Aleksandar Vuçiç: "Serbiya Azərbaycanı həqiqi dost ölkə hesab edir"
"Serbiya Azərbaycanı həqiqi dost ölkə hesab edir".
Sonxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Serbiyanın Prezidenti Aleksandar Vuçiç Azərbaycana səfəri çərçivəsində ölkəmizdə fəaliyyət göstərən sahibkarlarla işgüzar görüşü zamanı deyib.
Prezident ölkəsi ilə Azərbaycan arasında siyasi və iqtisadi əlaqələrin inkişafından danışıb. O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə bu gün keçirilən görüşdə gələcək əməkdaşlıq üçün yeni istiqamətlər müzakirə olunub və danışıqlar məhsuldar keçib.
Aleksandar Vuçiç Bakı ilə Belqrad arasında birbaşa aviareysin açılmasının əlaqələrin inkişafına töhfə verdiyini qeyd edib. Onun sözlərinə görə, turizm sahəsində əməkdaşlığın genişləndirilməsi də mühüm əhəmiyyət daşıyır. Prezident Azərbaycan və Serbiya turizm şirkətləri arasında əlaqələrin artırılmasının vacibliyini vurğulayıb.
Aleksandar Vuçiç Azərbaycan biznes nümayəndələrini Serbiyada yeni investisiya imkanlarını araşdırmağa çağırıb. O, xüsusilə pərakəndə ticarət, spa və dağ kurortları, eləcə də kənd təsərrüfatı məhsulları sahəsində əməkdaşlıq imkanlarının olduğunu bildirib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 106 Tarix: 17 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
SALGA: Son 30 ildə Cənubi Afrikada tikinti sıxlığı təmin edilməyib
Cənubi Afrikada son 30 ildəki transformasiyanın səhvlərindən biri tikinti sıxlığını təmin etməmək olub. "Report" xəbər verir ki, bunu Cənubi Afrika Yerli Özünüidarəetmə Assosiasiyasının (SALGA) baş icraçı direktoru Sithole Mbanga Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13
17 mayTürkiyə və Azərbaycan ekologiya sahəsində müqavilələr imzalayacaq
Türkiyənin Ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum mayın 18-də Bakıya səfər edəcək. Bunu Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Report"a açıqlamasında Türkiyənin Ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi nazirinin müavini Ömə
17 mayBMT rəsmisi: Milyonlarla gənc yaşayış üçün uyğun olmayan şəraitdə qalır
Dünyanın müxtəlif yerlərində milyonlarla gənc yaşayış üçün uyğun olmayan mənzil şəraitində yaşayır və ya iqlim dəyişikliyinin təsirini hiss edir. "Report" xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının Gənclər üzrə Baş Katibinin köməkçisi Felipe Paullier WUF13 çərçivəsində baş tuta
17 mayÖmər Bulut: Mənzil yoxsulluqla mübarizədə əsas amil kimi çıxış edir
Mənzil təhlükəsiz yaşayışın, ailə dəyərlərinin möhkəmləndirilməsinin, təhsil və məşğulluğun əldə edilməsinin, ictimai proseslərdə iştirakın və yoxsulluğun qapalı dairəsinin aradan qaldırılmasının əsas komponenti kimi çıxış edir. "Report" xəbər verir ki, belə bir bəyanatla Türkiyənin ətraf mühit
17 mayKOBİA rəsmisi: "Şəhərsalma təkcə binaların tikilməsindən ibarət deyil"
Bu gün şəhərsalma təkcə binaların tikilməsindən ibarət deyil, həm də insanların yaşaması üçün rahat, səmərəli və davamlı məkanların yaradılması deməkdir. "Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədr müavini Rüfə
17 may