Vətən Müharibəsi Qəhrəmanın xanımına rütbə verildi (FOTO)

Vətən Müharibəsi Qəhrəmanın xanımına rütbə verildi (FOTO)Şəhid Anar Əliyevin həyat yoldaşı Vüsalə Əliyevaya leytenantı rütbəsi verilib.

Modern.az-ın məlumatına görə, polkovnik-leytenant, şəhid Anar Əliyevin həyat yoldaşı Vüsalə Əliyeva bu gün Gömrük orqanlarında xidmətə yeni qəbul edilən əməkdaşların andiçməsində iştirak edənlər arasında olub.

Ona bu gün leytenant rüstbəsi verilib.

Vüsalə Əliyeva Gömrük orqanlarında işə başlaması barədə Modern.az-a açıqlama verib:

"Hərbi paradlarda öndə gedən komandirin xanımı kimi bu gün də mən qrup komandiri kimi öndə gedirdim"
Vətən Müharibəsi Qəhrəmanın xanımına rütbə verildi (FOTO)"Gömrük əməkdaşı olaraq bu gün andiçmə mərasimində iştirak etmək hər birimiz üçün qürurverici və məsuliyyətli idi. Biz vətənimizə, dövlətimizə hər zaman sadiq qalaraq, daim dürüst və peşəkar, vətənpərvər, məsuliyyətli olmaqla yanaşı, Azərbaycan Respublikası qanunlarına sədaqətlə xidmət edəcəyimizə and içdik. Vətən müharibəsi qəhrəmanının, hər zaman hərbi paradda öndə gedən bir komandirin xanımı kimi bu gün də mən qrup komandiri kimi öndə gedirdim. Bu mənim üçün ikiqat məsuliyyətli idi".

"Gömrük orqanındakı andiçmə mərasimi hər il Ulu öndər Heydər Əliyevin doğum günü ərəfəsində keçirilir. Azərbaycanın qurucusu olan Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, Prezidentə minnətdarıq. Bugünkü çiçəklənən, suveren, azad, müstəqil Azərbaycana görə bütün şəhidlərimizə minnətdarıq. Müstəqil, suveren Azərbaycanın vətəndaşı olaraq, həm də bu dövlətə xidmət edən, Gömrük orqanında xidmət edən biri kimi mənim üçün ikiqat sevincli gündür".
Vətən Müharibəsi Qəhrəmanın xanımına rütbə verildi (FOTO)"Zəng edib dedilər ki, əmrim gəlib, artıq mənə leytenant rütbəsi verildi"

"Keçən ilin mayın 8-də mən kiçik leytenant rütbəsi almışdım və indi də yeni bir əmr ilə leytenant rütbəsinə layiq görülmüşəm. Mən Dövlət Gömrük Komitəsinin sədri cənab Şahin Bağırova öz təşəkkürümü bildirirəm. İnşallah ki, bu etimadı ən yüksək səviyyədə doğruldarıq. Vətənə, Azərbaycana xidmət etmək hər birimiz üçün, xüsusilə də bir zabit kimi bizim üçün şərəfdir.

Övladlarımın yanımda olması mənə həmişə dəstək oldu. Mən də bu gündən Azərbaycan Respublikasına xidmət edirəm. Bu mənim üçün olduqca məsuliyyətli və qürurlu hisdir"- deyə şəhid xanımı bildirib.

Qeyd edək ki, Vüsalə Əliyeva Zəngilanın, Cəbrayılın, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edən, Şuşaya girişi təmin edən döyüşlərə rəhbərlik edən Vətən Müharibəsi Qəhrəmanı şəhid Anar Əliyevin həyat yoldaşıdır.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1220   Tarix: 08 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan pambıq ipliyi istehsalını 23 %-ə yaxın artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 18 min 816 ton pambıq ipliyi istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22,8 % çoxdur. Bu il oktyabrın 1-nə ölkədə 3 min 941 ton hazır məhsul ehtiyatı olub. Xatırlada

31 oktyabr
.

Azərbaycanın startap ekosisteminin ümumi dəyəri açıqlanıb

Azərbaycanın startap ekosisteminin ümumi dəyəri 600 milyon ABŞ dollarına yaxınlaşır. "Report" xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı rəhbərlik etdiyi qurumun "Enterprise Azerbaijan" portalının keçirdiyi "Startu

31 oktyabr
.

Şirvan Milli Parkında ceyranların sayı 7 mini ötüb

Şirvan Milli Parkında ceyranların sayı artaraq 7 048 başa çatıb. Bu barədə "Report"un Aran bürosuna Şirvan Milli Parkından məlumat verilib. Bildirilib ki, 2003-cü ildə Şirvan Milli Parkının yaradılması ceyranların qorunması, sayının artırılması və tarixi yaşayış areallarının bərpası istiqamətind

31 oktyabr
.

İnternetin keyfiyyəti pis olsa, 2000 manat cərimə ödəyəcəklər

Telekommunikasiya xidmətlərinin keyfiyyət göstəricilərinə uyğun göstərilməməsinə görə yeni cərimələr müəyyənləşir. Trend-ə istinadən xəbər verir ki, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb

31 oktyabr
.

Noyabrın 1-dən bu avtobuslar DƏYİŞİR - Gedişhaqqı...

Noyabrın 1-dən metronun "Memar Əcəmi" stansiyasını Hökməli qəsəbəsi ilə əlaqələndirən 156 və 156A nömrəli marşrut avtobusları yenilənir. Bu barədə -a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. Məlumata əsasən, 156 nömrəli marşru

31 oktyabr
.

Cavid Abdullayev: "Startap ekosistemi formalaşdırmaq dayanıqlı enerji təchizatı olmadan mümkün deyil"

Startap ekosisteminin formalaşması dayanıqlı enerji təchizatı olmadan mümkün deyil. "Report" xəbər verir ki, bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "Enterpris

31 oktyabr
.

Biznesin gündəmi artıq bir ünvanda - 1business.media fəaliyyətə başladı

Azərbaycanda biznes, iqtisadiyyat və maliyyə xəbərlərini oxuculara çatdıracaq 1business.media saytı fəaliyyətə başlayıb. "Bakupost"a verilən məlumata görə yeni platformanın məqsədi ölkənin biznes mühitini daha anlaşıqlı və əlçatan təqdim etmək, iqtisadi hadisələrin sahibkarlar və vətəndaşla

31 oktyabr
.

Bayramda bölgələrə getmək istəyənlərə PİS XƏBƏR - 4 günlük tətil planı

Noyabr ayında Azərbaycanda bayram günləri ilə əlaqədar ardıcıl dörd gün qeyri-iş günü olacaq. 7 və 8 noyabr həftəsonuna, 9 noyabr Dövlət Bayrağı Gününə təsadüf edir, 10 noyabr isə bayram günlərinin həftəsonuna düşməsi ilə əlaqədar istirahət günü olacaq. Bu fürsət paytaxt Bakıda yaşayanların bir qismini

1 noyabr
.

Kəmaləddin Heydərovdan iki polkovniklə bağlı qərar - Foto

Sumqayıt Regional Mərkəzinin rəisi, polkovnik Vaqif Fətullayev tutduğu vəzifədən azad edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb. Nazirin digər əmri ilə o, Aran Regional Mərkəzinə rəis təyin olunub

31 oktyabr