İşsizlik insan psixologiyasına necə təsir edir? - AÇIQLAMA

İşsizlik insan psixologiyasına necə təsir edir? - AÇIQLAMAİşsizlik təkcə iqtisadi problem deyil, eyni zamanda insanın psixoloji durumuna və özünü dərk etmə tərzinə birbaşa təsir edən ciddi sosial-psixoloji vəziyyətdir.

İnsan gündəlik həyatında rolunu, məqsədini və sosial dəyərini çox zaman işi vasitəsilə formalaşdırır.

Bəs görəsən işsizlik insan psixologiyasına necə təsir edir?

Psixoloq Gülsər Qədirli bu barədə Sonxeber.az -a danşıb:

"İşsizlik bir neçə istiqamətdə psixoloji problemlərə yol aça bilər. İlk növbədə insanlarda özünəinamın azalması müşahidə olunur. "Mən faydalı deyiləm", "cəmiyyətə lazım deyiləm" kimi düşüncələr tədricən formalaşaraq depressiv əhval-ruhiyyəyə səbəb ola bilər.

Eyni zamanda uzunmüddətli işsizlik stress və təşviş səviyyəsini artırır. Gələcək barədə qeyri-müəyyənlik insanı daimi gərginlikdə saxlayır. Bu vəziyyət yuxu pozuntuları, əsəbilik, diqqət dağınıqlığı və emosional sabitsizlik kimi əlamətlərlə özünü göstərə bilər.

Sosial baxımdan isə işsizlik insanın özünü cəmiyyətdən uzaqlaşdırmasına gətirib çıxara bilər. İnsan sosial çevrədən geri çəkilir, ünsiyyət azalır və tənhalıq hissi güclənir. Bu isə problemi daha da dərinləşdirən bir dövr yaradır.

Bəzi hallarda işsizlik ailə münasibətlərinə də mənfi təsir edir. Maddi çətinliklərlə yanaşı, emosional gərginlik də artdığı üçün ailə daxilində mübahisələr və anlaşılmazlıqlar çoxala bilər.

İşsizlik yalnız maddi gəlirin olmaması deyil, insanın psixoloji sabitliyini, sosial rolunu və özünə münasibətini sarsıdan kompleks bir vəziyyətdir. Bu səbəbdən belə hallarda psixoloji dəstək, sosial adaptasiya və motivasiyanın bərpası çox önəmlidir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 721   Tarix: 01 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Şəkidə faciəli şəkildə ölən Ucal öncəki gün evliliyinin birinci ildönümünü qeyd edibmiş

Ötən gün Şəkidə yerləşən "Şəki Yaylası" istirahət mərkəzində kanat yolunda trosun qırılması nəticəsində iki nəfər həyatını itirib. "Bakupost"a istinadla xəbər verir ki, ölən şəxslərdən biri - Ucal Asif oğlu Bayramov - faciədən cəmi bir gün əvvəl evliliyinin birinci ildönümünü qey

9 sentyabr
.

"Şəki yaylası"nda faciə - 2 nəfər öldü

Şəkiyə istirahətə gedən iki nəfər faciəvi şəkildə ölüb. "Qafqazinfo"nun məlumatına görə, hadisə bu gün Şəki rayonundakı istirahət mərkəzlərinin birində baş verib. Belə ki, Qax rayon sakini 30 yaşlı Məmmədov Coşqun Ceyhun oğlu və 27 yaşlı Bayramov Ucal Asif oğlu hündürlükdən yıxılaraq həla

8 sentyabr
.

Yollar təmirə bağlanır, tıxac artır: Sürücülər nə etməlidir?

Yolların təmirə bağlanması nəqliyyat axınının alternativ küçələrə yönəlməsinə və həmin ərazilərdə sıxlığın artmasına səbəb ola bilər. Belə məhdudiyyətlər zamanı avtobus marşrutlarının da hərəkət sxemləri dəyişdirilir və bəzi istiqamətlərdə intervallar arta bilər. Bəs, təmir müddətində yaranan tıxacları

8 sentyabr
.

Bu məktəblərdə təhsil haqqı YÜKSƏKDİR: Səbəb nədir? - AÇIQLAMA

Özəl məktəblərdə təhsil haqlarının yüksək olması əsasən müəllim heyəti, məktəbin maddi-texniki imkanları, beynəlxalq və əlavə tədris proqramları, nəqliyyat, qidalanma və digər xidmətlərlə əlaqələndirilir. Azərbaycanda özəl məktəblərin illik təhsil haqları məktəbdən məktəbə ciddi şəkildə dəyişir və bəz

9 sentyabr
.

Bu şəxslərin kredit müraciətlərinə İMTİNA EDİLƏCƏK - AÇIQLAMA

Kredit götürərkən banklar müştərinin kredit tarixçəsini və əvvəlki öhdəliklərini nəzərə alaraq onun borcu qaytarma qabiliyyətini qiymətləndirirlər. Gecikmiş ödənişlər və problemli kreditlər yeni kreditin təsdiqlənməsinə, məbləğinə, faizinə və digər şərtlərinə təsir göstərə bilər. Bəs, kredit tarixçəs

8 sentyabr
.

Ölkəmiz təbiət elmləri üzrə beynəlxalq qiymətləndirmədə neçə bal toplayıb?

Azərbaycan PISA 2025-də təbiət elmləri üzrə 409 bal toplayaraq 92 ölkə və region arasında 69-cu yerdə qərarlaşıb. Bakı üzrə göstərici isə 440 bal təşkil edib və paytaxt əvvəlki qiymətləndirmə dövrü ilə müqayisədə 60 bal irəliləyib. xəbər verir ki, bu nəticələr PISA 2025 - Şagird Qiymətləndirilməsi üzr

8 sentyabr
.

AZAL Bakıdan Ciddəyə müntəzəm uçuşları bərpa edir

Sentyabrın 15-dən "Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakıdan Səudiyyə Ərəbistanının Ciddə şəhərinə müntəzəm uçuşları bərpa edəcək. Bu barədə Qaynarinfo-ya səhmdar cəmiyyətindən məlumat verilib. Bildirilib ki, Bakı-Ciddə-Bakı marşrutu üzrə reyslər həftədə dörd dəfə - çərşənbə axşamı, çərşənbə

8 sentyabr
.

Qəbul və buraxılış imtahanlarında nə dəyişir? - DİM sədri açıqladı

"2027-ci il üzrə imtahan proqramlarının məzmununda ciddi dəyişiklik nəzərdə tutulmur"​. Qaynarinfo xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə ​2027-ci ildə keçiriləcək buraxılış və qəbul imtahanlarındakı dəyişikliklərlə bağlı açıqlamasında bildirib

8 sentyabr
.

Şəkidə iki nəfərin öldüyü mərkəz bu məşhur iş adamına məxsusdur

Xəbər verdiyimiz kimi, Şəkinin Baş Kəldək kəndi ərazisində istirahət mərkəzində iki nəfərin ölümü ilə nəticələnən faciə baş verib. Qaynarinfo -a istinadən xəbər verir ki, sözügedən istirahət mərkəzi Masazır qəsəbəsindəki məşhur "Qurtuluş-93"yaşayış kompleksinin və Novxanıdakı "My Beach"

9 sentyabr