Bank kartı olanların nəzərinə: YENİ QAYDA TƏTBİQ EDİLİR
Azərbaycanda kartdan-karta köçürmələrin artması və bəzi əməliyyatların nəzarətə götürülməsi müzakirələrə səbəb olub. Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib ki, bir şəxsin kartına gün ərzində çoxsaylı və müxtəlif məbləğlərdə köçürmələrin daxil olması şübhəli əməliyyat kimi araşdırıla bilər. Bu isə vətəndaşlarda bank əməliyyatlarına nəzarətin sərtləşdirilməsi ilə bağlı suallar yaradıb.
Kartdan-karta köçürmələrin monitorinqə götürülməsi hansı hallarda həyata keçirilir? Bu nəzarət mexanizmi vergidən yayınma və maliyyə cinayətlərinin qarşısını almaqda effektiv sayıla bilərmi?
Globalinfo.az-a danışan Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun "İnklüziv sosial inkişaf" şöbəsinin müdiri, iqtisad elmləri doktoru, professor Rəsmiyyə Sabir hazırkı qanunvericiliyin fərdi məlumatların qorunmasını təmin etdiyini bildirib.
"Lakin şübhəli maliyyə əməliyyatları müəyyən hallarda yoxlamaların aparılmasını zəruri edir. Azərbaycanda kartdan-karta köçürmələrin monitorinqə götürülməsi əsasən maliyyə şəffaflığının təmin olunması, vergidən yayınma hallarının və qanunsuz pul dövriyyəsinin qarşısının alınması məqsədi daşıyır. Mərkəzi Bank və maliyyə nəzarəti qurumları xüsusilə qeyri-adi xarakter daşıyan əməliyyatlara diqqət yetirirlər. Bunlara bir kart hesabına gün ərzində çoxsaylı şəxslərdən ardıcıl köçürmələrin daxil olması, şəxsi kartlardan faktiki kommersiya fəaliyyəti üçün istifadə edilməsi, eyni təyinatlı ödənişlərin sistemli xarakter alması, qısa müddətdə böyük həcmdə vəsaitin daxil olub çıxması, eləcə də tez-tez təkrarlanan müxtəlif məbləğli əməliyyatlar daxildir".
Ekspert qeyd edib ki, bu cür nəzarət mexanizmləri beynəlxalq maliyyə praktikasında da geniş tətbiq olunur:
"Banklar müvafiq qaydalara uyğun olaraq riskli əməliyyatları avtomatlaşdırılmış sistemlər vasitəsilə izləyirlər. Məqsəd vətəndaşların şəxsi köçürmələrinə müdaxilə etmək deyil, qeyri-rəsmi biznes fəaliyyəti, vergidən yayınma, qanunsuz pul dövriyyəsi və digər maliyyə cinayətlərinin aşkarlanmasıdır".
R.Sabir vurğulayıb ki, effektivlik baxımından belə nəzarət mexanizmləri qeyri-rəsmi satış və xidmət gəlirlərinin müəyyənləşdirilməsinə, vergi daxilolmalarının artmasına, dələduzluq və qanunsuz maliyyə əməliyyatlarının izlənməsinə kömək edə bilər:
"Bu, ümumilikdə kölgə iqtisadiyyatının həcminin azalmasına da təsir göstərə bilər".
Bununla yanaşı, ekspert hesab edir ki, nəzarət mexanizmi elə qurulmalıdır ki, əsassız monitorinq hallarına yol verilməsin, vətəndaşların bank sirri və şəxsi məlumat hüquqları qorunsun:
"Adi şəxsi köçürmələrlə kommersiya fəaliyyəti arasında dəqiq fərqləndirmə aparılmalı, nəzarət meyarları aydın və şəffaf şəkildə müəyyən edilməlidir. Fikrimcə, həddindən artıq sərt monitorinq əhalinin bank sisteminə etimadını azalda və nağd dövriyyəyə meyli artıra bilər. Buna görə də nəzarətin sərtləşdirilməsi maliyyə təhlükəsizliyi ilə vətəndaşların gündəlik bank əməliyyatları arasında balans qorunmaqla həyata keçirilməlidir".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu ərazi üzrə PENSİYALAR VERİLDİ
Dağdan sarımsaq dərdilər, 3 milyonluq cərimə edildilər
Rekord temperatur kabusu: sentyabr ayında 45,7 dərəcə isti
Bu şəxslər pensiya ala bilməyəcəklər - Nazirlikdən xəbərdarlıq
Yolda cərimə alan sürücünün polisə verdiyi cavab şok etdi
Bu şəxslərin kredit müraciətlərinə İMTİNA EDİLƏCƏK - AÇIQLAMA
Xəzərlə bağlı xəbərdarlıq: "Sahildən 12 kilometrədək uzaqlaşa bilər"
Bakıda qolları olmayan körpə doğuldu: Anası İMTİNA ETDİ - FOTO
Yaxın günlərdə maqnit qasırğası gözlənilir - Tarixlər açıqlandı
Bakıda yağış, bölgələrdə leysan yağacaq
Generala ağır itki
"Gənclik Mall"da həyəcan siqnalı - Yenilənib
Zərdabda DƏHŞƏTLİ QƏZADA beş nəfər həlak oldu, bir yaralı Bakıya gətirildi - FOTO
Leyla Əhmədova həbs olundu
"Şəki yaylası"nda faciə - 2 nəfər öldü