Ölkədən çıxışa qadağa: hüquqi əsaslar və tətbiq qaydası
Qloballaşan dünyada sərbəst hərəkət etmək hüququ mühüm əhəmiyyət kəsb etsə də, bəzi hallarda vətəndaşların ölkədən çıxışına hüquqi məhdudiyyətlər tətbiq olunur. Bu məhdudiyyətlər əsasən şəxsin üzərinə düşən öhdəliklərin icrasını təmin etmək və ictimai maraqları qorumaq məqsədi daşıyır. Bəs, ölkədən çıxışa qoyulan qadağalar hansı prosedurla tətbiq edilir?
Mövzu ilə bağlı Sonxeber.az-a vəkil Turan Abdullazadə danışıb.
O, açıqlamasında qeyd edib ki, miqrasiya Məcəlləsinin 9-cu maddəsinin mahiyyəti ondan ibarətdir ki, vətəndaşın ölkədən çıxmaq hüququ ümumi qayda olaraq sərbəstdir, lakin qanunda göstərilən konkret hallarda bu hüquq müvəqqəti olaraq məhdudlaşdırıla bilər. Bu məhdudiyyətlər daimi deyil və yalnız müəyyən səbəblər mövcud olduğu müddətdə tətbiq olunur:
"Sadə və anlaşılan şəkildə desək, vətəndaş aşağıdakı hallarda ölkədən çıxa bilməz:
- Əgər şəxs cinayət işi üzrə saxlanılıbsa və ya barəsində qətimkan tədbiri (məsələn, həbs, ev dustaqlığı və s.) seçilibsə - bu tədbir qüvvədə olduğu müddətdə;
- Əgər məhkəmə hökmü ilə məhkum olunubsa - cəzasını çəkib qurtaranadək və ya qanuni qaydada cəzadan azad edilənədək;
- Əgər şəxsə məhkəmə qərarı ilə məcburi tibbi tədbirlər tətbiq olunubsa - həmin tədbirlər ləğv edilənədək;
- Əgər şəxs şərti məhkum edilibsə və ya vaxtından əvvəl şərti azad olunubsa - sınaq müddəti və ya cəzanın qalan hissəsi başa çatanadək;
- Əgər cəzanın çəkilməsi (məsələn, hamiləlik və ya azyaşlı uşağa görə) təxirə salınıbsa - məhkəmə bu barədə yekun qərar verənədək və ya cəza tam çəkilənədək;
- Əgər şəxs hərbi xidmətə çağırılıbsa - xidmət keçənədək və ya qanuni şəkildə ondan azad olunana qədər;
- Əgər şəxs hərbi xidmətə çağırışdan yayınırsa - bu məsələ ilə bağlı qərar qəbul edilənədək;
- Əgər məhkəmə qərarını (məsələn, borcun ödənilməsi ilə bağlı icra sənədini) üzrsüz səbəbdən icra etmirsə və bu barədə məhkəmənin qərarı varsa - borc ödənilənədək və məhdudiyyət götürülənədək;
- Əgər vergi və digər məcburi ödənişlər (sosial sığorta, tibbi sığorta və s.) üzrə borclarını ödəməyibsə və bununla bağlı məhkəmə qərarı qüvvəyə minibdirsə - borc tam ödənilənədək;
- Əgər bəzi ölkələrə səfər üçün tələb olunan peyvəndlər edilməyibsə - həmin peyvəndlər vurulanadək.
Hüquqi baxımdan vacib məqam ondan ibarətdir ki, bu məhdudiyyətlər yalnız qanunda nəzərdə tutulmuş əsaslar olduqda və əksər hallarda məhkəmə qərarı ilə tətbiq edilir. Səbəblər aradan qalxdıqdan sonra isə vətəndaşın ölkədən çıxış hüququ bərpa olunur".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Nazir məktəblərlə bağlı ƏMR İMZALADI: Dəyişiklik EDİLDİ
Noyabrın 1-dən bu avtobuslar DƏYİŞİR - Gedişhaqqı...
2027-ci il nə ilidir? - Şərq təqvimi AÇIQLANDI
Noyabrda 11 gün İŞ OLMAYACAQ - TARİXLƏR
Maaşlar nə qədər və nə vaxt artacaq? - YENİ TARİX
Pensiyaçılar, uşaqlar və işləyənlər üçün YENİ MƏBLƏĞLƏR AÇIQLANDI
Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
Noyabrda hava kəskin DƏYİŞƏCƏK - XƏBƏRDARLIQ EDİLDİ
Qaz plitəsi, kombi və su qızdırıcıları istifadə edənlərin nəzərinə: 6 gün sonra yeni qaydalar qüvvəyə minir
Qışda bu 5 əşyanı maşına qoymadan yola çıxmayın
Azərbaycan XİN-dən Feridun Sinirlioğlu BMT Baş katibi vəzifəsinə namizədliyinə reaksiya
Dondurucudakı qiyməni 15 dəqiqəyə əritməyin yolu
Hər ay əlavə pensiya alacaq şəxslərin SİYAHISI AÇIQLANDI
31 yaşlı diş həkimi vəfat etdi - FOTO
Gözəllik müsabiqəsinin qalibləri bəlli oldu