Malayziya Bakıda WUF13-də DİM-lərə nail olmaq üçün addımların yenidən qiymətləndirilməsinə çağırıb
Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) qarşıdakı beş il ərzində Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) yerinə yetirilməsi üçün tələb olunan vacib addımların yenidən qiymətləndirilməsində mühüm əhəmiyyət kəsb edir.
"Report" xəbər verir ki, bunu Malayziyanın mənzil inşaatı və yerli özünüidarəetmə naziri, BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) Assambleyasının fəaliyyətdə olan prezidenti Nqa Kor Minq Bakıda keçirilən WUF13 çərçivəsində Yeni Şəhər Gündəliyi üzrə nazirlər səviyyəsində görüşdə bildirib.
"İlk növbədə, qlobal şəhər gündəliyi üçün belə bir məsuliyyətli dövrdə bu əhəmiyyətli müzakirəni təşkil etdiklərinə görə Azərbaycan hökumətinə və "UN-Habitat"a minnətdarlığımı bildirmək istəyirəm. Hazırkı WUF-un mövzusu - "Dünyanın mənzillə təminatı: təhlükəsiz və dayanıqlı şəhərlər, icmalar" - əlçatan mənzilin sırf texniki bir məsələ olmadığını xatırladır. O, dayanıqlı inkişafın bünövrəsini təşkil edir.
"UN-Habitat" Assambleyasının prezidenti qismində mən Yeni Şəhər Gündəliyinin lokallaşdırılmasının əhəmiyyətini vurğulayaraq, qlobal öhdəliklərimizin milli və yerli səviyyələrdə konkret praktiki addımlara çevrilməsinin zəruriliyinə xüsusi diqqət çəkmək istəyirəm", - nazir bildirib.
Nazirin sözlərinə görə, bugünkü, eləcə də Nyu-Yorkda təşkil olunacaq qarşıdan gələn yüksək səviyyəli müzakirələr, aralıq icmal yaxın beşillikdə DİM-lərə nail olmaq üçün həyata keçirilməsi zəruri olan tədbirlərin yenidən nəzərdən keçirilməsində mühüm rol oynayır.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 71 Tarix: 17 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu şəxslər avtobus və metroya PULSUZ MİNƏCƏK - RƏSMİ
Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) iştirakçıları üçün ictimai nəqliyyatdan istifadə ödənişsiz olacaq. "Yeni Sabah" xəbər verir ki, akkreditasiyadan keçmiş iştirakçılar və qeydiyyat təsdiqi məktubu olan şəxslər Bakı Metropoliteni, şəhər avtobusları, həmçinin "Koroğlu"
16 mayİlham Əliyev Kasım-Jomart Tokayevi doğum günü münasibətilə təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev mayın 17-də qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevə zəng edib. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlət başçısı Prezident Kasım-Jomart Tokayevi ad günü münasibətilə təbrik edib, ona möhkəm cansağlığı, fəaliyyətində uğurlar, qardaş Qazaxıstan xalqına daim rifa
17 mayİlham Əliyev Pakistanın Pəncab əyalətinin Baş nazirini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 17-də Pakistan İslam Respublikasının Pəncab əyalətinin Baş naziri Məryəm Nəvaz Şərifin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb
17 mayAnar Quliyev: WUF13-də Azərbaycanın yeni təşəbbüsləri olacaq
Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) Azərbaycanın yeni təşəbbüsləri olacaq. "Report" xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, bu gün nazirlər görüşü nəzərdə tutulub, növbət
17 mayKrzysztof Şçerski: "Siyasi öhdəliklər yenilənməlidir"
"Yeni Şəhər Gündəliyinin icrası üçün siyasi öhdəliklərin yenilənməsi vacibdir". xəbər verir ki, bu fikirləri Polşanın BMT-dəki daimi nümayəndəsi Krzysztof Şçerski Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlə
17 mayRayonlarda çayın qiyməti 50 manata QALXDI
Mövsüm başladı, qiymətlər artdı. Xəzər Tv-yə istinadən xəbər verir ki, İsmayıllı rayonunda turizm mövsümünün başlaması ilə istirahət və xidmət sahələrində qiymət artımı müşahidə olunur. Xüsusilə meşə ərazilərində fəaliyyət göstərən kafe və istirahət mərkəzlərində samovar çayı xeyli baha qiymətə təkli
16 mayZimbabvenin Vitse-prezidenti WUF13-də iştirak üçün Azərbaycana gəlib
Zimbabvenin Vitse-prezidenti Konstantino Quveya Dominik Nyikadzino Çivenqa Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak etmək məqsədilə mayın 17-də Azərbaycana səfərə gəlib. "Report" xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportund
17 mayHəmin ŞAD XƏBƏR gəldi: 700 min nəfərin maaşında artım OLACAQ
"Əmək Məcəlləsinə" edilən dəyişikliklərə əsasən, minimum əməkhaqqı məbləğinə ildə ən azı bir dəfə baxılacaq. Bu da minimum əməkhaqqının artımında dövriliyin təmin olunması deməkdir. Eyni zamanda, bununla artımlar qanunla tənzimlənəcək. xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramo
17 may