"General Hospital" və "Yaşam Medical"a qarşı saxta arayış və hepatit analizi İTTİHAMLARI - ŞİKAYƏT
Bakıda fəaliyyət göstərən "General Hospital" daha bir vətəndaşa saxta sağlamlıq arayışı verib. "Yaşam Medical" klinikası isə vətəndaşa düzgün olmayan analiz cavabı göndərib.
Sonxeber.az "Unikal"a istinadla xəbər verir ki, şikayətçi Ruslan Hüseynov paytaxtda yerləşən restoranlardan birində çalışan zaman "Yaşam Medical" klinikasının əməkdaşlarının ondan analiz üçün qan götürdüklərini bildirib:
"20 manat da ödəniş etdim. Bir neçə gün sonra - 14 mart 2026-cı il tarixində analizin cavabı gəldi. Cavabda heç bir problemin olmadığı bildirildi.
Bir müddət sonra isə başqa bir restoranda işləməyə başladım. Bu səbəbdən sağlamlıq kağızı almalı idim. Beləliklə, digər bir özəl klinikaya qan analizi üçün müraciət etdim. Məndə hepatit aşkarlandı. Qeyd edim ki, bu analiz cavabı 4 may 2026-cı il tarixində qeydə alınıb. Məlum oldu ki, yoluxma uzun müddət əvvəl baş verib.
Şikayətim "Yaşam Medical" klinikasındandır. Nəyə görə vətəndaşların analizləri düzgün həyata keçirilmir? Normal yoxlasaydılar, hepatit barədə daha tez məlumatlı olardım.
Onu da qeyd edim ki, məndə bu xəstəlik aşkarlanandan sonra yenidən yoxlanış etmək istədim. Bu dəfə "General Hospital"a müraciət etdim, lakin məlum oldu ki, həmin klinika heç bir yoxlanış etmədən saxta sağlamlıq arayışı verir. Mənə kart nömrəsi göndərdilər, ödəniş etdim. Ertəsi gün isə mənə sağlamlığımda heç bir problem olmadığı barədə saxta arayış göndərdilər".
Xatırladaq ki, "General Hospital" dəfələrlə saxta sağlamlıq arayışlarının verilməsi ilə bağlı gündəmə gəlib. Hətta bu məsələ ilə bağlı cinayət işi də başlanılmışdı. Onu da qeyd edək ki, "General Hospital" klinikasının baş həkimi Rüstəm Mikayılovdur.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 592 Tarix: 12 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib ki, bəzi şəxslər yaşlı və pensiyaçı vətəndaşların adına bank kartları açdırmaq üçün onlara 100-200 manat pul təklif edirlər. Həmin şəxslər vətəndaşların adına açılan əlavə kartları əldə etdikdən sonra onlardan qanunsuz pul dövriyyəsi və müxtəli
1 noyabrGələn il maaşlar BU QƏDƏR ARTACAQ
2027-ci ildə Azərbaycanda minimum əməkhaqqının artırılması gözlənilir. İqtisadi göstəricilər və inflyasiya səviyyəsi nəzərə alınmaqla, artımın 10-15 faiz arasında ola biləcəyi ehtimal edilir. Minimum əməkhaqqının artırılması zamanı əhalinin alıcılıq qabiliyyəti ilə yanaşı, biznes sektorunun imkanlarını
1 noyabrAzərbaycanda aliment artırılacaq
2027-ci il yanvarın 1-dən etibarən Azərbaycanda alimentin minimum məbləğinin 260 manatdan 274 manata qaldırılması nəzərdə tutulur. xəbər verir ki, bu, "Azərbaycan Respublikasında 2027-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsində əksini tapıb. Layihəyə əsasən, uşaqlar üçün yaşayı
1 noyabrQuru sərhədlərlə bağlı VACİB AÇIQLAMA - Yanvar-sentyabr aylarında…
Azərbaycanda turizm sektorunun göstəriciləri geriləməkdə davam edir. "Yeni Sabah" xəbər verir ki, iqtisadçı Natiq Cəfərli bu barədə "Facebook" səhifəsində paylaşım edib. Onun sözlərinə görə, hökumət turizmi yenidən prioritet sahə elan edərək yeni fəaliyyət proqramı qəbul etsə də
1 noyabrAzərbaycanlı alim vəfat etdi - Fotolar
Tanınmış azərbaycanlı alim, texnika elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Surxay Əkbərov 72 yaşında vəfat edib. Bu barədə "Qafqazinfo"ya professor Abdullar Avey məlumat verib. O bildirib ki, Surxay Əkbərov təxminən 35 il Türkiyənin İstanbul Texniki Universiteti və Yıldız Texnik
31 oktyabrAzərbaycanın startap ekosisteminin ümumi dəyəri açıqlanıb
Azərbaycanın startap ekosisteminin ümumi dəyəri 600 milyon ABŞ dollarına yaxınlaşır. "Report" xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı rəhbərlik etdiyi qurumun "Enterprise Azerbaijan" portalının keçirdiyi "Startu
31 oktyabr