Eldar Mahmudovun oğlu üç ailənin evini dağıdır

Eldar Mahmudovun oğlu üç ailənin evini dağıdırBakıda üç ailə keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudovun iddia tələbi səbəbindən evsiz qalmaq təhlükəsi ilə üzləşib.

"Qafqazinfo" xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində Məmməd Məmmədovun sədrlik etdiyi hakimlər kollegiyası Səbail rayonu, Nizami küçəsi, 706-cı məhəllədə yerləşən "Dolçasaray" şirkəti tərəfindən tikilmiş elit binanın sakinlərinə 5 il əvvəl aldıqları mənzilləri dərhal boşaltmağı tələb edib.

Eldar Mahmudovun iddiasına görə, o, 15 il əvvəl həmin binanın 14-cü mərtəbəsində sahəsi 202 və 453 kvadratmetr olan iki mənzil alıb. Hazırkı sahiblər - Şövkət Əliyeva, Vüqar Mirqasımov və Mətanət Dadaşzadə isə bildirirlər ki, onlar bu mənzilləri 2021-ci ildə "Dolçasaray" şirkətindən təmirsiz vəziyyətdə (mayak halında) alıb, təmir edərək yaşayış üçün yararlı hala gətiriblər. Artıq uzun müddətdir həmin mənzillərdə yaşayır və orada qeydiyyatdadırlar. Şövkət Əliyevanın mülkiyyət hüququnu təsdiqləyən rəsmi çıxarış da mövcuddur.

Hər üç ailənin alqı-satqı müqavilələri qanunvericiliyin bütün tələblərinə uyğun rəsmiləşdirilib. Lakin ötən ilin yaz aylarında onlara mənzillərin boşaldılması ilə bağlı məhkəmə bildirişi daxil olub. Sonradan məlum olub ki, onların pul ödədiyi mənzillərlə bağlı Anar Mahmudov tərəfindən "Dolçasaray" şirkətinə qarşı 2021-ci ildən bəri məhkəmə prosesi davam edirmiş. Qanuni sahiblər bu prosesə cəlb olunmayıb və bu barədə məlumatlandırılmayıblar.

Fotoda: Anar Mahmudov

Eldar Mahmudovun oğlu üç ailənin evini dağıdırBirdən-birə evsiz qalma təhlükəsi ilə üzləşən Əliyeva, Mirqasımov və Dadaşzadə Ali Məhkəmənin Plenumuna müraciət edərək əvvəlki qərarın ləğvini və işə onların iştirakı ilə yenidən baxılmasını xahiş ediblər. Lakin müraciət rədd edilib.

Anar Mahmudov iddia edir ki, 2007-ci ilin yanvarında onun əmisi Fərhad Məlikov ilə "Dolçasaray" şirkəti arasında həmin binanın 14-cü mərtəbəsində üç mənzilin alqı-satqı müqaviləsi bağlanıb. Daha sonra Məlikov bu mənzillərin qardaşı oğlunun adına rəsmiləşdirilməsini xahiş edib.

Hazırkı sahiblər isə qeyd edirlər ki, həmin müqavilədə göstərilən mənzillər faktiki sahələrə uyğun gəlmir, ödənişi təsdiqləyən sənədlər və Anar Mahmudovun imzası mövcud deyil. Üstəlik, onlar mənzilləri almamışdan əvvəl məhkəmə şirkətlə Mahmudov arasında bağlanmış müqaviləni etibarsız hesab edib.

Məlumat üçün deyək ki, redaksiyamıza sakinlər tərəfindən yaşadıqları evlərin onlara məxsus olduğunu təsdiqləyən çoxsaylı sənədlər və əvvəlki məhkəmə qərarları təqdim edilib.

Qeyd edək ki, tikinti şirkəti hələ iddiadan xeyli əvvəl Yasamal Rayon Məhkəməsinə müraciət edərək müqavilənin ləğvini tələb edib və real alqı-satqının baş vermədiyini, mənzillərin dəyərinin ödənilmədiyini bildirib. 2020-ci ilin iyul ayında məhkəmə "Dolçasaray"ın iddiasını təmin edib. Qərar qüvvəyə mindikdən sonra mənzillər adi vətəndaşlara satılıb.

Eldar Mahmudovun oğlu üç ailənin evini dağıdırBuna baxmayaraq, 2021-ci ildə Mahmudovların nümayəndəsi Səbail Rayon Məhkəməsinə müraciət edərək mənzillərin geri qaytarılmasını tələb edib. Həm birinci instansiya, həm də Apellyasiya Məhkəməsi ödənişi təsdiqləyən heç bir sənəd (qrafik, çek, bank çıxarışı və s.) olmadığını əsas gətirərək şikayəti rədd edib.

2023-cü ildə Ali Məhkəmə Anar Mahmudovun iddiasını təmin edərək işi icraya yönəldib. Amma icra prosesində məlum olub ki, 14-cü mərtəbədə iddiada göstərilən ölçüdə mənzillər, ümumiyyətlə, mövcud deyil.

2024-cü ilin oktyabrında keçirilən yerində baxışdan sonra da məhkəmə sakinlərin xeyrinə qərar çıxarıb. Bakı Apellyasiya Məhkəməsi də bu qərarı qüvvədə saxlayıb.

Anar Mahmudov bundan sonra da mənzil sevdasından əl çəkməyib. Onun nümayəndəsi-eyni zamanda ailə vəkilləri Cavid Rzazadə növbəti dəfə iddia qaldıraraq 14-cü mərtəbədə yerləşən üç mənzilin sakinlərinin çıxarılmasını tələb edib. Əvvəlki faktlar qüvvədə olduğu halda bu dəfə Bakı Apellyasiya Məhkəməsi (hakimlər-Məmməd Məmmədov, Günel Abbasova, Fuad Talşınski-red) iddianı təmin edib.

Sakinlərin sözlərinə görə, 2025-ci ilin aprelində onlara kompensasiya tələbi tövsiyə edildiyi halda, cəmi səkkiz ay sonra sakinlərin evdən çıxarılmasına qərar verilib.

Eldar Mahmudovun oğlu üç ailənin evini dağıdırMənzilləri inşa edən və sakinlərlə birgə cavabdeh qismində tanınmış "Dolçasaray" şirkətinin keçmiş rəhbərliyi də iddiaçı Mahmudovun mənzil tələb etmək hüququnun olmadığını deyir: "2006-cı ildə özlərini Eldar Mahmudovun adamları kimi təqdim edən şəxslər şirkət ofisinə gələrək çoxlu imzalanmış müqavilə blanklarını götürüblər və sonradan saxta məlumatlarla doldurulmuş sənədlər təqdim ediblər. Həmin sənədlərdə göstərilən sahələr layihəyə uyğun olmayıb və heç bir ödəniş həyata keçirilməyib".

Şirkət qeyd edir ki, Mahmudov tərəfi ödəniş etmədiyi üçün müqavilələr ləğv edilib və bu fakt məhkəmələrdə də sübuta yetirilib.

Əlavə olaraq, Anar Mahmudovun sübut kimi təqdim etdiyi müqavilələrdə və maliyyə arayışında mənzilin alınma qiyməti ilə bağlı heç bir məbləğ göstərilməyib. Bu da faktiki olaraq əmlakların əvəzsiz əldə edildiyini açıq-aşkar göstərir.

Bütün əsaslara baxmayaraq, mənzilllərin qanuni sahibləri-Şövkət Əliyeva, Vüqar Mirqasımov və Mətanət Dadaşzadə hazırda evlərini itirmək qorxusu ilə yaşayırlar.

Gələcək aqibətlərinə gəlincə, vətəndaşlar son ümid kimi Ali Məhkəməyə kassasiya şikayəti hazırlayırlar. Həmçinin axırıncı qərardan müxtəlif dövlət qurumlarına şikayət ediblər.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1496   Tarix: 10 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Kəlbəcərdə mina partladı: Yaralı var

Kəlbəcər rayonunun Zəylik kəndi ərazisində sursat partlayışı hadisəsi baş verib. xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətlərinin birgə məlumatında qeyd olunub. Bildirilib ki, 1987-ci il təvəllüdl

21 iyul
.

Almaniya və Azərbaycan - mühüm siyasi-iqtisadi tərəfdaşlıq

"Dövlətimizin və xalqımızın mənafeyinə söykənən ölkəmizin xarici siyasi strategiyası tam müstəqil, balanslaşdırılmış, bərabərhüquqlu xarakter daşımaqla beynəlxalq münasibətlər sistemində mövqelərimizi daha da möhkəmləndirir, nüfuzunu durmadan yüksəldir. Azərbaycan hər zaman hansısa xarici dövlətin

22 iyul
.

Bloger "Azza"dan şikayət etdi: "Bunu insanlara satırlar"

Qida blogeri Gülnar Hüseynova "Azza" mağazasında satılan məhsulla bağlı xoşagəlməz halla qarşılaşıb. Axşam.az xəbər verir ki, o, sosial şəbəkədə mağazadan alınan yoqurtun qıcqırdığını və bu səbəbdən mağaza əməkdaşları ilə arasında mübahisə yaşandığını bildirib:. "Azza" köhnə məhsulla

21 iyul
.

Marketdən alıb "kənd noxudu" deyə baha qiymətə satdılar - VİDEO

Türkiyənin Konya şəhərində çəkildiyi iddia olunan və sosial şəbəkələrdə yayılan video geniş müzakirələrə səbəb olub. xarici mediaya istinadla xəbər verir ki, görüntülərdə marketlərdən alınan qablaşdırılmış, ucuz noxudların kisələrə boşaldılaraq "orqanik kənd noxudu" adı ilə satışa hazırlandığ

21 iyul
.

Pensiya alanların DİQQƏTİNƏ!

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən iyulun 22-də respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub. xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb. Bildirilib ki, həmin gün güzəştli şərtlərl

21 iyul
.

Şöhrət Tağıyevi və şirkəti cərimələndi - Səbəb nədir?

"Qaya Neqliyyat" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) direktoru Şöhrət Tağıyev cərimələnib. Qaynarinfo-nun məlumatına görə, "Qaya Neqliyyat" MMC və onun direktoru barəsində İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi (Dövlət Əmək Müfəttişliyi tərəfindən verilən qanuni əmrləri

21 iyul
.

Azərbaycanda iş vaxtını sərbəst seçmək mümkün olacaq

Azərbaycan Respublikasının "Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026-2030-cu illər üçün Tədbirlər Planı"nda ölkəmizdə beynəlxalq təcrübə əsasında çevik iş vaxtı rejimi modelinin formalaşdırılması nəzərdə tutulur. xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq, Əmə

21 iyul
.

Çimərliklərdə gözlənilən hava şəraiti açıqlandı

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, iyulun 22-də şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran

21 iyul
.

"Bu gün Azərbaycan mediasının qarşısında duran əsas məsələlərdən biri sürət və dəqiqlik arasında balansı qorumaqdır" - DEPUTAT

"22 İyul - Milli Mətbuat Günü medianın cəmiyyətdəki rolunu, məsuliyyətini və qarşısında duran çağırışları bir daha dəyərləndirmək üçün mühüm bir gündür. Çünki informasiyanın sürətlə yayıldığı indiki dövrdə insanların ən çox ehtiyac hiss etdiyi məsələ doğru və etibarlı məlumatdır", - bunlar

22 iyul