Süni intellekt insan təfəkkürünü zəiflədir, yoxsa imkanlarını genişləndirir? - AÇIQLAMA
Süni intellektin sürətlə inkişaf etdiyi bir dövrdə onun insan düşüncəsinə təsiri ilə bağlı müzakirələr də artır.
Bəziləri hesab edir ki, AI insanları tənbəlləşdirir və düşünmə qabiliyyətini zəiflədir, digərləri isə bunu sadəcə işi asanlaşdıran texnoloji vasitə kimi qiymətləndirir.
Bəs doğrudanmı insanlar artıq araşdırmaq və analiz etmək əvəzinə hazır cavablara üstünlük verir? Süni intellekt insan təfəkkürünü zəiflədir, yoxsa imkanlarını genişləndirir?
Mövzu ilə bağlı İKT mütəxəssisi Elvin Həsənov Sonxeber.az -a açıqlama verib:
"Süni intellektin insanın təfəkkürünü zəiflədəcəyi ilə bağlı narahatlıqlar müəyyən qədər başa düşüləndir, çünki doğrudan da insanlar bəzi hallarda düşünmək əvəzinə hazır cavaba üstünlük verməyə başlayır. Burda əsas məsələ alətin özü yox, istifadə vərdişidir. Gündəlik həyatda görürük ki, insanlar getdikcə daha çox hazır cavaba öyrəşir. Yəni axtarmaq, analiz etmək, müqayisə etmək əvəzinə birbaşa nəticəni götürür. Bu, uzun müddətdə düşünmə vərdişlərinə təsir edir. Öncəki zamanlara baxsaq və araşdırsaq görərik ki, tarix boyu hər yeni texnologiya çıxanda eyni müzakirə olub. Kalkulyator çıxanda da deyirdilər ki, insanlar hesablamanı unudacaq, internet yayılarkən də deyirdilər ki, yaddaş zəifləyəcək. Amma nəticədə bu alətlər insanın imkanlarını məhdudlaşdırmayıb, əksinə genişləndirib. Mən deyərdim ki, süni intellekt də eyni məntiqdədir. Daha sadə düşünsək AI kalkulyator kimi görək. Əgər insan hesablamanın məntiqini bilirsə, kalkulyator onun işini sürətləndirəcək. Əgər bilmirsə, sadəcə düymə basan istifadəçiyə çevriləcək. Qadağa məsələsinə gəldikdə isə, texniki baxımdan belə texnologiyaların tam qadağan olunması nə realdır, nə də effektivdir. Çünki AI artıq qlobal texnologiyadır və müxtəlif platformalarda geniş yayılıb. Qadağa olsa belə, insanlar alternativ yollar tapacaq. Məncə burda əsas diqqət maarifləndirməyə yönəlməlidir. İnsanlara süni intellektdən necə düzgün istifadə etmək, hansı hallarda ona güvənmək, hansı hallarda öz düşüncəsini işə salmaq lazım olduğu öyrədilməlidir".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 818 Tarix: 12 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycan ayaqqabı istehsalını 58 %-dən çox artırıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 1 milyon 93,6 min cüt ayaqqabı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 58,3 % çoxdur. Bu ilin oktyabrın 1-nə ölkədə 90,4 min cüt hazır məhsul ehtiyatı olub. 2025-c
1 noyabrİnternetin keyfiyyəti pis olsa, 2000 manat cərimə ödəyəcəklər
Telekommunikasiya xidmətlərinin keyfiyyət göstəricilərinə uyğun göstərilməməsinə görə yeni cərimələr müəyyənləşir. Trend-ə istinadən xəbər verir ki, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb
31 oktyabrMetro, avtobus və taksilərlə bağlı nə baş verəcək? - AÇIQLAMA
Bakı metrosunun "Nizami" və "28 May" stansiyaları arasında qatarların hərəkətinin dayandırılmasından sonra paytaxtda taksi qiymətləri kəskin artıb. Sərnişinlərin sözlərinə görə, əvvəllər 5 manata getdikləri məsafəyə görə indi 12 manat ödəməli olurlar. Bu artımın əsası nədir? Digə
1 noyabrYol polisindən moped və velosiped sürənlərə xəbərdarlıq - Video
Bir gün ərzində moped və velosiped idarə edən iki gənc yol qəzasında həyatını itirib. xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Bildirilib ki, Siyəzən rayonunun Böyük Həmyə kəndində 17 yaşlı gəncin sürmə vərdişləri olmadığı halda moped idarə etməsi faciə ilə nəticələnib
31 oktyabrAzərbaycan pambıq ipliyi istehsalını 23 %-ə yaxın artırıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 18 min 816 ton pambıq ipliyi istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22,8 % çoxdur. Bu il oktyabrın 1-nə ölkədə 3 min 941 ton hazır məhsul ehtiyatı olub. Xatırlada
31 oktyabrNoyabrın 1-dən bu avtobuslar DƏYİŞİR - Gedişhaqqı...
Noyabrın 1-dən metronun "Memar Əcəmi" stansiyasını Hökməli qəsəbəsi ilə əlaqələndirən 156 və 156A nömrəli marşrut avtobusları yenilənir. Bu barədə -a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. Məlumata əsasən, 156 nömrəli marşru
31 oktyabrUsta işlədiyi evdən 18 minlik qızıl oğurladı
Gəncədə mənzillərin birindən dəyəri 18 min manat olan qızıl-zinət əşyaları oğurlanıb. "Qafqazinfo" xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə əməli törədən, həmin mənzildə usta işləyən Ç.Nəcəfov müəyyən edilərək saxlanılıb. Ustanın oğurladığı qızıl-zinət əşyalarını satdığı məlum olub. Hazırd
31 oktyabrAzərbaycanda bəzi məktəblərin adları dəyişdirildi
Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki məktəbəqədər, ümumi təhsil və məktəbdənkənar təhsil müəssisələrinin və digər qurumların siyahısında dəyişiklik olunub. Qaynarinfo xəbər verir ki, bununla bağlı elm və təhsil nazir
31 oktyabr