istilik mövsumu bəzi yerlərdə 15 gün tez başlayacaq - Rəsmi

Naxçıvan şəhərində 2026-2027-ci illər üzrə istilik mövsümünə noyabrın 1-də start veriləcək. Naxçıvan Şəhər İcra Hakimiyyətindən -a bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 may 2026-cı il tarixli 128 nömrəli Qərarına əsasən, ölkənin soyuq iqlim şəraitinə malik 26 şəhər və rayonund

31 oktyabr
.

Azərbaycanda bu şəxslərə yeni mənzillər veriləcək

Sosial Xidmətlər Agentliyi əlilliyi müəyyən olunmuş şəxslər və şəhid ailələri üçün Saatlı rayonunda 18 ədəd üçotaqlı və 27 ədəd ikiotaqlı mənzilin satın alınması üzrə tender elan edib. Tenderdə iştirak haqqı 1 00 manat təşkil edir. Tenderin ehtimal olunan qiyməti 3,386 milyon manat təşkil edir. Tenderd

31 oktyabr
.

Bəzi hərbçilər cərimələnəcəklər

Azərbaycanda bir sıra hərbçilər cərimə və ya həbs edilə bilərlər. -ın məlumatına görə, sözügedən məsələ Milli Məclisin noyabrın 3-də keçiriləcək iclasının gündəliyinə daxil edilən İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb. Layihəyə əsasən, zabit, gizir, miçman, müddətdə

31 oktyabr
.

Sükan arxasında telefondan istifadə edənlər radara düşəcəklər

Telefondan istifadə və avtomobildə qanunsuz reklama görə cərimənin tətbiqi yeni qaydada aparılacaq. xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişiklik layihəsində əksini tapıb. Layihəyə əsasən, telefondan istifad

1 noyabr
.

Quru sərhədlərlə bağlı VACİB AÇIQLAMA - Yanvar-sentyabr aylarında…

Azərbaycanda turizm sektorunun göstəriciləri geriləməkdə davam edir. "Yeni Sabah" xəbər verir ki, iqtisadçı Natiq Cəfərli bu barədə "Facebook" səhifəsində paylaşım edib. Onun sözlərinə görə, hökumət turizmi yenidən prioritet sahə elan edərək yeni fəaliyyət proqramı qəbul etsə də

1 noyabr
.

Azərbaycan dəri istehsalını 24 %-ə yaxın artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 52 min kvadratmetr emal edilmiş dəri istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,8 % çoxdur. Bu il oktyabrın 1-nə, Azərbaycanda 137,9 min kvadratmetr hazır məhsul ehtiyat

1 noyabr
.

Biznesin gündəmi artıq bir ünvanda - 1business.media fəaliyyətə başladı

Azərbaycanda biznes, iqtisadiyyat və maliyyə xəbərlərini oxuculara çatdıracaq 1business.media saytı fəaliyyətə başlayıb. "Bakupost"a verilən məlumata görə yeni platformanın məqsədi ölkənin biznes mühitini daha anlaşıqlı və əlçatan təqdim etmək, iqtisadi hadisələrin sahibkarlar və vətəndaşla

31 oktyabr
.

Məhkumlar nə vaxt həbsdən azad edilə bilər?

Azərbaycanda məhkumlar törətdikləri cinayətin ağırlıq dərəcəsindən asılı olaraq təyin edilmiş cəzanın müəyyən hissəsini çəkdikdən sonra məhkəmənin qərarı ilə cəzalarının qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilə bilərlər. Trend-in sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən bildirili

1 noyabr
.

Məryəm Üzərli Azərbaycana gələcək

"Möhtəşəm yüz il" serialında Hürrəm Sultan obrazı ilə tanınan türkiyəli aktrisa Məryəm Üzərli Azərbaycana gələcək. Axşam.az xəbər verir ki, aktrisanın Bakıya gəlişinə səbəb romantik dram janrında çəkilən "İmroz'da Bahar" filmidir. Ekran işinin qala gecəsi Azərbaycanda da keçiriləcək

31 oktyabr