"Bu cür laqeydlik gələcəkdə bullinq kimi mənfi halların artmasına münbit şərait yaradır" - AÇIQLAMA
Məktəblərdə fəaliyyət göstərən psixoloqların şagirdlərlə yetərincə maraqlanmaması, onların psixoloji vəziyyətini izləməməsi və mütəmadi söhbətlər aparmaması valideynlər arasında ciddi narahatlıq yaradır. Valideynlər hesab edir ki, xüsusilə yeniyetmə yaş dövründə olan uşaqlarla psixoloqların daha sıx işləməsi vacibdir. Bəs, məktəb psixoloqlarının şagirdlərlə həftəlik və ya mütəmadi görüşlər keçirməməsi hansı problemlərə səbəb ola bilər və bu sahədə nə kimi dəyişikliklərə ehtiyac var?
Mövzu ilə bağlı Sonxeber.az-a təhsil eksperti Şəmsi Qoca danışıb.
O, açıqlamasında qeyd edib ki, qaldırdığınız bu məsələ cəmiyyətimizin mənəvi sağlamlığı və gələcəyimiz olan gənclərin taleyi baxımından olduqca həssas və vacib bir mövzudur:
"Valideynlərin narahatlığı tamamilə əsaslıdır, çünki məktəb təkcə bilik ocağı deyil, həm də şəxsiyyətin formalaşdığı bir məkandır. Məktəb psixoloqlarının şagirdlərlə mütəmadi təmasda olmaması, ilk növbədə yeniyetməlik dövrünün gətirdiyi daxili təlatümlərin vaxtında müəyyən edilməməsinə yol açır. Bu yaş dövrü bir insanın özünü kəşf etdiyi, eyni zamanda ən çox kövrək olduğu zamandır. Psixoloqun mütəmadi qayğısı və söhbətləri olmadıqda, şagirdlərdə özünəqapanma, ətraf mühitdən təcrid olunma və ya əksinə, aqressiv davranışlar meydana çıxa bilər. Bu cür laqeydlik gələcəkdə bullinq kimi mənfi halların artmasına, dərslərə qarşı marağın itməsinə və ən təhlükəlisi, gənclərin zərərli vərdişlərə meyil etməsinə münbit şərait yaradır. Şagird hiss edəndə ki, onun daxili dünyası ilə maraqlanan bir mütəxəssis yoxdur, o, problemlərini küçədə və ya nəzarətsiz sosial şəbəkələrdə həll etməyə çalışır ki, bu da çox vaxt faciəvi nəticələrlə bitir".
Ekspert onu da vurğuladı ki, bu sahədə köklü dəyişikliklərə böyük ehtiyac duyulur:
"Hesab edirəm ki, məktəb psixoloqunun fəaliyyəti kağız üzərindəki hesabatlardan uzaqlaşaraq canlı ünsiyyətə söykənməlidir. Hər bir şagirdin fərdi psixoloji xəritəsi hazırlanmalı, xüsusilə risk qrupuna daxil olan uşaqlarla həftəlik fərdi və qrup görüşləri mütləq xarakter daşımalıdır. Psixoloq şagird üçün əlçatmaz bir otaq sahibi deyil, onun ən çətin anında qapısını döyə biləcəyi bir dost, bir yol göstərən olmalıdır. Eyni zamanda, məktəb-valideyn-psixoloq üçbucağı möhkəmləndirilməli, psixoloqlar valideynləri də mütəmadi maarifləndirməlidirlər. Bu sahədə şəffaflığı artırmaq üçün psixoloqların fəaliyyətinə mərkəzləşdirilmiş və obyektiv nəzarət mexanizmi tətbiq olunmalıdır. Unutmamalıyıq ki, vaxtında deyilmiş bir söz, göstərilən kiçik bir diqqət bir gəncin həyat yolunu bütövlükdə işıqlandıra bilər".
Vüsalə İbrahimli
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 967 Tarix: 08 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycan pambıq ipliyi istehsalını 23 %-ə yaxın artırıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 18 min 816 ton pambıq ipliyi istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22,8 % çoxdur. Bu il oktyabrın 1-nə ölkədə 3 min 941 ton hazır məhsul ehtiyatı olub. Xatırlada
31 oktyabrAzərbaycanın startap ekosisteminin ümumi dəyəri açıqlanıb
Azərbaycanın startap ekosisteminin ümumi dəyəri 600 milyon ABŞ dollarına yaxınlaşır. "Report" xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı rəhbərlik etdiyi qurumun "Enterprise Azerbaijan" portalının keçirdiyi "Startu
31 oktyabrŞirvan Milli Parkında ceyranların sayı 7 mini ötüb
Şirvan Milli Parkında ceyranların sayı artaraq 7 048 başa çatıb. Bu barədə "Report"un Aran bürosuna Şirvan Milli Parkından məlumat verilib. Bildirilib ki, 2003-cü ildə Şirvan Milli Parkının yaradılması ceyranların qorunması, sayının artırılması və tarixi yaşayış areallarının bərpası istiqamətind
31 oktyabrİnternetin keyfiyyəti pis olsa, 2000 manat cərimə ödəyəcəklər
Telekommunikasiya xidmətlərinin keyfiyyət göstəricilərinə uyğun göstərilməməsinə görə yeni cərimələr müəyyənləşir. Trend-ə istinadən xəbər verir ki, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb
31 oktyabrNoyabrın 1-dən bu avtobuslar DƏYİŞİR - Gedişhaqqı...
Noyabrın 1-dən metronun "Memar Əcəmi" stansiyasını Hökməli qəsəbəsi ilə əlaqələndirən 156 və 156A nömrəli marşrut avtobusları yenilənir. Bu barədə -a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. Məlumata əsasən, 156 nömrəli marşru
31 oktyabrBiznesin gündəmi artıq bir ünvanda - 1business.media fəaliyyətə başladı
Azərbaycanda biznes, iqtisadiyyat və maliyyə xəbərlərini oxuculara çatdıracaq 1business.media saytı fəaliyyətə başlayıb. "Bakupost"a verilən məlumata görə yeni platformanın məqsədi ölkənin biznes mühitini daha anlaşıqlı və əlçatan təqdim etmək, iqtisadi hadisələrin sahibkarlar və vətəndaşla
31 oktyabrBayramda bölgələrə getmək istəyənlərə PİS XƏBƏR - 4 günlük tətil planı
Noyabr ayında Azərbaycanda bayram günləri ilə əlaqədar ardıcıl dörd gün qeyri-iş günü olacaq. 7 və 8 noyabr həftəsonuna, 9 noyabr Dövlət Bayrağı Gününə təsadüf edir, 10 noyabr isə bayram günlərinin həftəsonuna düşməsi ilə əlaqədar istirahət günü olacaq. Bu fürsət paytaxt Bakıda yaşayanların bir qismini
1 noyabrKəmaləddin Heydərovdan iki polkovniklə bağlı qərar - Foto
Sumqayıt Regional Mərkəzinin rəisi, polkovnik Vaqif Fətullayev tutduğu vəzifədən azad edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb. Nazirin digər əmri ilə o, Aran Regional Mərkəzinə rəis təyin olunub
31 oktyabr