Bakıda 26 yaşlı motosikletçi FACİƏLİ ŞƏKİLDƏ ÖLDÜ - ANBAAN GÖRÜNTÜSÜ
Mayın 10-u saat 06 radələrində paytaxtın Xətai rayonu ərazisində motosikletçinin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Oxu.Az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.
Bildirilib ki, 8 Noyabr prospektində hərəkətdə olan 99-M-279 nömrəli motosiklet yoldan çıxaraq yerüstü piyada keçidinin dayaq konstruksiyasına çırpılıb.
Qeyd olunub ki, yüksək sürət səbəbindən baş verməsi ehtimal olunan ağır yol-nəqliyyat hadisəsi nəticəsində Bakı şəhər sakini, 26 yaşlı Raul İsgəndərov hadisə yerində həyatını itirib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
"Görüntülər bir daha deməyə əsas verir ki, aparılan maarifləndirmə işlərinə baxmayaraq, hələ də ikitəkərli nəqliyyat vasitələrinin sürücüləri arasında yol hərəkəti qaydalarına əməl olunması vəziyyəti qənaətbəxş deyil.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha motosiklet, moped və digər bu tip ikitəkərli nəqliyyat vasitələri idarə edən sürücülərə müraciət edərək onları təhlükəsizlik qaydalarına qeyd-şərtsiz əməl etməyə, özlərinin və başqalarının həyat və sağlamlığını təhlükəyə atmamağa çağırır", - deyə məlumatda vurğulanıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 649 Tarix: 11 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"BANM-da 24 ölkədən 200 əcnəbi tələbə təhsil alır" - Elmar Qasımov
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Bakı Ali Neft Məktəbində (BANM) tədris olunan ixtisaslar qısa müddətdə xarici ölkələrdən olan gənclərin də böyük marağına səbəb olub. xəbər verir ki, bunu ali məktəbin rektoru Elmar Qasımov bildirib. Onun sözlərinə görə, hazırda BANM-da 24 ölkədən 200 əcnəb
11 iyunBakının mərkəzində yolda çökmə: İri çuxur yarandı
Bakının Nəsimi rayonunun A.S.Puşkin küçəsində (Səməd Vurğun abidəsinin qarşısı, Dilarə Əliyeva küçəsi ilə kəsişmənin yaxınlığı) yolun bir hissəsi çöküb. -a istinadən xəbər verir ki, nəticədə ərazidə böyük çuxur yaranıb. Ərazi artıq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin əməkdaşları tərəfində
10 iyunYevlaxda körpə ölü doğulub
Yevlax rayonunda qadın ölü döl doğub. -a istinadən xəbər verir ki, hadisə iyunun 9-da saat bir radələrində baş verib. Rayonun Kövər kənd sakini, 2006-cı il təvəllüdlü Səkinə Cəfərova hamiləliyi ilə əlaqədar Yevlax Rayon Mərkəzi Xəstəxanasının (RMX) Doğum şöbəsinə gətirilib. Doğuş zamanı dölün ana bətnind
10 iyunVəkilin oğlu faciəvi şəkildə vəfat etdi
Azərbaycanda vəkilin ailəsində bədbəxt hadisə baş verib. Unikal-a istinadən xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu İnqilab İsmayılov küçəsində qeydə alınıb. Belə ki, 19 yaşlı Cavid Ağazadə binadan yıxılaraq dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, Cavid Ağazadə Vəkillə
10 iyunArazda batan 11-ci sinif şagirdinin axtarışlarından GÖRÜNTÜLƏR
Araz çayının İmişli rayonu, Rəsullu kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 2009-cu il təvəllüdlü Turan Mirağa oğlu Mirişlinin axtarışları Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən davam etdirilir. xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Bildirilib ki, nazirliyin Xüsusi Riskl
9 iyunAzovda həlak olan kapitanın nəşi sabah TORPAĞA TAPŞIRILACAQ
İyunun 5-də Azov dənizində yük gəmisinə PUA hücumu zamanı həyatını itirən 45 yaşlı Xaçmaz sakini Fuad Orucovun nəşi ya bu gün axşam, ya da sabah səhər doğulduğu Yergüc kəndinə gətiriləcək. Bu barədə mərhumun ailəsinə rəsmi qurumlardan məlumat verilib. Bizim.media-ya istinadən xəbər verir ki, Xaçmaz Rayo
9 iyunAraz Nəsirov TƏBİB-dən getdi
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktorunun müavinlərindən biri öz istəyi ilə vəzifədən azad olunub. İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Əmrə əsasən, Araz Nəsirov TƏBİB-in İcraçı direktorunun müavini vəzifəsindən azad olunub. Qey
10 iyun