Prezident və birinci xanım Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının binasının tikintisi ilə tanış olublar - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da 150 çarpayılıq Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının binasının tikintisi ilə tanış olublar.
Sonxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, səhiyyə naziri Teymur Musayev dövlətimizin başçısına və birinci xanıma görülmüş və nəzərdə tutulan işlər barədə məlumat verib.
Qeyd edək ki, bu xəstəxana binasının təməli Prezident İlham Əliyev tərəfindən 2021-ci ildə qoyulub. Ərazisi 5 hektara yaxındır. Xəstəxanada terapiya, cərrahiyyə, pediatriya, doğum, yoluxucu xəstəliklər, anesteziologiya-reanimasiya, hemodializ və digər şöbələr fəaliyyət göstərəcək. Bundan başqa, poliklinika, şüa-diaqnostika, funksional-diaqnostika, fizioterapiya və tibbi bərpa şöbələri, klinik diaqnostika laboratoriyası yaradılacaq. Hazırda əsas bina ilə yanaşı, yoluxucu xəstəliklər, hemodializ və poliklinika korpusları, təcili tibbi yardım stansiyası, həmçinin Cəbrayıl Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin və digər binaların inşası davam etdirilir.



Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 325 Tarix: 09 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBakıda yağış, bölgələrdə leysan yağacaq
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, günün birinci yarısında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində qısamüddətl
9 sentyabrLeyla Əhmədova xaricdə deyil, 1 aydır həbsdə imiş... - DETALLAR
Xəbər verdiyimiz kimi, tanınmış modelyer Leyla Əhmədova cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, modelyer dələduzluqdan əlavə özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə, habelə vəzifə saxtakarlığında ittiham olunur. İş üzrə 8 nəfər zərərçəkmiş qismind
9 sentyabrAZAL Bakıdan Ciddəyə müntəzəm uçuşları bərpa edir
Sentyabrın 15-dən "Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakıdan Səudiyyə Ərəbistanının Ciddə şəhərinə müntəzəm uçuşları bərpa edəcək. Bu barədə Qaynarinfo-ya səhmdar cəmiyyətindən məlumat verilib. Bildirilib ki, Bakı-Ciddə-Bakı marşrutu üzrə reyslər həftədə dörd dəfə - çərşənbə axşamı, çərşənbə
8 sentyabr"Boğulurdum, hələ belə ağrı görməmişdim" - İnfarkt keçirən İlham Mirzəyev
Xəbər verdiyimiz kimi, aparıcı İlham Mirzəyev infarkt keçirib və əməliyyat olunub. xəbər verir ki, aparıcı Axşam.az-a açıqlamasında səhhəti ilə bağlı danışıb. O, ürəyinə stent qoyulduğunu və vaxtında xəstəxanaya çatdırılmasının həyatını xilas etdiyini deyib. "Allah üzümə baxdı, həkimə vaxtında gəldim
8 sentyabrBu şəxslərin kredit müraciətlərinə İMTİNA EDİLƏCƏK - AÇIQLAMA
Kredit götürərkən banklar müştərinin kredit tarixçəsini və əvvəlki öhdəliklərini nəzərə alaraq onun borcu qaytarma qabiliyyətini qiymətləndirirlər. Gecikmiş ödənişlər və problemli kreditlər yeni kreditin təsdiqlənməsinə, məbləğinə, faizinə və digər şərtlərinə təsir göstərə bilər. Bəs, kredit tarixçəs
8 sentyabrZaur Rzayev xəstəxanaya yerləşdirildi
Xalq artisti Zaur Rzayev Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. xəbər verir ki, bu barədə APA-ya açıqlamasında xəstəxananın diretoru Zaur Xəlilov məlumat verib. O bildirib ki, Xalq artistinin vəziyyəti qənaətbəxşdir və o, palata şəraitində müalicə alır. O, bir neçə gün sonra xəstəxanadan ev
9 sentyabrBu şəxslər pensiya ala bilməyəcəklər - Nazirlikdən xəbərdarlıq
Əmək müqaviləsi ilə çalışan işçilər əmək və gələcək pensiya hüquqlarına sahib olurlar. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Qanunvericiliyə əsasən, işçi ilə işəgötürən arasında bağlanan əmək müqaviləsi əmək münasibətlərinin hüquqi əsasını təşkil edir. Əmə
8 sentyabr