İlham Əliyev və Mehriban Əliyeva Şükürbəyli kəndinə köçən sakinlərlə görüşüblər - FOTO

İlham Əliyev və Mehriban Əliyeva Şükürbəyli kəndinə köçən sakinlərlə görüşüblər - FOTOMayın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçən sakinlərlə görüşüblər.

Sonxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı görüşdə çıxış etdi.

Prezident İlham Əliyevin çıxışı:

"İlk növbədə, sizi doğma vətənə qayıtmağınız münasibətilə təbrik edirəm. Şükürbəyli kəndi tamamilə yenidən qurulub. Bildiyiniz kimi, işğal dövründə Ermənistan dövləti bu kəndi tamamilə dağıtmışdı, bir dənə də salamat bina qalmamışdı. Mənim keçmiş köçkünlərlə işğal dövründə çoxsaylı görüşlərim zamanı həmişə deyirdim ki, biz torpaqları azad edəndən sonra bütün şəhərləri, kəndləri quracağıq, onları daha gözəl vəziyyətə gətirəcəyik və bu gün Şükürbəyli kəndinin timsalında bunu görürük. Kənd çox müasirdir, yaşamaq, çalışmaq, təhsil almaq üçün bütün şərait - məktəb, musiqi məktəbi, iki uşaq bağçası, tibb məntəqəsi, əlbəttə, gözəl, yaraşıqlı evlər var ki, burada siz - Şükürbəyli kəndinin sakinləri rahat yaşayasınız.

Uzun illər ərzində bu torpaqlar işğal altında olub. Ermənistan dövləti Azərbaycan xalqının irsini bu ərazidən tamamilə silmək istəmişdir, ancaq buna nail olmamışdır. Baxmayaraq ki, şəhər və kəndlərimiz viran qoyulub, Azərbaycan xalqının tarixi yaddaşı heç vaxt silinməmişdir. Bilirəm ki, siz və bütün keçmiş köçkünlər bir arzu ilə - öz doğma torpaqlarına qayıtmaq arzusu ilə yaşamısınız. Bəziləriniz Biləsuvar rayonunda dövlət xətti ilə verilmiş evlərdə məskunlaşmısınız, bəziləriniz özünüz üçün hansısa şərait qurmusunuz. Amma əlbəttə ki, doğma torpaq, doğma vətən hər şeydən daha əzizdir.

Bu gün çox gözəl bir gündür, tarixi bir gündür, ədalətin təntənəsi günüdür. Biz - bu torpaqların sahibləri nəinki bu torpaqları düşmən əlindən döyüşərək aldıq, şəhidlər verərək aldıq, eyni zamanda, bu torpaqları canlandırdıq. İşğal dövründə Ermənistan dövləti Cəbrayıl rayonunda bir daşı daş üstə qoymamışdı. Düzdür, yol çəkmək istəyirdi, amma buna vaxtı çatmadı. Amma bir daşı daş üstə qoymamışdır. Cəbrayıl tamamilə yerlə-yeksan edilmişdir, nə şəhərdə, nə də ki, kəndlərdə bir dənə də salamat bina qalmamışdı, Ağdam kimi. Zəngilanda tək-tük ev qalmışdı, orada qanunsuz məskunlaşma da aparırdılar. Amma Füzuli, Ağdam, Cəbrayıl tamamilə dağıdılmışdır. Evlər söküldü, daşlar talan edildi, müxtəlif yerlərdə bazarlarda satıldı. Biz isə qurub-yaradırıq. İndi Cəbrayıl rayonunda bir neçə min insan yaşayır. İlk növbədə, Cəbrayıl şəhərində, - şəhərin mərkəzi də buradan o qədər də uzaq deyil, - ondan sonra Horovlu kəndində, Cocuq Mərcanlıda. Aprel döyüşlərindən sonra biz o kəndi yenidən qurduq. Ən çox insanlar burada yaşayacaq, hələlik 635 ev. Amma mənə verilən məlumata görə, köçmək, qayıtmaq istəyənlərin sayı daha çoxdur, təqribən 900-dən çoxdur. Ona görə kəndin ikinci mərhələsini də biz nəzərdə tuturuq.

Əlbəttə ki, yaşayışla əlaqədar, təhsillə bağlı məsələlər həll olunduqca, məşğulluq məsələləri də həll edilir. Burada da vətəndaşların məşğulluğunu təmin etmək üçün bütün müvafiq göstərişlər verildi - həm mövcud olan dövlət sektorunda iş yerləri təbii ki, təqdim olunur, ondan sonra kənd təsərrüfatı ilə məşğul olmaq üçün, xüsusilə heyvandarlıq və bitkiçiliklə. Bunlardan başqa, Cəbrayıl rayonunda sənaye zonası - "Araz Vadisi" Sənaye Zonası fəaliyyət göstərir, orada da böyük sahəni biz nəzərdə tutmuşuq, 200 hektar sahə ayrılıb. Bu sənaye zonasında indi 20 rezident var, artıq istehsala da başlamışlar. O, daha da böyüyəcək, o da buradan çox da uzaqda deyil. Onu da bildirməliyəm ki, azad edilmiş ərazilərdə biz cəmi iki sənaye zonası nəzərdə tutmuşuq - biri Ağdamda, biri də Cəbrayılda.

Ümumiyyətlə, Cəbrayılın gələcəkdə həm kənd təsərrüfatı, həm də nəqliyyat nöqteyi-nəzərindən ölkəmiz üçün böyük töhfəsi olacaq. Köhnə yolu siz yəqin ki, xatırlayırsınız, sovet vaxtında - işğala qədər çox ensiz bir yol idi, düz Araz çayının boyunca gedirdi. Onu biz bərpa etdik, amma yeni yol, - indi bilmirəm, siz onu görmüsünüz, yoxsa yox, - Zəngəzur dəhlizinin bir hissəsi olan, ta Ermənistan sərhədinə gedən dördzolaqlı yol. Yəni bunun ondan yuxarı standartları da yoxdur. Ona görə nəqliyyat məsələləri də burada həll olunur və gələcəkdə Cəbrayıl, beynəlxalq nəqliyyat dəhlizi üzərində qurulan şəhər və kəndlər bundan faydalanacaq.

Cəbrayılda bizim ən böyük Günəş elektrik stansiyaları inşa edilir - üç stansiya, ümumi gücü 340 meqavat. Yəni bu gün 340 meqavatla bütün Qarabağı işıqlandırmaq olar. Amma nəzərə alsaq ki, biz artıq Zəngilanda, Laçında, Kəlbəcərdə 300 meqavatdan çox su elektrik stansiyaları işə salmışıq, təqribən bir-iki il ərzində bu bölgənin Günəş və su potensialı elektrik istehsalı üçün 700 meqavata yaxın olacaq. Yəni bu, ölkə üçün, məşğulluq üçün çox böyük xeyir gətirəcək. Yəni azad edilmiş bütün bu ərazilər ölkəmizin bütün başqa əraziləri ilə bağlanır - yollarla, hava limanları ilə, elektrik və su xətləri ilə. İndi "Xudafərin", "Qız Qalası" su anbarlarının suyundan da istifadə edəcəyik, orada elektrikdən də istifadə edəcəyik. Beləliklə, bir daha bütün dünyaya göstərəcəyik ki, biz qurub-yaradan xalqıq, eyni zamanda, döyüşən xalqıq. Bu torpaqları biz qan tökərək qaytarmışıq, - Allah bütün şəhidlərimizə rəhmət eləsin, - parlaq Qələbə qazanmışıq, bu Qələbənin müasir tarixdə tayı-bərabəri yoxdur, yəqin ki, olmayacaq və biz bu əbədi Qələbə ilə fəxr etməliyik. Gənc nəsil də evlərdə, ailələrdə, məktəblərdə bu ruhda tərbiyə almalıdır ki, biz müzəffər ölkə, xalq kimi bundan sonra qürurla yaşayaq.

Sizi ürəkdən təbrik edirəm, sizə cansağlığı arzulayıram".

Sakinlər: Çox sağ olun, cənab Prezident.

Kişi sakin: Möhtərəm Prezident, bu kənddə boya-başa çatan bir adam, burada çalışan bir müəllim kimi bu gün Sizinlə bu görüşümüz bizim üçün tarixi bir hadisədir. Sizin uğurlu siyasətinizin, qəhrəman oğullarımızın şücaəti nəticəsində bu doğma torpaqlarımız bizə qayıtdı. Mən 40 yaşımda buradan çıxmışam, indi 73 yaşım var. Mən Sizinlə fəxr edirəm. Sizin bütün çıxışlarınızı, xarici jurnalistlərə verdiyiniz cavabları - hamısını diqqətlə izləyirik və Sizinlə fəxr edirik. Biz də çalışacağıq ki, Sizin adınızı həmişə ucaldaq.

Prezident İlham Əliyev: Sağ olun, çox sağ olun.

Kişi sakin: Mübarizə aparırsınız. Burada da, xaricdə də, başqa ölkələrdə də, istəyənlərin arasında da, istəməyənlərin arasında da mübarizə aparırsınız, dəmir iradənizi nümayiş etdirirsiniz. Sülhün, əmin-amanlığın tərəfində dayanıb bütün xalqlara onu aşılayırsınız. Mübarizə bu gün də var, sabah da. Siz də onun ən ön sıralarında.

Prezident İlham Əliyev: Sizin kimi insanlar, Azərbaycan xalqı mənim arxamda, dövlətin arxasında durduqca bizim də təbii ki, gücümüz artır. Sağ olun, təşəkkür edirəm sizə. Təbrik edirəm.

Sakinlər: Sağ olun.

Qadın sakin: Möhtərəm Prezident, əziz Mehriban xanım. Mən də bir neçə kəlmə demək istəyirəm. Bu gün bizə bu tarixi günü yaşatdığınız üçün, bizi öz torpaqlarımıza qovuşdurduğunuz üçün Sizə ürəkdən cansağlığı, uzun ömür arzulayıram. Mən müəlliməm. Bir məsələni yada salmaq istəyirəm. Bu gün bizim görüşümüz elə bir tarixi günə təsadüf edir ki, Ulu Öndərimizin doğum günü ərəfəsindəyik, onu biz bütün respublika səviyyəsində qeyd edirik. Mən də Ulu Öndərimizi ürəkdən şəxsən çox sevən, hörmət edən bir müəlliməm, tələbə vaxtımdan da sevmişəm. Onun çıxışlarını dinləyəndə həmişə deyirdi ki, biz Qarabağa qayıdacağıq, o gün gələcək. Möhtərəm Prezident, onun qoyduğu o böyük siyasəti Siz elə bir uğurla davam etdirdiniz ki, bu gün Qarabağ artıq bizimdir. Qarabağın bütün bölgələrində artıq quruculuq işləri başlayıb, bütün həyat canlanır, insanlar öz doğma yurdlarına qovuşublar. Buna görə Sizə minnətdarıq, təşəkkür edirik.

Prezident İlham Əliyev: Sağ olun.

Həmin qadın sakin: Mehriban xanım, Siz həmişə köçkünləri, uşaqları, insanları, qadınları dinləmisiniz, yanlarında olmusunuz. Allah Sizə də uzun ömür, cansağlığı versin. Siz bizim Prezidentimizin ən yaxın köməkçisi və silahdaşı, arxasısınız. Sizə də uzun ömür, cansağlığı arzulayıram.

Mehriban Əliyeva: Çox sağ olun.

Prezident İlham Əliyev: Sağ olun, təşəkkür edirəm, təbrik edirəm.

Qadın sakin: Allah sizə cansağlığı versin.

Prezident İlham Əliyev: Sağ olun, sizə də cansağlığı, uzun ömür arzulayıram. Doğma torpaqda rahat yaşayacaqsınız, inşallah.

Sakinlər: İnşallah.

Qadın sakin: Çalışacağıq ümidinizi doğruldaq həmişə.

Prezident İlham Əliyev: Əminəm ki, belə də olacaq.

Sonra açarların təqdim edilməsi mərasimi olub.

İlham Əliyev və Mehriban Əliyeva Şükürbəyli kəndinə köçən sakinlərlə görüşüblər - FOTOİlham Əliyev və Mehriban Əliyeva Şükürbəyli kəndinə köçən sakinlərlə görüşüblər - FOTOİlham Əliyev və Mehriban Əliyeva Şükürbəyli kəndinə köçən sakinlərlə görüşüblər - FOTOİlham Əliyev və Mehriban Əliyeva Şükürbəyli kəndinə köçən sakinlərlə görüşüblər - FOTOİlham Əliyev və Mehriban Əliyeva Şükürbəyli kəndinə köçən sakinlərlə görüşüblər - FOTOİlham Əliyev və Mehriban Əliyeva Şükürbəyli kəndinə köçən sakinlərlə görüşüblər - FOTOİlham Əliyev və Mehriban Əliyeva Şükürbəyli kəndinə köçən sakinlərlə görüşüblər - FOTOİlham Əliyev və Mehriban Əliyeva Şükürbəyli kəndinə köçən sakinlərlə görüşüblər - FOTOİlham Əliyev və Mehriban Əliyeva Şükürbəyli kəndinə köçən sakinlərlə görüşüblər - FOTOİlham Əliyev və Mehriban Əliyeva Şükürbəyli kəndinə köçən sakinlərlə görüşüblər - FOTOİlham Əliyev və Mehriban Əliyeva Şükürbəyli kəndinə köçən sakinlərlə görüşüblər - FOTOİlham Əliyev və Mehriban Əliyeva Şükürbəyli kəndinə köçən sakinlərlə görüşüblər - FOTOİlham Əliyev və Mehriban Əliyeva Şükürbəyli kəndinə köçən sakinlərlə görüşüblər - FOTOİlham Əliyev və Mehriban Əliyeva Şükürbəyli kəndinə köçən sakinlərlə görüşüblər - FOTOİlham Əliyev və Mehriban Əliyeva Şükürbəyli kəndinə köçən sakinlərlə görüşüblər - FOTO


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 303   Tarix: 09 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bitki yağları kəskin bahalaşdı - QİYMƏT

Azərbaycanda qida səbətinə ən çox daxil olan məhsullardan biri də bitki yağlarıdır ki, qiymətinin artması vətəndaşları narahat etməyə bilməz. Nəzərə alsaq ki, ölkəmiz bitki yağına olan tələbatını əsasən idxal hesabına ödəyir, dünya bazarındakı qiymət dəyişiklikləri daxili bazara birbaşa təsir göstərir

14 iyun
.

Azərbaycanda maaş və pensiyalar YENİ QAYDADA ÖDƏNİLƏCƏK

Ölkədə maaş və müavinətlərin verilməsində yeni dövr başlayır. Bu barədə məlumatı Azərbaycan Mərkəzi Bankının Ödəniş Sistemləri Administratoru Tofiq Acırqayev paytaxtda təşkil olunan "Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026" platformasında açıqlayıb. O qeyd edib ki, əhalinin sosial ödənişlərini

14 iyun
.

"Şuşa Bəyannaməsi Qafqaz regionunda sabitliyin və uzunmüddətli sülhün təmin edilməsinə mühüm töhfədir" - DEPUTAT

2021-ci il iyunun 15-də "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"nin imzalanmasının beş ili tamam olur.Şuşa Bəyannaməsi İkinci Qarabağ Müharibəsində Azərbaycanın Ermənistan üzərində əldə etdiyi qələbəsindən sonra regiond

13 iyun
.

Bakı-Naxçıvan reysləri bərpa olundu

"Azərbaycan Hava Yolları"nın (AZAL) Bakı-Naxçıvan marşrutu üzrə reysləri bərpa olunub. xəbər verir ki, bununla bağlı AZAL məlumat yayıb. Bildirilib ki, uçuşlar hazırda cədvələ uyğun şəkildə icra edilir. Qeyd olunub ki, bölgədə hava şəraitinin sabitləşməsindən sonra reyslərin yerinə yetirilməs

13 iyun
.

"Hansısa ağılsız hərəkətim evliliyimi bitirə bilər"

"Alyona da, mən də qısqancıq. Alyona buna səbəb yaratmır. Amma məndə buna səbəb yarana bilər". Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Emin Ağalarov rusiyalı aparıcı Svetlana Bondarçukun yutub layihəsində deyib. O, xanımı Alyona Qavrilovanın qısqanc olmasından danışıb:. "Məşhuram

13 iyun
.

Bu şəxslərin pensiyaları ilə bağlı AÇIQLAMA: 6 aylıq maaş həcmində...

Diplomatlara yeni güzəştlər: Pensiyada 6 aylıq maaş həcmində birdəfəlik ödəniş veriləcək. Milli Məclisdə müzakirə olunan "Diplomatik xidmət haqqında" qanun layihəsinə təklif edilən yeni dəyişikliklər ölkənin xarici siyasət idarəçiliyində mühüm mərhələnin əsasını qoyur. Layihəyə əsasən, diplomatlar

14 iyun
.

Bu halda pensiya verilməyəcək - BİLMƏLİ OLDUĞUNUZ DETAL

Ailə başçısını itirməyə görə pensiya hansı hallarda verilmir?. Ailə başçısını itirməyə görə əmək pensiyası sosial təminat sisteminin mühüm hissələrindən biridir və məqsədi ailə üzvlərinin maddi təminatını qorumaqdır. Lakin bu pensiyanın təyin edilməsi hər bir halda avtomatik şəkildə həyata keçirilmir

14 iyun
.

Vəhşi heyvan hücumu nəticəsində sağlamlığına ziyan dəyən şəxslər hansı hallarda kompensasiya tələb edə bilər? - AÇIQLAMA

Son illər vəhşi heyvanların yaşayış məntəqələrinə yaxın ərazilərdə görünməsi və insanlara hücum halları daha çox müzakirə olunan mövzulardan birinə çevrilib. Belə hadisələr zamanı insanların necə davranmalı olduğu ilə yanaşı, zərərçəkənlərin hüquqları və kompensasiya alma imkanları da maraq doğurur

12 iyun
.

Azərbaycan Qazaxıstan ilə maliyyə nəzarətində süni intellektin tətbiqini müzakirə edib

Azərbaycan Mərkəzi Bankı (AMB) Qazaxıstan Maliyyə Bazarının Tənzimlənməsi və İnkişafı Agentliyi (ARDFM) ilə maliyyə sektoruna nəzarət prosesində süni intellekt texnologiyalarının tətbiqi və qabaqcıl rəqəmsal həllərin istifadəsini müzakirə edib. "Report"un AMB-yə istinadən verdiyi xəbərə görə

13 iyun