Prezidentlə ailəsi İslam Səfərli küçəsinin açılışında

Prezidentlə ailəsi İslam Səfərli küçəsinin açılışındaAzərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri bu gün Bakı şəhərinin Səbail və Yasamal rayonlarını əhatə edən İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak ediblər.

"Qafqazinfo" xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov dövlət başçısına və birinci xanıma görülmüş işlər barədə məlumat verib.

Bildirilib ki, Azərbaycan prospektindən başlayaraq Nigar Rəfibəyli küçəsinin bir hissəsi də daxil olmaqla, İslam Səfərli küçəsi boyunca Mirzəağa Əliyev küçəsinədək olan ərazi tam şəkildə abadlaşdırılıb. Bu ərazidən Mərkəzi Parka piyadaların rahat hərəkəti üçün keçid təmin olunub.

İslam Səfərli küçəsi ilə kəsişən 8 küçədə, eyni zamanda, Təbriz Xəlilbəyli və Mirzə İbrahimov küçələrinə qədər olan hissədə abadlıq işləri yerinə yetirilib. Abadlaşdırılan küçələrin ümumi uzunluğu 1350 metrdir. Bu küçələrdə su və çirkab sularının axıdılması xətləri tamamilə yenilənib, qaz xətləri yeraltı sistemlə əvəzlənib. Bundan başqa, küçələrdə yerləşən müxtəlif təyinatlı binalarda yenidənqurma və bərpa işləri görülüb, sakinlərin və şəhərimizin qonaqlarının istirahəti üçün lazımi şərait yaradılıb, oturacaqlar qoyulub, geniş yaşıllaşdırma işləri həyata keçirilib.

Layihənin icrası piyadalar üçün Fəvvarələr meydanından birbaşa Qış parkına çıxış imkanı yaradır. Burada XIX əsrin sonu-XX əsrin əvvəllərində inşa edilmiş yerli əhəmiyyətli memarlıq abidələri də mövcuddur. Bu isə ərazinin istər yerli sakinlər, istərsə də qonaqlar üçün cəlbediciliyini daha da artırır.

Avtomobil yollarının piyada yolları ilə əvəzlənməsi ərazidəki mağaza, kafe və restoranların fəaliyyətinə müsbət təsir edəcək, kiçik bizneslər üçün yeni imkanlar yaradacaq.

Qeyd edək ki, bu gün paytaxtımız dünyanın ən gözəl şəhərlərindən birinə çevrilib. Bakının sosial infrastrukturunun müasirləşdirilməsi, sakinlərin və şəhərə gələn qonaqların rahatlığının təmin edilməsi istiqamətində indiyədək ardıcıl tədbirlər görülüb və bu layihələr hazırda da davam etdirilir. Təsadüfi deyil ki, paytaxtımıza gələn qonaqlar şəhərin gözəlliyinə, təmizliyinə valeh olduqlarını həmişə vurğulayırlar. Bakıda müasir şəhərsalma tendensiyalarına uyğun atılan addımların tərkib hissəsi olan mikromobillik həllərinin uğurla icrası, avtomobil yollarının piyada yolları ilə əvəzlənməsi həm sakinlərin, həm də turistlərin rahatlığına xidmət edir. İnsanların sıx olduğu yerlərdə belə layihələrin icrası, eyni zamanda, son dövrlərdə həyata keçirilən şəhərsalmayönümlü planlaşdırmaya da töhfə verir. Beləliklə, paytaxtın davamlı inkişaf strategiyasının mühüm elementi olan bu addımlar Bakının həm müasir, həm də piyadalar üçün rahat şəhər kimi inkişafında xüsusi rol oynayır.

Prezidentlə ailəsi İslam Səfərli küçəsinin açılışındaPrezidentlə ailəsi İslam Səfərli küçəsinin açılışındaPrezidentlə ailəsi İslam Səfərli küçəsinin açılışındaPrezidentlə ailəsi İslam Səfərli küçəsinin açılışındaPrezidentlə ailəsi İslam Səfərli küçəsinin açılışındaPrezidentlə ailəsi İslam Səfərli küçəsinin açılışındaPrezidentlə ailəsi İslam Səfərli küçəsinin açılışındaPrezidentlə ailəsi İslam Səfərli küçəsinin açılışındaPrezidentlə ailəsi İslam Səfərli küçəsinin açılışındaPrezidentlə ailəsi İslam Səfərli küçəsinin açılışındaPrezidentlə ailəsi İslam Səfərli küçəsinin açılışındaPrezidentlə ailəsi İslam Səfərli küçəsinin açılışındaPrezidentlə ailəsi İslam Səfərli küçəsinin açılışındaPrezidentlə ailəsi İslam Səfərli küçəsinin açılışındaPrezidentlə ailəsi İslam Səfərli küçəsinin açılışında


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1610   Tarix: 01 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Yanacaqla işləyən avtomobillər hansı tarixdə istismardan çıxarılacaq? - Video

Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası"nda 2035-ci ilədək daxiliyanma mühərrikli minik avtomobillərinin mərhələli şəkildə istismardan çıxarılması, sərnişin avtomobil parkında elektromobillərin payının artırılması

31 oktyabr
.

Azərbaycan xalça və xalça məmulatlarının istehsalını 61 dəfə artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 152,7 min kvadratmetr xalça və xalça məmulatları istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 61,1 dəfə çoxdur. Bu il oktyabrın 1-nə ölkədə 5,3 min kvadratmetr hazır məhsu

1 noyabr
.

ŞAD XƏBƏR! Gələn il maaşlar, pensiyalar və sosial yardımlar ARTACAQ - AÇIQLAMA

"Gələn il Azərbaycanda yaşayış minimumunun və ehtiyac meyarının məbləğinin artırılması aztəminatlı ailələrin sosial müdafiəsinin daha da gücləndirilməsinə imkan verəcək. Ehtiyac meyarına uyğun olaraq ünvanlı dövlət sosial yardımı təyin edilir. Bu meyarın və minimum əməkhaqqının artırılması ünvanl

1 noyabr
.

Məhkumlar nə vaxt həbsdən azad edilə bilər?

Azərbaycanda məhkumlar törətdikləri cinayətin ağırlıq dərəcəsindən asılı olaraq təyin edilmiş cəzanın müəyyən hissəsini çəkdikdən sonra məhkəmənin qərarı ilə cəzalarının qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilə bilərlər. Trend-in sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən bildirili

1 noyabr
.

Azərbaycanda pambıq mahlıcı istehsalı 13 % artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 54 min 323 ton pambıq mahlıcı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13 % çoxdur. Bu il oktyabrın 1-nə ölkədə 7 min 519 ton hazır məhsul ehtiyatı olub. Xatırlada

31 oktyabr
.

Bayramda bölgələrə getmək istəyənlərə PİS XƏBƏR - 4 günlük tətil planı

Noyabr ayında Azərbaycanda bayram günləri ilə əlaqədar ardıcıl dörd gün qeyri-iş günü olacaq. 7 və 8 noyabr həftəsonuna, 9 noyabr Dövlət Bayrağı Gününə təsadüf edir, 10 noyabr isə bayram günlərinin həftəsonuna düşməsi ilə əlaqədar istirahət günü olacaq. Bu fürsət paytaxt Bakıda yaşayanların bir qismini

1 noyabr
.

Azərbaycanda aliment artırılacaq

2027-ci il yanvarın 1-dən etibarən Azərbaycanda alimentin minimum məbləğinin 260 manatdan 274 manata qaldırılması nəzərdə tutulur. xəbər verir ki, bu, "Azərbaycan Respublikasında 2027-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsində əksini tapıb. Layihəyə əsasən, uşaqlar üçün yaşayı

1 noyabr
.

Azərbaycanda istilik mövsumu bəzi yerlərdə 15 gün tez başlayacaq - Rəsmi

Naxçıvan şəhərində 2026-2027-ci illər üzrə istilik mövsümünə noyabrın 1-də start veriləcək. Naxçıvan Şəhər İcra Hakimiyyətindən -a bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 may 2026-cı il tarixli 128 nömrəli Qərarına əsasən, ölkənin soyuq iqlim şəraitinə malik 26 şəhər və rayonund

31 oktyabr
.

Hövsana qatarla da gedə biləcəyik: ADY-dən açıqlama

"Yeni dəmiryol xətləri arasında ilk növbədə Yeni Suraxanı-Hövsan marşrutunun istifadəyə verilməsi nəzərdə tutulur". xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev bildirib. Onun sözlərin

1 noyabr