Süni intellektin yaratdığı təhlükələr nələrdir? - AÇIQLAMA
Süni intellekt texnologiyalarının sürətli inkişafı həyatın demək olar ki, bütün sahələrinə təsir göstərir. Gündəlik iş prosesindən təhlükəsizlik sistemlərinə qədər geniş istifadə olunan bu yeniliklər bir tərəfdən rahatlıq yaratsa da, digər tərəfdən yeni risklər də meydana çıxarır.
Xüsusilə son dövrlərdə kiberdələduzların süni intellektdən istifadə etməsi vətəndaşlar üçün ciddi təhlükəyə çevrilib. Saxta zənglər, səs və görüntü manipulyasiyaları, şəxsi məlumatların ələ keçirilməsi kimi hallar artıq dünyanın müxtəlif ölkələrində müşahidə olunur.
Bəs süni intellektin yaratdığı təhlükələr nələrdir və vətəndaşlar bu cür hallardan necə qorunmalıdır?
Mövzu ilə bağlı İT eksperti Elvin Abbasov Sonxeber.az-a açıqlamasında bildirib ki, bəzi kibercinayətkarlar süni intellekt vasitəsilə insanları aldadaraq onların şəxsi məlumatlarını ələ keçirir və maddi zərər vururlar.
Ekspertin sözlərinə görə, yaxın keçmişdə xarici ölkələrdə yaşlı insanlara ailə üzvlərinin adından saxta videolar göndərilirdi. Həmin görüntülərdə guya yaxınlarının qaçırıldığı və ya məktəb, universitet ödənişi üçün təcili pul lazım olduğu bildirilirdi. Nəticədə bir çox insan bu üsulla aldadılmışdı.
Onun sözlərinə görə, artıq oxşar halların Azərbaycanda da müşahidə olunması ehtimalı artır. Belə ki, dələduzlar süni intellekt vasitəsilə insanlara zəng edərək özlərini bank əməkdaşı və ya dövlət qurumu nümayəndəsi kimi təqdim edir, müxtəlif bəhanələrlə şəxsi məlumatlar tələb edirlər. Bu məlumatlara bank kartı rekvizitləri, şəxsiyyət vəsiqəsinin FİN kodu, seriya nömrəsi və digər həssas informasiyalar daxildir. Daha sonra isə həmin məlumatlardan istifadə edilərək vətəndaşların hesabları talanır.
Elvin Abbasov vətəndaşlara xəbərdarlıq edərək vurğulayıb ki, heç bir bank və ya dövlət qurumu telefon vasitəsilə şəxsi məlumat tələb etmir. Bu cür zənglər daxil olduqda vətəndaşlar dərhal danışığı sonlandırmalı, daha sonra həmin qurumun rəsmi əlaqə nömrəsinə özləri zəng edərək məlumatı dəqiqləşdirməlidirlər.
Ekspert əlavə edib ki, bankların və dövlət qurumlarının vətəndaşların şəxsiyyətini təsdiqləmək üçün kifayət qədər məlumat bazası mövcuddur. Buna görə də heç bir halda naməlum şəxslərə fərdi məlumatlar təqdim edilməməli, şübhəli zəng və mesajlara qarşı son dərəcə diqqətli davranılmalıdır.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 740 Tarix: 30 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycan xalça və xalça məmulatlarının istehsalını 61 dəfə artırıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 152,7 min kvadratmetr xalça və xalça məmulatları istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 61,1 dəfə çoxdur. Bu il oktyabrın 1-nə ölkədə 5,3 min kvadratmetr hazır məhsu
1 noyabrMəhkumlar nə vaxt həbsdən azad edilə bilər?
Azərbaycanda məhkumlar törətdikləri cinayətin ağırlıq dərəcəsindən asılı olaraq təyin edilmiş cəzanın müəyyən hissəsini çəkdikdən sonra məhkəmənin qərarı ilə cəzalarının qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilə bilərlər. Trend-in sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən bildirili
1 noyabrAzərbaycanda pambıq mahlıcı istehsalı 13 % artıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 54 min 323 ton pambıq mahlıcı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13 % çoxdur. Bu il oktyabrın 1-nə ölkədə 7 min 519 ton hazır məhsul ehtiyatı olub. Xatırlada
31 oktyabrBayramda bölgələrə getmək istəyənlərə PİS XƏBƏR - 4 günlük tətil planı
Noyabr ayında Azərbaycanda bayram günləri ilə əlaqədar ardıcıl dörd gün qeyri-iş günü olacaq. 7 və 8 noyabr həftəsonuna, 9 noyabr Dövlət Bayrağı Gününə təsadüf edir, 10 noyabr isə bayram günlərinin həftəsonuna düşməsi ilə əlaqədar istirahət günü olacaq. Bu fürsət paytaxt Bakıda yaşayanların bir qismini
1 noyabrAzərbaycanda aliment artırılacaq
2027-ci il yanvarın 1-dən etibarən Azərbaycanda alimentin minimum məbləğinin 260 manatdan 274 manata qaldırılması nəzərdə tutulur. xəbər verir ki, bu, "Azərbaycan Respublikasında 2027-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsində əksini tapıb. Layihəyə əsasən, uşaqlar üçün yaşayı
1 noyabrAzərbaycanda istilik mövsumu bəzi yerlərdə 15 gün tez başlayacaq - Rəsmi
Naxçıvan şəhərində 2026-2027-ci illər üzrə istilik mövsümünə noyabrın 1-də start veriləcək. Naxçıvan Şəhər İcra Hakimiyyətindən -a bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 may 2026-cı il tarixli 128 nömrəli Qərarına əsasən, ölkənin soyuq iqlim şəraitinə malik 26 şəhər və rayonund
31 oktyabrHövsana qatarla da gedə biləcəyik: ADY-dən açıqlama
"Yeni dəmiryol xətləri arasında ilk növbədə Yeni Suraxanı-Hövsan marşrutunun istifadəyə verilməsi nəzərdə tutulur". xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev bildirib. Onun sözlərin
1 noyabr